Reklam
Kəlbəcər Muzeyinin materialları Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində mənbə kimi
29-05-2020 13:15
Ramiz Nəcəfli,
Bakı Dövlət Universitetinin dissertantı
1980-ci ildə yaradılmış, 1982-ci ildə yeni və bənzərsiz binaya köçürülmüş, Otuz altı minə yaxın eksponatı olan Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin arxeoloji materialları Azərbaycanın qədim tarixini daha da zənginləşdirmiş olar. Zar mağarasınından tapılan əmək alətləri, İstisi kurortu yaxınlığında aşkarlanan insan məskəni, üzərində keçi təsvirləri olan sal qayalar(muzeyin həyətində), bəzir daşları(muzeyin həyətində), keçi totemi, bürüncdən qədim boyunbağı, obsidiandan oxlar, Abdullauşağı kəndindən tapılan “buynuzdan oxatan”, daşdan insan skeleti, küp qəbirlərdən tapılmış nizə ucluqları, daş qara çıraq, dəmir qara çıraq, daş üzərində şəbəkə yazı, daşlaşmış ilbiz, müxtəlif qədim odlu silahlar, qala xarabalıqlarının şəkilləri, qədim qəbirlərdən tapılan insan sümükləri, su kəmərlərinin qırıntıları, Zar və Zəylik kənd qəbristanlıqlarında olan qoç və at abidələri, Zar və Zəylik kəndlərində üst-üstə qəbirlərdən(3-4 qəbir üst-üstə- mərtəbəli) tapılmış əmək alətləri, Hopurlu çayı kənarından tapılmış, VIII əsrin əvvəlinə aid başdaşı(üzərində ərəb dilində olan yazı onun tarixini göstərir), Kəlbəcər şəhərində üst-üstə qəbirlərdən tapılmış alətlər və s. Kəlbəcər muzeyinin arxeoloji abidələrini təşkil edir.
Yuxarıda qeyd etdiyimiz arxeoloji abidələrdən bir neçəsi üzərində dayanaq. İstisu kurortu yaxınlığındakı insan məskənini Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin ekspedisiya qrupu aşkarlamışdır. Muzeyin ikinci salonunda yaradılmış guşədə yaşayış məskəninin şəkili tabloda əks olunmuşdur . Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şamil Əsgərov tapıntı ilə bağlı yazır: ”İstisu qənşərində, dağın sinəsində, yaylaqlara doğru çəkilmiş elat yolunun alt tərəfində bu yerlərdə çox qədim dövrlərdə yaşamış insan məskəni aşkar etdik. Burada mövcud olan yaşayış yerləri bir və ya iki adam üçün tikilmişdir. Binaların divarlarına daşlar hörülərkən heç bir palçıqdan, əhəng materialından və ya adicə torpaqdan istifadə edilməmişdir. Yalnız iri və xırda daşlar bir-birinin üstünə qoyulmuşdur. Çox da hündür olmayan bu “evlər”in üstünə böyük yastı qaya salları döşənmişdir...Biz illərlə heç birirmizin diqqətini cəlb etməyən bu tarixi əhəmiyyətli yaşayış məskənini aşkar etdikdən sonra tarix elmlər doktoru Qüdrət İsmayılovu və onun dissertantı Niyazi İbrahimovu bura dəvət etdik. Çünki, qəti fikir söyləmək üçün belə yerləri xarakterizə edə bilən tarixçi alim lazım idi. Q.İsmayılov öz dissertantı ilə bu qədim yaşayış məskənində xeyli müddət tədqiqat işi apardı. Alim belə qənaətə gəldi ki, bu böyük əhəmiyyətli olan tapıntı Azərbaycanda daha qədim dövrlərdə insan yaşadığı barədə fikir söyləməyə imkan verəcəkdir ”. Kəlbəcər ərazisində 1976-cı ilin tədqiqatları ilə bağlı arxeoloq Qüdrət İsmayılov yazır:” Azərbaycanın yüksək dağlıq zonasında eramızdan əvvəl III minilliyə aid qədim yaşayış yerinin qalıqları aşkara çıxarılmışdır. Tərtərçayın hündür sol sahilində geniş bir sahəni tutan bu yaşayış yerində diametri 20 metrdən artıq olan dairəvi formalı möhtəşəm