Reklam
Hüseyn Mirzə - "DƏLİDAĞIM" (Poema)
15-01-2021 20:12
Hüseyn MİRZƏ
Salam, Namiq müəllim!
Yəqin ki, siz də çoxları kimi məni texniki elmlər sahəsinin bir mütəxəssisi kimi tanıyırsınız. Haqlısınız, mən elm adamı, təhsil işçisiyəm. Bir alim kimi bütün günü beynim elmi problemlərlə məşğul olur, bir yandan da universitetdə inzibati işlər. Amma mən xarakter etibarı ilə düşüncə adamıyam. Şeir yazmaq istəməsəm belə yazmağa məcbur olduğum, amma əksəriyyəti çap edilməyən minlərlə şeirin müəllifiyəm.Əvvəllər daha çox Hüseyn Həsrət imzası ilə yazırdım. Bu əvvəli sevgi, sonrası torpaq, kənd, el, Dəlidağ, Kəlbəcər həsrətindən qopan bir təxəllüs idi. Sonralar vətənə əbədi həsrət qalacağımı adımda möhürləməyim, qəlbimə təqlid edəməyim deyə Hüseyn Mirzə adı ilə yazmağa başladım.1998-2001-ci illərdə Təhsil Cəmiyyətinin nəzdində "Söz-sözə" ədəbi birliyini yaratdım. Bu poeziya məclisində 30-dan çox yazar toplandı. 2 ədəd "Söz çələngi" adlı almanaq nəşr etdirdik. Səsimiz-sorağımız Yazıçılar İttifaqına qədər gedib çıxdı. Hörmətli Anar müəllim bir dəfə bizi dəvət elədi, 15 yazarı götürüb hüzuruna getdik. onun kabinetində 3 saatdan artıq bir poeziya məclisimiz oldu. Mən orada "Bir küncə atılmış kitab kimiyəm" şeirini demişdim. Müzakirə zamanı bizi dinləyən şairlərdən biri şeri tərifləyib demişdi ki, sən bu gündən sonra bir şeir də yazmasan ədəbiyyata düşməyə layiq şairsən. Həmin illərdə ara-sıra mətbuatda da çap olunmuşam. Sonralar ətrafımda olanların hamısının çap olunmaq ehtirasını görüb, həmin poeziya məclisindən ayrıldım. Həm də daha ciddi elmi fəaliyyətlə məşğul olurdum.Əvvəllər bir Lit.az portalı var idi. Orada çap olunan əsərlər Ali Attestasiya Komissiyası fiologiya sahəsində elmi əsər kimi tanıyırdı. Qəbul edilən əsərlər qaydaya görə portalda yerləşdirilir və bir, yoxsa bir neçə ay oara qalırdı. Mən "Yadındamı, yadında" şeirimi göndərim həmin protala, cavab gəldi ki, "Sizin şeiriniz əbədi olaraq portalın "Eldən gələn" bölməsində saxlanılacaqdır. Doğrudan da, şəklimlə birgə yerləşdirmidilər, şəklin altında da şeirdən bir-iki misra seçmişdilər. Hər dəfə sayta baxanda Aşıq Ələsgərin şəklinin olduğu bir sırada mənim də şəklimin yerləşdirilməsinə baxanda həm qürrələnirdim, həm də utanırdım.
Təəssüf ki, o portal indi nədənsə işləmir...Kəlbəcər işğal olunandan sonra çoxlu şeirlərlə yanaşı iki poema da yazmışam. Birincisi "Ay uçan quş" kəndimizə, onun yerlərnə, yaylaqlarına həsr olunub. İkincisi ustad Şəhriyarın "Heydərbabaya salam" poemasına nəzirə kimi yazılan "Dəlidağım" poemasıdır.Onu sizin "Dəlidağ" saytına göndərirəm. Məsləhət bilsəniz hissə-hissə yerləşdirin, poeziya sevərlər oxusun, qiymət versin.Şükür Allaha daha vətən həsrətimiz sona çatdı, Dəlidağımız, Kəlbəcərimiz azad oldu. Əvvəllər bu şerləri o qədər də yaymağa, çap etdirməyə həvəsim yox idi. Çünki elə özüm də oxuduqca, özümə acıqlanırdım ki, sözdən başqa heç nəyə gücümüz çatmır. Amma indi, şükür Allaha, Ali Baş Komandanımızın qətiyyəti, əsgərlərimizin cəsarəti sayəsində torpaqlarımızı azad etmişik. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Daha kimsə bir kəlbəcərli kimi mənim yanğılı şeirlərimi oxuyanda, dinləyəndə "elə bircə gücünüz sözə, şerə" çatır deməz...
