Reklam
Hüseyn Mirzə - "DƏLİDAĞIM" (Poema)
08-02-2021 11:20
Hüseyn MİRZƏ
Salam, Namiq müəllim!
Yəqin ki, siz də çoxları kimi məni texniki elmlər sahəsinin bir mütəxəssisi kimi tanıyırsınız. Haqlısınız, mən elm adamı, təhsil işçisiyəm. Bir alim kimi bütün günü beynim elmi problemlərlə məşğul olur, bir yandan da universitetdə inzibati işlər. Amma mən xarakter etibarı ilə düşüncə adamıyam. Şeir yazmaq istəməsəm belə yazmağa məcbur olduğum, amma əksəriyyəti çap edilməyən minlərlə şeirin müəllifiyəm.Əvvəllər daha çox Hüseyn Həsrət imzası ilə yazırdım. Bu əvvəli sevgi, sonrası torpaq, kənd, el, Dəlidağ, Kəlbəcər həsrətindən qopan bir təxəllüs idi. Sonralar vətənə əbədi həsrət qalacağımı adımda möhürləməyim, qəlbimə təqlid edəməyim deyə Hüseyn Mirzə adı ilə yazmağa başladım.1998-2001-ci illərdə Təhsil Cəmiyyətinin nəzdində "Söz-sözə" ədəbi birliyini yaratdım. Bu poeziya məclisində 30-dan çox yazar toplandı. 2 ədəd "Söz çələngi" adlı almanaq nəşr etdirdik. Səsimiz-sorağımız Yazıçılar İttifaqına qədər gedib çıxdı. Hörmətli Anar müəllim bir dəfə bizi dəvət elədi, 15 yazarı götürüb hüzuruna getdik. onun kabinetində 3 saatdan artıq bir poeziya məclisimiz oldu. Mən orada "Bir küncə atılmış kitab kimiyəm" şeirini demişdim. Müzakirə zamanı bizi dinləyən şairlərdən biri şeri tərifləyib demişdi ki, sən bu gündən sonra bir şeir də yazmasan ədəbiyyata düşməyə layiq şairsən. Həmin illərdə ara-sıra mətbuatda da çap olunmuşam. Sonralar ətrafımda olanların hamısının çap olunmaq ehtirasını görüb, həmin poeziya məclisindən ayrıldım. Həm də daha ciddi elmi fəaliyyətlə məşğul olurdum.Əvvəllər bir Lit.az portalı var idi. Orada çap olunan əsərlər Ali Attestasiya Komissiyası fiologiya sahəsində elmi əsər kimi tanıyırdı. Qəbul edilən əsərlər qaydaya görə portalda yerləşdirilir və bir, yoxsa bir neçə ay oara qalırdı. Mən "Yadındamı, yadında" şeirimi göndərim həmin protala, cavab gəldi ki, "Sizin şeiriniz əbədi olaraq portalın "Eldən gələn" bölməsində saxlanılacaqdır. Doğrudan da, şəklimlə birgə yerləşdirmidilər, şəklin altında da şeirdən bir-iki misra seçmişdilər. Hər dəfə sayta baxanda Aşıq Ələsgərin şəklinin olduğu bir sırada mənim də şəklimin yerləşdirilməsinə baxanda həm qürrələnirdim, həm də utanırdım.
Təəssüf ki, o portal indi nədənsə işləmir...Kəlbəcər işğal olunandan sonra çoxlu şeirlərlə yanaşı iki poema da yazmışam. Birincisi "Ay uçan quş" kəndimizə, onun yerlərnə, yaylaqlarına həsr olunub. İkincisi ustad Şəhriyarın "Heydərbabaya salam" poemasına nəzirə kimi yazılan "Dəlidağım" poemasıdır.Onu sizin "Dəlidağ" saytına göndərirəm. Məsləhət bilsəniz hissə-hissə yerləşdirin, poeziya sevərlər oxusun, qiymət versin.Şükür Allaha daha vətən həsrətimiz sona çatdı, Dəlidağımız, Kəlbəcərimiz azad oldu. Əvvəllər bu şerləri o qədər də yaymağa, çap etdirməyə həvəsim yox idi. Çünki elə özüm də oxuduqca, özümə acıqlanırdım ki, sözdən başqa heç nəyə gücümüz çatmır. Amma indi, şükür Allaha, Ali Baş Komandanımızın qətiyyəti, əsgərlərimizin cəsarəti sayəsində torpaqlarımızı azad etmişik. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Daha kimsə bir kəlbəcərli kimi mənim yanğılı şeirlərimi oxuyanda, dinləyəndə "elə bircə gücünüz sözə, şerə" çatır deməz...