tikinti qalığı da üzə çıxarılmışdır. Tikintinin divarları iri ölçülü qaya parçaları və çay daşları ilə hörülmüşdür”. Arxeoloq göstərir ki, tikintinin ətrafında aparılmış kəşfiyyat qazıntısı zamanı da maraqlı elmi dəlillər əldə edilmiş, eramızdan əvvəl III minilliyə aid gil qab parçaları, müxtəlif daşlardan düzəldilmiş əmək alətləri, silah nümunələri(dəvəgözü daşından ox ucluqları) tapılmışdır. Muzeyin fonduna daxil olan və həyətində yer almış at, qoç fiqurları və sal qayalar üzərindəki 6-7 minillik tarixə malik olan keçi təsvirləri və ikinci salonda nümayiş etdirilən bürüncdən keçi totemi bu bölgədə totemizmin inkişafından xəbər verir. Keçili qaya(kənd), Keçi belinin gəzi(Zəylik kəndində yaylaq-yurd), Keçidüz dağı(Alaqaya kəndinin dağı), Keçiqalan(Başlıbel kəndinində dağ, Keçidamı dərəsi(Çəpli kəndi), Keçiqırılan(Dəmirçidam kəndində yer), Keçiqırılan qaya(İstibulaq kəndində qaya), Keçibeli yurdu(Keşdək kəndində yurd), Keçibeli(Şahkərəm kəndində yer), Keçiarxacı(Yanşaq kəndində yer) yer-yurd adları da bir daha totemizmlə, o cümlədən keçi totemi ilı bağlı düşüncələrimizdə yanılmadığımıza yardım etmiş olur. Hesab edirik ki, Kəlbəcər ərazisində totemizmin təşəkkülünü Qobustanla müqayisə etmək olar. Qobustan qayaları üzərindəki təsvirlərin bir çoxunu Kəlbəcər qayalarında- Gəlin qayası, Sultan Heydər dağı , Pəriçınqılı, Ayıçınqılı, Qurbağalı çay, Turşsu dərəsi, Sərçəlidağ və Sarımsaqlı dağda görmək olar. Burada at, öküz, qoç, keçi totemlərinə daha çox rast gəlinir. Qeyd edək ki, tariximizi özündə yaşadan bu daşları yalnız Ermənistanla sərhəd bölgələrdən muzeyin həyətinə gətirilmişdi. O zaman buna etiraz edənlər də oldu. Onlar “Daşlar öz yerlərində daha qiymətlidir, onu yerindən götürmək düzgün deyil demişdilər. Amma sonralar hamı tərəfindən bu reallıq qəbul edildi ki, rayona gələn turistlər əlçatmaz dağlara, qayalara deyil, muzeyə gəlirdi. Bununla da tariximizin dərin qatlarında qalan sirləri üzə çıxır, öz arenasını aşırdı. Bu daşların muzeyin həyətinə gətirilməsində əsas məqsəd isə ermənilərin bu abidələri partlatması təhlükəsindən xilas etmək idi. Təəssüflər olsun ki, ulularımızin bizlərə əmanət qoyub getdikləri bu qiymətli xəzinəni sonadək qoruya bilmədik. Kəlbəcəri işğal eləyən Ermənistan bu gün onun tarixi abidələri üzərində “tədqiqat” işi apararaq erməni mədəniyyəti adı ilə dünyaya sırıyırlar. Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarında beynəlxalq qanunları pozaraq abidələrimiz üzərində “tədqiqat” aparmasına isə beynəlxalq təşkilatlar susmaqla birtərəflilik nümayiş etdirirlər. Muzeyin həyətindəki çox dəyərli arxeoloi abidələrdən biri də, atın günəşə qurban kəsilməsini təcəssüm etdirən bazalt daşıdır. Daşın üzərinə bir əlində balta, o biri əlində isə atın cilovundan tutub onu günəşə tərəf aparan kişi rəsmi həkk olunub. Yuxarıda günəş şəkili aydın görünür.