Reklam
Laçında ilk dəfə əmək yarmarkası keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindənaz verilən məlumata görə, şəhərin Seyrəngah ərazisində təşkil olunacaq yarmarkada 20 müəssisə üzrə 130 vakansiya təqdim ediləcək. Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən sentyabrın 20-də Laçın şəhərində ilk dəfə əmək yarmarkası təşkil
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Kəlbəcər rayonunda mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onların çətinliklərinin aradan qaldırılması üçün tədbirlər görülür. Dalidag.az -ın xəbərinə görə, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyev və bir qrup qazini qəbul edib. Görüşdə Kəlbəcər
Laçın şəhərində 32 ildən sonra ilk zəng çalınıb. Dalisag.az xəbər verir ki, Laçın şəhəri 2 saylı tam orta məktəbdə "Bilik günü" qeyd olunub. Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın Rayon Təhsil Sektorunun müdiri Nicat Həsənov, digər rəsmi şəxslər, valideynlər, Laçın sakinləri iştirak ediblər. 2 saylı tam orta məktəbdə Laçın şəhərinə qayıdan sakinlərin 227 övladı ilə yanaşı müvəqqəti olaraq rayonun Zabux kəndinə
Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. Dalidag.az xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. 2023-2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq. Bu tədris ilində 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Qeyd edək ki, 2023-2024-cü tədris ili iyunun 14-də başa çatacaq.
Azər Qocayev şəhid leytenant Ömər Şirinovun il mərasimində iştirak etdi - Şəkillər
(14-09-2023, 13:59)
(14-09-2023, 13:59)
Kəlbəcərli şəhid leytenant Ömər Muğan oğlu Şirinovun il mərasimi keçirilib. Dalidag.az -ın xəbərinə görə, mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Polis Şöbəsinin şəxsi heyyət üzrə köməkçisi, polis mayoru Əyyub Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Sentyabrın 13-ü saat 21:35-dən sentyabrın 14-ü saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Tovuzqala rayonunun Mosesqex yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, sentyabrın 14-ü saat 00:05
Laçında ekskavator tank əleyhinə minaya düşüb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, bu gün saat 16 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.
Bu xəbəri eşidəndən özümə yer tapa bilmirəm, 8 ildir Qarabağda hamımızın şərəfini qoruyan Azərbaycan zabitinin ağır xəstəliyə düçar olmuş körpəsinin təcili əməliyyatına necə kömək etməyin mümkünlüyünü götür-qoy edirəm. Gücüm çatmır, çarəsizəm! Ona görə dostlarıma, həmyerlilərimə, Azərbaycanda və ölkə xaricində yaşayan imkanlı şəxslərə müraciət edirəm: Əziz dostlar və həmvətənlər! Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün olan, 44 günlük Zəfər müharibəsinin iştirakçısı, hazırda isə
Kəlbəcər işğaldan azad olunandan bir neçə gün sonra dağlara möhkəm qar yağdı. Şahidlərin dediyinə görə, çoxdandı Kəlbəcər belə qar görməmişdi. O vaxt mənə çox güclü təsir edən bu gerçəklik haqqında bir cümlə yazmışdım: dağlar təmizlənmək üçün abdəst alır! Daha sonra sosial şəbəkələrdə bir şeir yayımlandı: Deyir, Kəlbəcərə təzə qar yağıb Torpağın, qarın da azad, Kəlbəcər Az qalıb ellərin köçə qoynuna Daha həsrətini azalt, Kəlbəcər… Şeir ikinci bəndində Zəngəzur şeir məktəbinə xas unikal bir
Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Lev kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müavini dünyasını dəyişib. Dalidag.az manşet.az-a istinadən xəbər verir ki, Lev kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müavini Rafael Tağıyev qəfil vəfat edib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir. Allah rəhmət eləsin! Dalidag.az
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02