Xəbər verdiyimiz kimi, bu gün Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən Azərişıq ASC 2024-cü ilin son ayları və yeni ilin ilk günlərində də Qarabağ və Şərqi Zəngəzurda lazımi yenidənqurma və bərpa işlərini davam etdirib. ASC-dən verilən məlumata görə, 2024-cü ildə Kəlbəcər rayonu ərazisində 5 istiqamətdə iki dövrəli və beşdövrəli ÖİN-3 (Özünüdaşıyan İzoliyasiyalı Naqil) kabel xətlərinin çəkilişinə start verilib. Alagöllərdə strateji obyektlərə xidmət edəcək xətlər, həmçinin Milli,

Azərbaycan Ordusunun əsgəri vəfat edib. Dalidag.az xəbər verir ki, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 29-da vəfat edib. O, Kəlbəcərdə hərbi xidmət keçirdi. Hadisə ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.oxu.az Dalidag.az

Bu gün Şuşa və Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. Dalidag.az xəbər verir ki, Şuşa, Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə 28 ailə (135 nəfər) köçürülür. Şuşa şəhərinə köçürülən 2 ailə (8 nəfər), Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalı rayonunun Ballıca kəndinə - 20 ailə (102 nəfər) əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanın müxtəlif rayonlarında müvvəqəti məskunlaşan şəxslərdir. Qeyd edək ki, indiyədək Şuşa şəhərinə

Birinci Qarabağ şəhidlərini unutmayaq! Vətənimizin aranlı-dağlı ellərindən şəhidlik zirvəsinə ucalanların hər biri xalqımızın sevimli övladlarıdır. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə Qarabağımızı daşnak ermənilərdən azad etdik. Bununla biz Birinci Qarabağ döyüşlərində qeyrətini silaha çevirib ermənilərlə üzbəüz olub, sinələrini Vətənə, dogma torpaqlarımıza sipər edənlərin də ruhunu şad etmiş olduq. Lakin bir məsələni unutduq ki, ataların Birinci Qarabağ döyüşlərində getdiyi

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin stüardessası Hökumə Əliyevanın həyatı barədə film çəkilir. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib. Filmin rejissoru Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinskidir. Bildirilib ki, qısametrajlı sənədli filmin çəkilişlərinin yaxın zamanlarda baş tutması planlaşdırılıb. Qeyd edək ki,

Kəlbəcərin Başlıbel kəndindən olan, məlum hadisədən sonra Qəbələ rayonunda müvəqqəti məskunlaşan və orada musiqi məktəbində müəllim kimi fəaliyyət göstərən xanəndə Natiq Cəfərovun atası İzzət kişi bu gün vəfat edib. Dəlidağ.az olaraq Natiq Cəfərova və mərhumun digər doğmalarına başsağlığı verir, Allahdan rəhmət diləyirik. Qeyd edək ki, mərhumun 3 və 7 mərasimi yanvarın 15-i Qəbələ rayonu Zarağan - 2 ünvanındakı mərasim evində keçiriləcək.

Son vaxtlar Nikol Paşinyanın bəyanatlarına əsasən Ermənistan, nəhayət, bir müddət əvvəl mümkünsüz təsir bağışlayan qərar verməyə hazır olduğunu göstərir. Belə ki, İrəvan ATƏT-in Minsk Qrupunun rəsmi buraxılma prosesiniə start verəcəyini vəd edir. Əvvəllər müxtəlif bəhanələrlə təxirə salınan bu addım indi İrəvan tərəfindən "sülh paketi"nin bir hissəsi kimi təqdim olunur - Azərbaycanın münasibətlərini tənzimləmək niyyətinin dünyaya nümayiş etdirilməsi cəhdi. Lakin bu məcburi görünən addımın

Kəlbəcərli şair Elşən Əzimin Gündüz adlı qardaşı vaxtsız dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Mərhumun ölüm səbəbi bilinmir. Dalidag.az olaraq Elşən Əzimə və mərhumun bütün doğmalarına kədərləndiyimizi bildirir, dərin hüznlər başsağlığı veririk. Allah rəhmət eləsin!

Həmişə deyirdilər, Allah qoruyanı od da yandırmır. Mən bu dəfə gözümlə gördüm ki, Allah qorudu, od da yandırmadı. Dalidag.az xəbər verir ki, bunu Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ çıxan Nurullah Siracov Report-a müsahibəsində deyib. N.Siracov bildirib ki, qəza zamanı heç huşunu itirməyib, hər şeyə şahidlik edib: “Yoldaşımla birlikdə Qroznıda yaşayan oğlumuzun yanına gedirdik. Təyyarə dronla vurulanda ayağım od tutub yandı, elə bildim deşildi.
Yazı axını