Üstündən min illər keçsə də, bu qiymətli daş, ulularımızın qədim dini-etiqadını özündə qoruyub saxlayıb. Atın günəşə qurban verilməsi türklərin, o cümlədən Azərbaycan xalqının formalaşmasında iştirak edən massagetlərin inanclarında görürük. Tarixin atası sayılan Herodoton məlumatına görə massagetlər günəşi yeganə Allah hesab etməklə ona at qurban vermişlər. oxşar adət sarmatlarda da olmuşdur. Sibir və Altay xalqlarında da günəş və od üçün ağ at qurban kəsilirdi. Şamanlara aid rəvayətlərdə günəş dünyanın xeyirxah qüvvələrinin başlanğıcı, himayəçisi kimi təsvir olunur. Muzeyin həyətindəki və Zar, Zəylik kəndlərinin qəbristanlıqlarındakı qoç fiqurları da arxeoloji baxımdan qiymətli maddi mədəniyyət abidələri sırasındadır. Muzeyin həyətindəki qoç fiqurları rayonun ayrı-ayrı kəndlərinin dağlarından gətirilib. Sovet hakimiyyətinin formalaşmasınadək yerli əhali tərəfindən bu abidələrə həssaslıqla yanaşılırdı. Çox keçmədi ki, qoç fiqurlarının içərisində qızıl olduğu barədə şaiyələr buraxıldı. Bununla da “qızılaxtaranlar” dağlarda bu daşları sındıraraq çoxunu məhv etdilər. Beləliklə qızıldan da qiymətli olan tariximizin müyyən hissəsini özümüzünkülər tarixə gömdü. Kəlbəcər rayonunun Zar kəndinin yerləşdiyi ərazinin qədim şəhər(Şəhri Zar) xarabalığı olduğu barədə minillərdən bu günədək yaddaşlardan silinməyən tarixi məlumatara diqqət yönəldək. Muzeyin qədim dövrünə həsr olunmuş ikinci salonda bu barədə qısa məlumat öz yerini almışdır. Eləcə də Zar mağarasının şəkili, oradan tapılan dəvəgözündən və çay daşlarından olan alətlər, saxsı qab qırıntıları və digər tapıntılar ən qədim insanın yaşayış tərzini ifadə edir. Zar mağarası Kəlbəcərin Zar kəndindən Zəylik kəndinə gedən daş yolun üstündə döngədə yerləşirdi. Mağaranın ilk “tədqiqatçıları” qızılaxtaranlar olub. Əslində sözün həqiqi mənasında mağaranın ətrafından qızıl və başqa əşyalar tapıldığından insanların bu addımı atmasına gətirib çıxarıb. Sonralar qızılaxtaranlar partladıcı maddələrdən istifadə etməklə tarixmizə özləri də düşünmədən çox böyük zərbə vurublar. Zar kənd sakini Müslüm Şahüseynov 1986-cı ildə yuxarıda qeyd olunan daş yolla gedərkən aypara şəkilli bir daş onun diqqətini cəlb edib. “Kəlbəcərsiz, Zarsız keçən ömürlər” kitabında Müslüm Şahüseynov çox da uzaqda olmayan dövrün xatirələrindən söz açır: ”Orada mağara olduğunu heç kim bilmirdi. 1986-cı ildə mən həmin daş yolla keçərkən burada daşdan yonulmuş, aypara şəkilli böyük bir daş gördüm. Bu, məni çox maraqlandırdı. Həmin daş iti ucu üstə qayanın dibinə doğru qoyulmuş və hörülmüşdü. Sonra biz bir neçə nəfərlə həmin qayanın dibində olan daş divarı sökməyə başladıq. Qayanın altına gedən mağaranın ağzına böyük bir daş qoyulmuş, üstünə də çoxlu ağ qum tökülmüşdü. Hansı ki, həmin ərazidə bu cür ağ quma təsadüf edilmirdi. Mağaranın ağzında keçmişə aid çoxlu alətlərə təsadüf etdik. Mağara qayanın dibində idi. Qayanın üstündə isə kənd yerləşirdi, evlər vardı... Səhəri gün işimizi davam etdirmək üçün buraya qayıtdıqda gördük ki, su ağır bir qaya parçasını yerindən oynadaraq mağaranın ağzına uçurub. Qaya parçası çox ağır olduğu üçün biz işimizi davam etdirə bilmədik. Mən bu barədə o vaxtlar qazıntı işi ilə məşğul olan Elmlər Akademiyasının işçisi Mənsur Mənsurova məlumat verdim. O mağaranın ağzından bu qaya parçasının partlayışsız götürülməsinin mümkünsüzlüyünü bildirdi və oradan bizim çıxardığımız keçmiş alətləri götürüb getdi. Bir daha M.