Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin ediləcək. Qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib. Dalidag.az xəbər verir ki, qurumdan verilən məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq. "Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk

Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə Müdafiə Nazirliyinin bir qrup zabit heyəti, Vətən müharibəsi iştirakçıları və Milli Qəhrəmanın ailə üzvləri onun məzarını ziyarət ediblər. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olan Polad Həşimov Sumqayıt şəhərində orta təhsil alıb. Sonra o, indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi

Bu gün Azərbaycanın Milli Qəhrəmanın Natiq Qasımovun doğum günüdür. Dalidag.az xəbər veirir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımov beş gün ac-susuz qalsa da, bayrağımızı əlindən düşürməyib. N.Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş "Qaradağ şahinləri”

Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər müəyyənləşdirilib. Dalidag.az bu barədə Tarif Şurasına istinadən xəbər verir. Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib. Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər: Azərbaycan Dövlət Su

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Dalidag.az xəbər verir ki, P.Həşimovun dünyaya gəlişindən 50 il ötür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub. General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də

Ukrayna Prezidenti Vladimir Zelenski Teymur Firudin oğlu Tkaçenkonu (Məmmədov) Kiyev şəhər hərbi administrasiyasının rəisi təyin edib. Dalidag.az xəbər verir ki, bununla bağlı Vladimir Zelenski sərəncam imzalayıb. Teymur Tkaçenko bu vəzifəyə qədər Ukrayna strateji sənayelər nazirinin müavini və Ukrayna ərazi və regional inkişaf nazirinin müavini olub. O, Kiyev şəhərində anadan olub, burada da boya-başa çatıb. Qeyd edək ki, Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü,

Azərbaycan vətəndaşlarının yanvarın 1-dən müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb. Dalidag.az xəbər verir ki, bu gündən 18 yaşı tamam olmuş, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında”
Yazı axını