Hüseyn MİRZƏ
Dalidag.az Hüseyn Mirzənin "Dəlidağım" poemasının birinci hissəsini təqim edir:
***
DƏLİDAĞIM
(Poema)
Birinci hissə
Dəlidağım, duman səni bürüdü,
Xain əllər elimizi kürüdü,
Düşmən gəldi el-obanı sürüdü,
Bizi də ki qaçqın hala saldılar.
Ayaqyalın qara yola saldılar.
Dəlidağım, gül-çiçəyin açmadı,
Gün zirvənə o gün şəfəq saçmadı,
Övladların səni qoyub qaçmadı,
Kələk gəldi vicdansızlar xalqıma.
Vətən satıb nə aldılar haqqına?
Nanikorlar insaf nədir bilmədi,
Ömrü boyu halal çörək yemədi,
Övlad borcun nə olduğun bilmədi,
Əlləriylə yurda yara vurdular.
Neçə minlik xalqa tələ qurdular.
Neçə vicdan vəzifəyə satıldı,
Ac–ac qurdlar sürülərə qatıldı,
Namus, insaf zibil təki atıldı,
Gör insanda neçə sifət var imiş.
Bu cahan da o üzlərə dar imiş.
Dəlidağım, çörəyini yeyənlər,
Yalan yerə sənə qurban deyənlər,
Düşmənini gecə-gündüz söyənlər,
Birdən birə düşmənə ortaq oldu.
Kişiliyi ataraq yaltaq oldu.
Mərd oğullar gözdən uzaq qaldılar,
Namərdləri rəhbər adı aldılar,
Vətəni də satmağı bacardılar,
Alçaqlar da at oynatdı meydanda.
İndi yaşa beləcə bir zamanda.
Dəlidağım, qurban olum daşına,
Nələr gəldi xalqımızın başına,
Od vurdular torpağına daşına,
Qazancımız düşmənə qismət oldu.
Qaçqın adı verilən qiymət oldu.
Girov getdi dəstə-dəstə bacımız,
Yerə düşdü başımızdan tacımız,
Toxumuz da dönüb oldu acımız,
Bu dərdimiz sığarmı bir dastana.
Dərman üçün de hay salaq ha yana?
Tapdalandı namusumuz, arımız,
Ləkələndi zirvələrdə qarımız,
Düşməndəsə qara gözlü yarımız,
Kişi deyək nə haqq ilə admıza.
Həkk eyləyək bu facini yadmıza.
Suyumuzdan düşmən atı içərsə,
Çəmənlərdən şirin yonca biçərsə,
Erkəkləri sürülərdən seçərsə,
Nəyə lazım daha dünya bizlərə.
Yetim kimi yayılarıq düzlərə.
Dəlidağım, el-obamız talandı,
Var yoxumuz ocaq kimi qalandı,
Nəyimiz var desək indi yalandı,
Kim inanar bizim doğru sözlərə.
Lüt olmuşuq indi baxan gözlərə.
Karvan təki elim yurddan çıxanda,
Ayaqyalın Murov dağın aşanda,
Top səsindən qorxuşanda, çaşanda,
Neçə ana balasını itirdi.
Fələk neəçə ömrü sona yetirdi.
Gənc ömrümüz çatdı necə çağlara,
Didərgin tək düşdük qarlı dağlara,
Leşimiz də yem oldu qurd-quşlara,
Ölüm özü adicə bir şey oldu.
Əcəl payı qurtuluşçün mey oldu.
Dəlidağım, bir quş olub uçaydım,
Düşmən üstdən keçib sənə çataydım,
Həşəlgədən kəndimizə baxaydım,
Zəfər çala düşmən üstdə ordumuz.
Görəydim bir nə haldadır yurdumuz.
Dəlidağım, güllərini üzəydim,
Bir qız sevib saçlarına düzəydim,
Bir doyunca çəmənləri gəzəydim,
Qalmayaydı ayrılıqdan bir əsər.
Bu istəyin qabağını kim kəsər.
Bir içəydim bulaqların suyundan,
Kaş öpəydim ağacların boyundan,
Bir süzərək igidlərin toyundan,
Yoruluban tər içində çıxaydım.
Elimizə bir də bütöv baxaydım.
Çonbaq götrüb bir çoban da olaydım,
Quzularla oynamaqdan doyaydım,
Qara qoynun ağ südünü sağaydım,
Qara qatıb tez çəkəydim başıma.
Cavanlaşıb gəzəydim öz başına.