Şahüseynovun söylədiklərindən də görünür ki, sonralar mağara və ətrafı tədqiq olunmamış, Zarın şəhər xarabalıqları üzə çıxarılmamışdır. Dəfələrlə bu ərazidən dəfinələr tapılması əbəs yerə bura Zar(zər) adının verilmədiyinə bir işarədir. Sovet hakimiyyəti dövründə kənd əhalisi yeni evlər tikərkən qazıntı nəticəsində buradan qızılla dolu küpələr tapmışdır. Zar kəndində təhsil alan və qonşu Bəzirxana kədində boya- başa çatmış, 1992-2007-ci illərdə Azərbaycan Mili Elmlər Akademiyasında çalışmış Məzahir Təhməzov da Zar kəndinin qədim şəhər olduğunu söyləyənlərlə həmfikirdir. O, yazır ki, Zar kəndinin cənub hissəsində-Mollabayramlı və Zivel kəndlərinin arasından axan Qaraarxac çayının(Sərkər suyunun) sahilində qızıl istehsal edilən məntəqələr mövcud olubdur. Yaşlı sakinlərin söylədiklərinə görə Zardan Təbrizə qızıl yüklü dəvə karvanları gedərmiş. Belə ki, Zar və Bəzirxana kəndlərinin ərazisində həyatyanı sahələr qazılarkən sarı torpaqla dolu xeyli sayda balaca küpələr(saxsı qablar) tapılırdı. Yerli sakinlər bu barədə məlumatsız olduqlarından , həmin sarı torpağı tullayırdılar. 1950-1960-cı illərdə Zar-Bəzirxana-Keyti-Ağduzdax istiqamətində aparılan geoloji kəşfiyyat işləri vaxtı məlum olub ki, həmin küpələrdə olan sarı torpaq tam istehsal edilməmiş qızıl imiş. Tədqiqatçı alim Şamil Əsgərov da Zar kəndi ərazisindəki müşahidələrindən sonra belə bir nəticəyə gəlmişdir ki, burada qədim və zəngin mədəniyyəti olan bir şəhər mövcud olub. O, yazır ki, burada daşdan yonulmuş çox nəhəng və gözəl ornamentli, daş üzərində yonulmuş qarşı-qarşıya kərgədan və pələng, silahlı atlılar, yazı nişanələri olan qədim binalar, yeraltı yollar, qazıntı nəticəsində əldə edilmiş maddi mədəniyyət əşyaları sübut edir ki, Zar kəndi ərazisində möhtəşəm bir şəhər mövcud olmuşdur. Arxeoloji qazıntılar aparıb həmin qədim şəhərin sirlərini açmaq olduqca vacib bir məsələdir. Qeyd edək ki, M.Hüseynov, Ə.Cəfərov və M.Mənsurovdan ibarət Paleolit arxeoloji ekspediyası 1981 və 1987-ci illərdə Kəlbəcər rayonu ərazisində apardığı kəşfiyyat işləri zamanı Orta Şurtan və Zar açıq paleolit abidələrini qeydə almışdır. Amma tədqiqat işləri burada davam etməmişdir. Bunun əsas səbəbi 1988-ci ildən Qarabağ və ətraf bölgələrdə başlayan Azərbaycan-Ermənistan münaqişəsinin yaratdığı ağır durum olmuşdur. Belə ki, burada işləyəcək tədqiqatçıların həyatı üçün heç kim qarant olmurdu. 1988-ci ildən başlayaraq 1993-cü ilin aprelinədək mühasirə şəraitində yaşayan Kəlbəcər, yalnız yerli əhalidən və digər könüllülərdən ibarət fədəkar insanların hesabına qorunurdu. Könüllülüərin ləğvi və əhalinin əllərindəki ov tüfənglərinin müsadirə edilməsi ilə Kəlbəcər Ermənilər tərəfindən işğal edildi. Bununla da sirləri açılmamış minlərlə tarixi abidələrimiz işğalçı Ermənistan dövləti əlində girov qaldı. Zar adı ilə bağlı Azərbaycanın əzəli torpaqlarında kənd, dağ, çay adları mövcuddr. İrəvan quberniyasının İrəvan qəzasında Zar, kənd adı kimi qeyd olunur. 1918-ci ildə əhalisi Azərbaycana qovulduqdan sonra bu kənd dağıdılmışdır. XIV əsrin axırlarında İrəvan qəzasında Zar, Yelizavetpol quberniyasının Cavanşir qəzasında(indiki Kəlbəcər rayonunda) Zar, İrəvan quberniyasının Aleksandropol qəzasında Zar-İncə, Tiflis quberniyasının Qori qəzasında Zar kəndləri mənşəcə eynidir. Nazim Tapdıqoğlu Zar yaşayış məntəqəsinin adının ilk dəfə XIII əsr mənbələrində çəkildiyini qeyd edir.