Hüseyn MİRZƏ
Dalidag.az Hüseyn Mirzənin "Dəlidağım" poemasının ikinci hissəsini təqim edir:
(Qeyd: poemanın birinci hissəsi 15.01.2021-ci il tarixdə saytımızda yayımlanıb)
DƏLİDAĞIM
(Poema)
İkinci hissə
Dəlidağım, qurban olum adına,
Hər an çatdın köməyimə, dadıma,
Ötən günlər gələr düşər yadıma,
Xatırlaram, hey doluxub ağlaram.
Ümidimi daha kimə bağlaram.
Bir uşaq tək qucağında olanda,
Körpə qəlbim sevinc ilə dolanda,
Qara zurna səslənəndə toyunda,
Yerimdəcə əyləşərkən oynardım.
Hər anımı xoşbəxt anlar sanardım.
Evcik–evcik, maşın–maşın oynardıq,
Oynamaqdan məgər bir an doyardıq?
Daş toplayıb böyük evcik qurardıq,
Kölgələnib uzanardıq içində.
Yuxu tutub xoruldardıq içində.
Evdən gizli hər gün dama çıxardıq,
Yavaş–yavaş əl ağacın alardıq,
Tez başına qırmızı bağ salardıq,
Dəh–dəh deyib atılardıq meydana.
Ağac atı gətirərdik cövlana.
Uşaq ikən böyük söhbət edərdik,
Atı yüklər köçüb dağa gedərdik,
Gül–çiçəyi əlimizlə didərdik,
Bağlayardıq ağac atın belinə.
Tez tökərdik tayamızın dibinə.
Xoşbəxt idik bilməz idik dərd nədir,
Yada saldım yazıq qəlbim göynədi,
Əlimizdə bu yer nədir, göy nədir,
Lap dünyanı həvəs olsa aşardıq.
Ömrümüzün gözəl anın yaşardıq.
Böyüyürdük yağın, balın içində,
Çalışmazdıq əkində, ya biçində,
Yaxşı nə var, yaxşıların içində,
Hər an bizim payımıza düşərdi.
Tale bizə rahat yuva eşərdi.
Dəlidağım, gün Şaqqardan baxanda,
Qarlı zirvən qızıl kəmər taxanda,
Şəlalələr şırıldayıb axanda,
Yadındamı sularında çimərdik.
Soyuq suyu üzümüzə çilərdik.
Yaz ayları göy yaylağa köçəndə,
Təzə yurdda qoyun–quzu seçəndə,
Obalardan dağlara səs düşəndə,
Sevincimdən atılardım, düşərdim.
Qucağında bərkiyərdim, bişərdim.
Çanta götürüb səhər dərsə gedəndə,
Dostlar ilə şirin söhbət edəndə,
Eşqə düşüb gözəl bir qız sevəndə,
Səhər–axşam boş–boşuna gəzərdim.
Sevgilim çün şeri şerə düzərdim.
Biçənəkdən yar evinə baxanda,
Yar çiynində səhəng evdə çıxanda,
Göz altından hərdən mənə baxanda,
Bilməz idim günün hansı vaxtıdır.
Bilirdim ki, baxımın xoş vaxtıdır.
Dərdsiz–qəmsiz çöllərini gəzəndə,
Çiçəyini qoxulayıb üzəndə,
Çələng hörüb telimizə düzəndə,
Duymayardıq səndən uzaq olarıq.
Bir gün gələr sənə həsrət qalarıq.
Dəlidağım, bəxtim getdi yuxuya ,
Haçan qalxar, deyə düşdüm qorxuya,
Çətin burnum qəmsiz hava qoxuya,
Tale məni ağır dərdə salıbdı.
Dərmanımı verən əldən alıbdı.
Dəlidağım, bayram çağı gələndə,
Xıdır Nəbi qapıları döyəndə,
Çərşənbələr yavaş–yavaş yetəndə,
El içində bir qaynaşma düşərdi.
