Polis əməkdaşları 13-19 iyul tarixlərində işğaldan azad olunan ərazilərdə pulemyot, avtomat və qumbaralar aşkarlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlərlə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 25 avtomat silahı, 6 tüfəng, 17 qumbara, 11 alışdırıcı, 39 patron darağı, 1965 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 tapança, 2 patron darağı, 16

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş şəhid Hümbətov Bəxtiyar Əliş oğlunun dəfn mərasimi keçirilmişdir. Dalidag.az xəbər verir ki, mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhidin ailə üzvləri, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,şəhid

Qarabağda şəhərlərarası və şəhərlərdaxili sərnişindaşımaları üçün işlər gedir. İlk olaraq Laçın, Şuşa, Xankəndi şəhərlərinin nəqliyyat təminatı tərəfimizdən hazırlanıb. Dalidag.az xəbər verir ki, bu barədə mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib. O qeyd edib ki, Qarabağın nəqliyyat planına uyğun olaraq müsabiqələr də elan edilib: "Bakı-Laçın marşrutunu da

Azərbaycanda internetin sürəti ilə yanaşı qiymətində də dəyişiklik olacaq. Dalidag.az xəbər verir ki, bu barədə "Aztelekom" və "Baktelekom" şirkətləri öz səhifələrində məlumat paylaşıb. Bildirilir ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürəti 2.5 dəfə artıracaq və 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər edəcək. Şirkət GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan

Şuşada “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans öz işinə başlayıb. Dalidag.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda komitə sədri Bahar Muradova, Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Mərakeş Krallığının Həmrəylik, Sosial İnteqrasiya və Ailə naziri xanım Aavatif Hayar, VI çağırış Milli Məclisin deputatı, Ailə, qadın və

Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərini müəyyənləşdirib. Dalidag.az YAP-ın deputatlığa namizədlərinin siyahısını təqdim edir: Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlər 1 saylı Şərur – Sədərək Əsgərov

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Yeni Yaşma qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Dalidag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış

Kəlbəcər rayonunda iyulun 15-də bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib. Dalidag.az -ın məlumatına görə, 1981-ci il təvəllüdlü Zaqatala şəhər sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Yunis Vasif oğlu Abbasovla vida mərasimi keçirilib. Mərasimdə hərbçinin ailə üzvləri, qohumları, qulluq etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti, Zaqatala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib. Vida mərasimindən sonra Y.Abbasov

İyulun 17-də Ağdam Dövlət Dram Teatrınının səhnəsində şair, yazıçı- publisist Şahnaz Şahinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş "Mübariz" poemasının ssenarisi əsasında hazırlanmış tamaşanın premyerası baş tutacaq. Dalidag.az xəbər verir ki, tamaşanın rejissoru Kərim Həsənovdur. Qəhrəmanın rolunu aktyor Fərhad Fərhadzadə ifa edir. Giriş sərbəstdir. Qeyd edək ki, teatr bu tamaşa ilə mövsümə yekun vuracaq.

ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin adı Tomas Metyu Kruksdur. Dalidag.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 20 yaşlı Kruksun Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşadığı bildirilir. NYP-nin məlumatına görə, Kruks Trampın çıxış etdiyi səhnədən 100 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb. Kruks Məxfi Xidmətin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında
Yazı axını