Tüfəng götrüb bir ova da çıxaydım,
Bir gülləyə dağ keçisin yıxaydım,
Kabab çəkib ləzzət ilə tıxaydım,
Aslan gücü bir gələydi canıma.
Düşmənimi boyayaydım qanına.
Dəlidağım, dönüb uşaq olaydım,
Bir yalandan qara zurna çalaydım,
Beş dəyqəyə beş toy yola salaydım,
Anam mənə zorla yemək verəydi.
Atam, bala qoyuna get deyəydi.
Axşam–səhər tez qaçaydım çəmənə,
Baxaydım bir suya gedən sənəmə,
Tez elçi get, tez deyəydim nənəmə,
Anam məni danlayaydı, döyəydi.
Evlənməyin vaxtı deyil deyəydi.
Kəhər minib dörd nal ilə çapaydım,
On dəyqəyə Güzdəkliyə çataydım,
Gecə gedib inəkləri tapaydım,
Şam yeməyi yenə kətə olaydı.
Yağış yağa damcı mahnı çalaydı.
Yenə qoruq biçənəklər olaydı,
Otarardıq ac qarınlar doyaydı,
Qoruqçular gəlib səs küy salaydı,
Çomaq səsi qorxudaydı meşəni.
Geğə hindən qaçırardıq cücəni.
Kaş alaydı o uşaqlıq çağları,
Hey gəzəydik yorulmadan dağları,
Gecə düşdü barla dolu bağları,
Talayaydıq, ciblər şişman olaydı.
Çəkmələr də alma ilə dolaydı.
Dəlidağım, dünya yaman dəyişdi,
Şahlar getdi taxtda gəda əyləşdi,
Təzə rəhbər ev yıxmağa əlləşdi,
Belə–belə kəndlər yanıb kül oldu.
Dərd də bizə çatacağı gün oldu.
Nəfs coşdu qeyrət hissin bürüdü,
Pul namusu ayaq altda sürüdü,
Bir pis mühit cəmiyyəti bürüdü,
Mərd oğullar axır qaldı qıraqda.
Nakişilər qızdılar ortalıqda.
Hamı dönüb olmaq istərsə ağa,
Bəs kim qalar qara inəyi sağa,
Bu qədər qoçaqmış məgər ki, dığa,
Həftədə bir rayon işğal eyləyir.
Dünyaya səs salır haray eyləyir.
Dəlidağım, düşmən yaman pic imiş,
Rəhbərimiz ağılsızmış, gicimiş,
Bu dünyaya fani dünya deyilmiş,
Bir kimsə də e"tibar yox, vəfa yox.
Ana qəlbin dağlayana cəfa yox.
Vədlər verib iş başına gələnlər,
Xalq adından danışanlar, dinənlər,
Öz canını elə qurban deyənlər,
Vəzifəyə gələn kimi susdular.
Xalqa da bir iyrənc tələ qurdular.
Hərə bmr cür pul sandığın doldurdu,
Torpaq satıb Mersedesdə oturdu,
İnsan yaman manqurdlaşdı, qudurdu,
At oynatdı düşmən axır yurdumda.
Əziz günlər ancaq qaldı yuxumda.
Tale bizə niyə üzün döndərdi,
Neçə dərdi dərd üstünə göndərdi,
Ana oğlun əskərliyə göndərdi,
Donmuş meyid gəldi bir gün üstünə.
Gözlər baxar igidlərin büstünə.
Hər açılan sabah bir acı xəbər,
Hər axşam birinə toxunar xətər,
Əlillər, əlsizlər ölümdən betər,
Ərlərimiz şikəst oldu, şil oldu.
Açan güllər yanıb birdən kül oldu.
Nişanlılar yara həsrət qaldılar,
Dərd içində qovruldular, yandılar,
El var bütöv ailə şəhid oldular,
Qara torpaq nər igidlər uddu, hey!
Toy məclisi yas yerinə döndü, hey!
Dəlidağım, yaman sərtmiş sazaqlar,
Yurdumuzu viran qoydu kazaklar,
Ana bala, bala ana soraqlar,
Bu zülmlər agahdırmı allaha?
Ümid varmı görən bir də sabaha?
Kəndimizdə bir də günəş doğarmı,
Çaylarımız şırıltıyla axarmı,
Tanrı bir də biz tərəfə baxarmı,
Qalan ömür yoxsa artıq qəm oldu?
Qismətimiz töküləcək qan oldu?
El bir gündə doğma yurddan qovuldu,
Qəlbimizə qəm yükləndi qov oldu,
Gözümüzün suyu dönüb qan oldu,
Bəxt ulduzum görən birdə doğarmı?
Düşmənimi qan dənizində boğarmı?
