Hazırda Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə - Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1 433 nəfərdən ibarət 327 ailə köç edib. Dalidag.az xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə Xocalıda keçirilən görüşündə deyib. Onun sözlərinə görə, bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq. Xüsusi nümayəndə forum

"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq. "AzerGold" QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ariz Tarverdiyev bildirib ki, yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində təqdim olunan stendində nümayiş olunub. Yeni sikkə füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub. Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq

Səfa Rəşid Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı Səfa Rəşid yaradıcılığından: *** Ömür bitdi...gün olmadı mənimki, Bir gülərüz üzdə qalıb min ahım. Bundan belə darıxmağa nə var ki, Ayrılığı sal yadıma, darıxım. Ayrılığı sal yadıma, darıxım, Beli kəmər çiçəklərə əlvida. Arzular var, ürəyimdə bir qubar, Açılmayan ləçəklərə əlvida. Ayrılığı sal yadıma, darıxım, Şeir var ki, urəyimin özüdü. Bir həftəlik deyil axı ayrılıq, Dodağımın isinməyən sözüdü.
Yazı axını