“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” layihəsi çərçivəsində sonuncu, sayca üçüncü maarifləndirmə tədbirini sentyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) keçirib. Dalidag.az xəbər verir ki, BDU-nun müəllim-professor heyətinin və Tarix fakültəsində təhsil alan tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı

Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 26-sı saat 10:00-a olan məlumat açıqlayıb. Həmin məlumatı təqdim edirik: 1. Atıcı silah və qumbaraatanlar - 909 2. Artilleriya silahları - 47 3. HHM vasitələri - 165 4. Döyüş sursatları - 251308 5. Təchizat və ləvazimatlar - 1674 6. Optik və digər cihazlar - 154 7. Zirehli texnika - 22 8. Avtomobil texnikası -

Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub. Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli

Xəbər verildiyi ki, hərbi qulluqçumuz Əkrəm Yunis oğlu Şadmanov ordumuza məxsus "KamAZ" markalı yük maşınının minaya düşməsi nəticəsində şəhid olub. Dəlidag.az xəbər verir ki, Əkrəm Şadmanov 1984-cü ildə Kəlbəcər rayonunda anadan olub. Rütbəcə polkovnik-leytenant olan Şadmanov "N" saylı hərbi hissənin qərargah rəisi olub. Şəhid hərbçimiz İkinci Qarabağ müharibəsində, lokal antiterror tədbirlərində fəal iştirak edib. Onun Xocalıya ilk qədəm qoyan hərbçilərimizdən biri olduğu qeyd edilir.

DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib. DTX-dan verilən məlumata görə, bu ilin 19-20 sentyabr tarixlərində Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib, terrorçu dəstələr təslim olmağa məcbur ediliblər. Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19

Daha bir hərbçimiz erməni terrorurunun qurbanı oldu. Dalidag.az xəbər verir ki, "N" saylı hərbi hissənin qərargah rəisi, polkovnik- leytenant Əkrəm Yunis oğlu Şadmanov bu gün Xocəvənd rayonunda minaya düşərək həlak olub. Qeyd edək ki, Ə.Şadmanov Kəlbəcərin Zivel kəndindəndir. Allah şəhidimizə rəhmət eləsin! Dalidag.az

Tərk-silah edilən erməni dəstələrinin Ağdərədən çıxmasını əks etdirən video-görüntülər yayılıb. Dalidag.az xəbər verir ki, görüntülərdən ermənilərin Ağdərə ərazisini kütləvi şəkildə tərk etdiyi aydın olur. Həmin anların görüntülərini təqdim edirik:

Qarabağda qanunsuz məskunlaşan ermənilər Şuşa şəhərinin Sarıbaba kəndini tərk edib. Dalidag.az xəbər verir ki, onlar Ermənistana getmək istədiklərini bildiriblər. Razılaşmaya əsasən, Rusiya sülhməramlılarının müşayiəti ilə onlar artıq Ermənistanın Kornidzor şəhərinə çatıblar. Dalidag.az

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən döyüş mövqelərindən birində Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter mərmiləri ilə birgə aşkar edilib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı

Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, əraziyə baxış keçirilərkən adı çəkilən şirkətin obyektlərində yaradılmış anbarda külli miqdarda silah və sursat aşkar olunaraq götürülüb.
Yazı axını