Dəlidağım, heyif ötən günlərə,
Qismət olmaz daha bir də ellərə,
Qara çıxsın yaman deyən dillərə,
Bəzən sənə xaraba qal dedilər.
Donquldayıb başımızı yedilər.
Bilinmədi sənin qədrü–qiymətin,
Nə bəslədin, nələr oldu qiymətin,
Söyüşlərlə ləkələndi ismətin,
Kənd salana, daş qoyana söydülər.
Xarabadır yaşayış yox dedilər.
Varın coşub sellər kimi daşanda,
Balın yağın başımızdan aşanda,
Haqq yolundan bir az azıb, çaşanda,
Şeytan bizim qəlbimizə yol aldı.
Aramızda iyrənc qalmaqal saldı.
Pislik etmək elin için bürüdü,
Qohumbazlıq açıq– aydın göründü,
Vəzifəli kimi istər sürüdü,
Ağsaqqala hörmət qoyan az oldu.
Halal çörək yemək daha söz oldu.
Ocaq söndü, odun yeri kül oldu,
Oğru qaçdı, yatan doğru şil oldu,
Varlılar da sızıldayan il oldu,
Hamı dandı dövlətini, varını.
Kimlər gəldi kasıb qoydu adını.
Dəlidağım, indi səndən uzaqda,
Hamı yardım gözləyəndə qıraqda,
Hər gün çörək daşıyanda qucaqda,
Bildik səndə keçən günün qiymətin.
Duyduq necə kef çəkirmiş millətin.
Üzsüz südü kənddə çölə atardıq,
Şor deyilən şeymi məgər tutardıq?
Mal–qoyunu su qiymətə satardıq,
Bilməz idik qıtdıq olan şey nədi.
Yada düşdü qəlbim yenə göynədi.
Üzsüz şora indi beş min veririk,
Qatığına çox vaxt ayran deyirik,
Ət haramdı, ya halaldı bilmirik,
Təki olsun ac qalmasın qarnımız.
Daha neynək qoy çıxmasın canımız.
İçməz idik dağ çayının suyundan,
Kim içərdi kəklik otu çayından,
Yığmaz idik meyvələri bağından,
Külək töküb torpaq üstə sərərdi.
Hamı hər gün qonşuya pay verərdi.
Ancaq indi su nə rəngdir bilinmir,
Kəklik otu səndəki tək dəmlənmir,
Meyvəyə də kisə də pul görünmür,
Tale bizi yaman dərdə salıbdı.
Can yerinə quru sümük qalıbdı.
Saymağımın nə xeyri var canıma,
Ta da dərdi gəlib dolur qarnıma,
Bir baxıram keçmiş zamanlarıma,
Hey deyirəm o günlərim olaydı.
Öz çörəyim öz qarnıma dolaydı.
Dəlidağım, qoy kor olsun düşmənin,
Sən zirvəm ol mən də sənə güvənim,
İndi hamı cənnət bilir dünənin,
Nə itiymiş sənin qarlı qucağın.
Kaş bir daha alışaydı ocağın.
Dəlidağım, dövran yaman pis oldu,
Üz gülmədi göz yaşları göl oldu,
Tale bizdən üz döndərdi, yan oldu,
Həm varımız, həm canımız alışdı.
Köhnə dərdlər təzə dərdə qarışdı.
Dəlidağım, murov yaman qan etdi,
Bütün qışı boran etdi, qar etdi,
Zəfər eşqli ürəkləri xar etdi,
Şaxta yaman zülm eylədi bizlərə.
İgidləri pərən saldı düzlərə.
Soyuq əskərlərin qənimi oldu,
Hökm etdi insan da buz heykəl oldu,
Leşimiz quşların qisməti oldu,
Eləsi var meyidin də tapmadıq.
Neçə–neçə arzulara çatmadıq.
Canım qurban deyib ərlər torpağa,
Əl atdılar silahlara, yarağa,
Qurban dedi oğul meydin tapmağa,
Nə zamana gəldi ki gör analar.
Nələr gördü, nələr çəkdi analar.
Təxribatlar yenə yaman qol açdı,
Fərarilər düşmənimə yol açdı,
İçimizdə alçaq, satqın dolaşdı,
Hər bir zərbə yenə dəydi vətənə.
Torpaq döndü məcburən qan içənə.
Dəlidağım, qeyrətsizlər çoxumuş,
Gizli yolla bu davadan sovuşmuş,
Vətən satıb yad ölkəyə qovuşmuş,
Neyləyək ki adın kişi qoyanlar.
Dar günündə dönüb arvad oldular.