1590-cı il sənədinə görə Şərur qəzasında Zar nahiyyəsi olmuşdur. XIX əsrdə Tiflis quberniyasında Zar kəndi, Qars vilayətində Zaruşad çayı qeydə alınmışdir. Cənubi Azərbaycanda Kələzar kəndləri mövcuddur. V əsr tarixçisi Favston Buzandın əsərində və həmçinin Zarişat(Türkiyənin indiki Zaruşt ərazisində) yaşayış məntəqələrinin adı çəkilir. Tarixi mənbələrdə zarların fars vilayətinin cənubunda, fars körfəzinin sahillərindən Kirmana qədər olan ərazidə yaşadıqları göstərilir. İran mənşəli zarlar qədim dövrlərdə İranın şimal-qərbində, habelə keçmiş Sünik ərazisində( Qarabağın müəyyən hissəsi, Qubadlı-Zəngilan zonası, Ermənistanın cənub-şərq hissəsi)yaşamış və sonralar müəyyən tarixi hadisələrlə əlaqədar müxtəlif ərazilərə yayılmışlar. Zar haqqında “Zaza və Naza” toponim rəvayət də min illərdən bu günədək gəlib çıxmışdır. Bu rəvayətdə kasıb bir qarının oğlu olan Zazanın var-dövlətli bir əyanın qızı Nazaya olan faciəvi məhəbbətindən söz gedir. Kimsəsiz ananın oğlunun faciəli ölümünə zar-zar ağlaması bu yerin Zar adı daşıması ilə əlaqələndirilir. Tədqiqatçı alim Qiyasəddin Qeybullayev qədim Azərbaycan dövləti olan Manna dövlətini əvəz edən Midiyadan bəhs edərkən burada bir sıra şəxs adlarını qeyd edir. Həmin şəxs adlarından ikisi Zariş(e.ə. 820-ci il) və Zanzar(e.ə.820-ci il) mövzumuzla bağlı müəyyən fikir yürütmək imkanı verir. Zariş İranmənşəli ad sayılır və zər - “sarı” ,”qızıl ” sözü ilə əlaqələndirilir. Ehtimal ki, şumercə Sar allahının adı ilə bağlı teofor addır. Türk-monqolca Sar - “Ay” və eş - “kimi” , “ona bərabər” sözlərindən ola bilər.E.ə V əsrdə Orta Asiyada saklarda çariça Zarina (Sar-Ay və ənə - “ana” sözlərindən) şəxs adı ilə müqayisə olunur. Zanzar İranmənşəli ad sayılır və farsca zana - “tayfa” və qədim hindcə zar- “hərəkət etdirmək”, “başçılıq etmək” sözləri ilə əlaqələndirilir. Türkcə sanqi(monqolca sanca) – “sayılan”, “hamı tərəfindən tanınan”, “məşhur” və ər- “kişi”, “igid”, “döyüşçü”sözlərindəndir. XVIII əsrə aid Xivə xanlığının arxivindəki sənədlərdə 6 nəfər şəxsin adı Sanqi kimi qeyd olunmuşdur. Orta Asiyada Səlcuq sultanlarından Səncər Məlik şah(1086-1157), XIII əsrin əvvəllərində Buxarada xalq hərəkatının başçısı Səncər Məlik və XVIII əsrdə Altayda Kuzen mahalında mülkədar Sanzer və s. şəxs adları müqayisə olunur. Şumercə sanq - “başçı”, “kahin”(qədim türkcə sanqi - “sayılan”, “hamı tərəfindən tanınan” sözünün eynidir) və Sar(allahın adı) sözlərindən də ola bilər. Yuxarıda qeyd etdiklərimizdən bir daha bu nəticəyə gəlirik ki, 1993-cü il Kəlbəcərin işğalınadək bütün Kəlbəcərlilərin, o cümlədən Zarlıların dillərində əzbər olan qədim Şəhri Zar adlı şəhərin eyni adlı kəndin ərazisində mövcud olmasına şübhəmiz yoxdur. Mənbələrdə bəzən Xotavəng kimi qeyd olunan Xudavəng məbədi Kəlbəcər rayonunun Vəng kəndində, Tərtər çayının sol sahilində yerləşir. Kəlbəcər şəhəri ilə Xudavəng abidə kompleksi arasında məsafə təxminən 29 kilometrdir. Məbəd qədim Albaniyada xristianlığın yarandığı dövrə təsadüf edir. Abidə böyük bir kompleksdən ibarətdir. Bura bir neçə bazilika, təssərrüfat və yaşayış binaları, tövlələr və qala divarları daxildir. Abidənin tikilməsi tarixi ilə bağlı məlumatlar fərqlidir. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin apardığı tədqiqatlar zamanı ərazidən arxeoloji tapıntılar, o cümlədən saxsı qırıntıları bu tarixin aşkarlanmasına işıq saçmış olar. Saxsı qırıntıların daha çox erkən feodal dövrünə xas olması, bu məbədin 6-7-ci əsrə məxsus olduğunu ehtimal etmək olar. Rəşid Göyüşov Xudavəng abidə kompleksinə daxil olan tikililər üzərindəki yazılar və “Alban bazilikası” adlı kilsədən bəhs edərək yazır ki, bu bazilika baş məbədin şimalında inşa edilmişdir. Abidənin üst hissəsi qalmadığından onun tarixini müəyyənləşdirmək çətindir. Bununla belə arxeoloq alim mənbələri diqqətlə təhlil edərək həmin tikinti kompleksin VIII- IX əsrə aid edildiyini söyləyir. Yazılardan məlum olur ki, XII əsrdə mətnin müəllifləri Xotavəngin yerində qədim məbədin və onun sakinlərindən söz açırlar. Doğrudan da Xotavəng kompleksi Azərbaycanda çoxtəbəqli abidələrdən biri olub, alban xristianlığını öyrənmək üçün ən mühüm obyektlərdən biridir. Yeri gəlmişkən qeyd edək ki, Xotavəng abidəsi üzərində ermənilər zaman-zaman saxtalaşdırmalar aparıb. Bu saxtalaşdırmalardan biri XX əsrin 50-ci illərində olub. Belə ki, 1952-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndinin kənd sovetinin sədri İsmayılov Məhərrəm Qabil oğlu rəsmi məlumatla rayona bildirmişdi ki, bir erməni bir axşam bizə gəldi və qonağım oldu. Səhər tezdən durub erməninin evdən çıxıb getdiyini gördüm. O, qapımızdan baltanı da götürüb aparmışdı. Gedib onu Xudədəng(Xudavəng) abidəsinin önündə gördüm. Gördüm bir binanın qarşısında yonulmuş daş qırıntıları tökülüb. Ora çatanda erməni artıq qaçmışdı və onu axtarıb tapa bilmədim . Sonda bir daha da qeyd edirik ki, əlçatmaz qayalarla əhatə olunmuş Kəlbəcər zirvələrini tədqiq etmək asan iş deyildir. Bu yerlərdə müasir insanın ayağı dəyməmiş minlərlə tədqiqata ehtiyacı olan ulularımızın xatitələri yatır. Kəlbəcər 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən onun məşhur muzeyi də düşmən əlində girov qaldı. Bu gün Kəlbəcər muzeyinin eksponatlarını işğalçı ermənilər öz mədəniyyətləri adı ilə dünyanın ayrı-ayrı şəhərlərində nümayiş etdirirlər. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
(Məqalə “Pedaqoji Universitetin Xəbərləri” adlı elmi jurnalda dərc olunub)
Dalidag.az

Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 29-05-2020 13:15
Baxış sayı: 41 251
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23