Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan suallara cavab verib. Dalidag.az xəbər verir ki, o, Ağdərədə silahlı dəstənin tərkibində olduğunu, onlara verilən silahların dəstə rəhbəri tərəfindən Xankəndidən və Ermənistandan gətirildiyini bildirib. Təqsirləndirilən şəxs əlavə edib ki, silahlı birləşmənin rəhbəri Vanik Petrosyan idi. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Dalidag.az -ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Fazil Qasımov 9 il, Anar Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Fazil Qasımov və Anar Məmmədli Daxili İşlər Nazirliyi (DİN) tərəfindən cinayət

QURTARARIQ DAĞDAN A DAĞLAR, SƏNİ Dağlarım sinəsi dağlı qalıbdır, Düşmən ayağıyla tapdalanıbdır. Yəqin ki, küsdürüb, azarlayıbdır, Ağuşuna alıb ağlarsan məni, Qaytara bilməsəm a dağlar səni. Küsüb-inciməyə haqqı-sayın var, Bu günahda az da olsa payım var. Nəyləyim ki, mənim belə "dayım" var? Qılıncdan keçirib doğarsan məni, Qaytara bilməsəm a dağlar səni. Bəlkə birdəfəlik səndən küsübür, Torpaq qorumağa and da içiblər. Namus, qeyrəti pulla ölçüblər, Yalan olsa sözüm, dağlarsan məni, Qaytara

Qazaxıstanda istehsal olunan və keçən ilin dekabrında Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin bort bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın şərəfinə adlandırılmış zirehli tibbi maşın xaricdəki sülhməramlı fəaliyyət zonasına göndəriləcək. Dalidag.az Azərtca-a istinadən xəbər verir ki, bu barədə zirehli tibbi maşının istehsal olunduğu müəssisəni ziyarət edən Azərbaycanın Qazaxıstandakı hərbi attaşe aparatının nümayəndələrinə müəssisənin texniki direktoru Muxtar Əlmuxanov

Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir. Dalidag.az xəbər verir ki, Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli” çərşənbə deyirlər. Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu,

Daha bir kəlbəcərlimiz əli doğma yurda uzalı köç etdi bu dünyadan. İctimai fəal Rahil Kəlbəcərlinin Dalidag.az -a verdiyi məlumata görə, Kəlbəcər şəhər sakini olan xalası Şəfiqə Əli qızı Nəcəfova bu gün dünyasını dəyişib. Şəfiqə ananın da yenidən doğma yurda dönüb yaşamaq arzusu gözündə qaldı. Qeyd edək ki, mərhumun "3 və 7" mərasimi 12 mart 2025-ci ildə Bakı şəhərində "Aarzu" şadlıq sarayı ilə üzbəüz "Günəşli" mərasim evində keçiriləcəkdir. Allah rəhmət eləsin!

Dərdin içindən doğulan könül çırpıntıları - N.Dəlidağlının yaradıcılığı haqqında düşüncələr Hüseyn Şahbəndəyev, Əməkdar müəllim Uşaqlığı, gəncliyi müharibə dövrünə düşən, həmin qaynar odun içərisində boya-başa çatan uşaqlar çox tez böyüyürlər. Onların ömrü neçə on illər artıq yaşamış, həyat təcrübəsinə yiyələnmiş insanın ömrünə bərabər olur. Daha tez yetkinləşir, müdrikləşir, bərkiyir, başqa cür desək, kişiləşirlər. Haqqında bəhs etmək istədiyim Namiq Dəlidağlı da həmin od-alovun içərisindən

“1954-cü il təvəllüdlü, erməniəsilli Ağasyan Vera Varaşakovnanın 20.10.2024-cü ildə, Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Dalidag.az nazirliyə istinadən icmalı təqdim edir.

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Dalidag.az xəbər verir ki, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada,
Yazı axını