Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ferqus Auld Laçına səfər edib. Dalidag.az xəbər verir ki, səfir bu barədə X hesabında paylaşım edib. "Gəlib Laçını da gördum. Yerli sahibkar bazarında Laçının dadlı nemətləri ilə tanış oldum. Qonaqpərvərliyiniz üçün minnətdaram", - paylaşımda deyilib.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 30 avqust tarixindən Bakı–Ağdam–Bakı marşrutu üzrə ilk sərnişin qatarı Bakıdan Ağdama yola düşüb. Dalidag.az xəbər verir ki, hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşüb, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq. Məlumata görə, sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam

Kəlbəcər rayonu, Susuzluq kəndində mina partlayışı nəticəsində şəhid olan jurnalist Sirac Abışovun avqustun 29-da doğum günüdür. Dalidag.az xatırladır ki, o, 1989-cu ildə Azərbaycan SSR-in Qubadlı şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb, Sumqayıt şəhərində yaşamağa başlayıb. Sirac Abışov operator kimi 2019-cu ildən Azərbaycan Dövlət Televiziyasında (AzTV) fəaliyyətə başlayıb. O, 2021-ci il iyunun 4-də Kəlbəcər rayonu ərazisində

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür. Dalidag.az xatırladır ki, o, 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları

Prezident İlham Əliyev "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" 12 avqust 2021-ci il tarixli fərmanında dəyişiklik edib. Dalidag.az xəbər verir ki, dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürülür. Onun fəaliyyəti Xankəndi şəhərini və Ağdərə rayonunu da əhatə edəcək. Nazirlər Kabineti və Dövlət Komitəsi fərmandan irəli gələn məsələləri həll etməlidir. Dalidag.az

Sabah Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumata görə, hər üç şəhid hərbi qulluqçu olub. Hacıyev Rizvan Qara oğlu Kürdəmir rayonu, Qocalı kənd qəbiristanlığında saat 13.00-da, Əliyev Sumbat Nüdrət oğlu Füzuli rayonu, Aşağı Kürdmahmudlu qəbiristanlığında saat 14.00-da, Kərimov Natiq Zeynal oğlu Qax rayonu, Oncallı kənd

N.Dəlidağlı (Esse) Sadəcə gündəlik həyatla məhdudlaşmayan, sözün gücü, yaradıcılığın əbədi nəfəsi ilə tarixə həkk olan izlərdə maraq doğuran ömürlər var. Namiq Dəlidağlı geridə qalan 55 illik ömrünün izində Kəlbəcərdən yayılan sözün müqəddəs yükünü və qələmin işığını gələcəyə daşımaqdadır. Özünü yaradıcılığa həsr edən N.Dəlidağlı qələmə aldığı poetik nümunələrlə ədəbiyyat tarixinin yaddaşında özünə yer eləyən şəxsiyyətlərdəndir. 55 yaş yaradıcı adamın ömrünün bir hesabatıdı, həm də. Ötən illər

Prezident İlham Əliyevin avqustun 21-də Kəlbəcərə növbəti səfərindən sonra bu dağlar diyarının tərifi dillərdən düşmür. Hamı və hər kəs bir daha gördü ki, artıq bu cənnətməkan yer təkcə Azərbaycanın və Qafqazın coğrafiyasında yox, dünya miqyasında unikal inkişaf məkanına çevrilir. Həmin gün 27 ildən çox yurd həsrəti çəkmiş ulu diyarın övladları, nəhayət, ata-baba ocaqlarına qayıdaraq, orada həyatın yeni nəfəsini hiss etdilər. Prezident İlham Əliyev onlarla görüşündə “Əziz kəlbəcərlilər,

Ağdərə rayonunda insana məxsus olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb Dalidag.az xəbər verir ki, sümük qalıqları Ağdərə şəhəri yaxınlığındakı meşəlikdə aşkar edilib. Faktla bağlı araşdırma başlanıb.

Kəlbəcər rayonunda DOST məntəqəsi qurulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, yeni məntəqə Kəlbəcərə köçürülən sakinlərə dövlət sosial xidmətlərinə rahat çıxış əldə etməyə, onlara sosial xidmətlərin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər əsasında, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan verir. Qeyd edək ki, Kəlbəcər DOST məntəqəsi mobillik və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. Burada
Yazı axını