Haram olsun çörəyin də, suyun da,
Beləsinə yer olmasın qoynunda,
Yas məclisi qismət olsun toyunda,
Bu nəhs işi başımıza açanın.
Döyüşlərdən dönüb geri qaçanın.
Cavan üzü sevinməsin, gülməsin,
Şad gün nədir eşitsə də bilməsin,
Allah qəmin heç vaxt əskik etməsin,
Səni düşmən ayağına verənin.
Öz xalqına çıxılmaz tor hörənin.
Mərdlərin də heç də xali deyilmiş,
Torpağına canlar qurban deyilmiş,
Düşmən öndə dağın başı əyilmiş,
Baş əyməmiş ancaq neçə oğulun.
Qorxusu yox boranının çovğunun.
Şaxta neçə qəhrəmanı dondurmuş,
Ancaq təslim edəmməmiş, mərd durmuş,
Yıxılmamış ayaq üstdə dondurmuş,
Alqış belə şücaətə, şöhrətə.
Real misal budur əsil qeyrətə.
Oğulların don əlindən şil oldu,
Vuran qollar dondu kəsilən oldu,
Qıçsızlar, qolsuzlar görünən oldu,
Tale bizə nələri bəxş eylədi.
Millətimi yarı şikəst eylədi.
Gözəl qızlar evdə qaldı, qarıdı,
Saça düşən dənmi, yoxsa qarıdı,
Nə gün gördü nə bəxtindən yarıdı,
Təzə–təzə üzü gülən qızların.
Arzuları qəlbdə ölən qızların.
Nişanlı qız qaldı daim nişanlı,
Ömür bundan sonra keçər dumanlı,
İndi məgər yaşamalı zamanmı,
Hara baxsan dərdi, qəmdi, kədərdi.
Sabah nurlu olsa yenə nə dərdi.
(ardı var...)
Bakı. 24 fevral – 27 avqust 1994-ci il.
Qısa tanıtma: Hüseyn İbrahim oğlu MİRZƏYEV 27 avqust 1974-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı ailəsində anadan olmuşdur. Molla Məhəmmədin nəvəsidir. Orta təhsilini həmin kənddə alaraq, 1992-ci ildə Azərbaycan Texniki Universitetinə (AzTU) daxil olmuş və 1997-ci ildə “Yükqaldırıcı, nəqliyyat, tikinti, inşaat, yol maşın və avadanlıqları” ixtisası üzrə mühəndis-mexanik ixtisasına yiyələnmişdir. Texnika elmləri üzrə fəlsəfə doktoru, Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin dekanıdır.
2001-ci ildə AzTU-da aspiranturaya daxil olmuş, 2005-ci ildə 05.02.02 – “Maşınşünaslıq, maşın hissələri və ötürmə sistemləri” ixtisası üzrə “Hidrodinamik sürüşmə yastıqlarının dəqiqləşdirilmiş hesabının elmi əsaslarının işlənilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, 2008-ci ildə texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
2017-ci ildən Bakı Mühəndislik Universitetində (BMU) çalışır. 2018-2019-cu illərdə həmin universitetin Mexanika mühəndisliyi kafedrasının müdiri vəzifəsində işləmişdir.
Hazıra BMU-nun Mühəndislik fakültəsinin dekanıdır.
50-dan çox elmi əsərin, o cümlədən 5 kitabın (dərs vəsaiti), 3 patentin müəllifidir, .
Hüseyn Mirzəyev həm də bədii yaradıcılığa malik bir insandır. Çoxlu sayda şeirləri, bir neçə poeması, ədəbi-publistik məqalələri vardır.
1998-ci ildə “Söz-sözə” ədəbi birliyini yaratmış və 2001-ci ilə qədər onun sədri olmuşdur. Bu müddət ərzində ədəbi birliyin üzvlərinin şerlər toplusu olan “Söz çələngi” adında iki almanax nəşr etdirmişdir.
Şer yazmağa hələ uşaq yaşlarından başlasa da, heç zaman çap edilməyə can atmamışdır. Dövri mətbuatda və elektron nəşrlərdə Hüsyn Həsrət və Hüsey Mirzə imzaları ilə bir sıra şerləri çap olunmuşdur. 2007-ci ildə www.lit.az portalı “Yadındamı, yadında” adlı şerini daimi olaraq özünün “Eldən gələn” bölməsində yerləşdirmişdi.
Müxtəlif mövzu və janrlarda yazılmış yüzlərlə şerlərin, vətən həsrətini ifadə edən bir neçə poemanın müəllifidir.

Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 15-01-2021 20:12
Baxış sayı: 21 088
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23