Hər ocaqda bayram aşı bişərdi.
Anam əvvəl qovurğanı qovurar,
Sonra onu torbalara doldurar,
Kirkirələr haray salar, hay salar,
Hamı deyər bayramınız mübarək.
Sevin, oyna, əziz gündə şad gərək.
Qazanlarda dadlı xörək bişəndə,
Qovud yeyib öskürəyə düşəndə,
Xala, bibi yaxasını eşəndə,
Bayram payı daşıb, başdan aşardı.
Xəşilimiz pıqqıldayıb daşardı.
Xəşil yeyib, rahat–rahat yatardıq,
Arzu edər, arzumuza çatardıq,
Səhər durub qazanlara baxardıq,
Görərdik ki, Xıdır gecə gəlibmiş.
Əllərini qovud üstə səribmiş.
Danaqıran güneylərdə çıxanda,
Novruz gülü qar altından baxanda,
Bahar qışa güc eyləyib yıxanda,
Kənd içində hamı deyib gülərdi.
Üzümüzə xoş sabahlar gələrdi.
Çərşənbədən on gün öncə uşaqlar,
İp götürər, ardıc qırar, qucaqlar,
Topa–topa qapılarda qalaqlar,
Axşam düşər od vuraraq qalardıq.
Deyər, gülər, xoş səs–küylər salardıq.
Dəlidağım, qar dağlardan enəndə,
Sellər gəlib şıltaqlıqlar edəndə,
Yadındamı mən də çatı belimdə,
Uşaqlarla birgə yola düşərdim.
Ardıcları dəhrə ilə biçərdim.
Özüm kiçik, şələm böyük olardı,
Yorulardım, yük dərədə qalardı,
Dostlar gələr köməyimə çatardı,
Elə halda çatardıq ki qapıya,
Açmaq üçün əl yetməzdi çatıya.
Anam bizi belə gündə görəndə,
Qabağmıza qaçıb üzdən öpəndə,
Atam gülüb, bala sağ ol deyəndə,
Sevincimin sərhəddi də olmazdı.
Yorğunluqdan ğanda əsər qalmazdı.
Ardıc, gəvən daşımaqdan doyanda,
Qapımızda ocaq çatıb qoyanda,
Hər gün səhər ardıcları sayanda,
Pay verərdik imkansıza, əlsizə.
Savab işlər qazanardıq üzmüzə.
Ömür keçid irəliyə qaçanda,
Axır gəlib çərşənbəmiz çatanda,
Ocaqlara od verən an çatanda,
Yığışardıq tez alovun başına.
Dolaşardıq sevinc ilə başına.
Dövrəsində xeyli yallı gedərdik,
Körpələri alova qərq edərdik,
Tullanıban sevinc ilə deyərdik,
Ağırlığım odda yansın kül olsun.
Baxtım dönüb açılacaq gün olsun.
Dəlidağım, axşam toran çalanda,
Tonqalların alışanda, yananda,
Tüfəng, fişən, dağlara hay salanda,
Atam durub tonqala od verərdi,
Köhnə ilə getsin dərd, qəm deyərdi.
Göyün üzü tutulardı istidən,
Kənd içində qar əriyər istidən,
Atılanda hər alovun üstündən,
Alov mənim saçlarımı ütərdi.
Qızlar baxıb, qaqqıldayıb gülərdi.
Növbə – növbə tonqalları qalardıq,
Qapı pusar xoş xəbərlər alardıq,
Bəxtimizi min yol ilə sınardıq,
Bilməz idik taleyimiz kəm imiş.
Sabahımız bolluca dərd – qəm imiş.
Pencəkləri tərs üzünə geyərdik,
Üzümüzü komürlə rəngləyərdik,
Dəstə – dəstə qonşulara gedərdik,
Xəlvət atıb gizlənərdik torbanı.
Sonra gedib bərkidərdik toqqanı.
Şəkər, şərbət, noğul başdan aşardı,
Duzlu süddaş ocaq üstdə daşardı,
Sevinc gələr, kədər dönb çaşardı,
Xoş günlərdi, heyif qədrin bilmədik.
Gözəllikdə gözəlliyi görmədik.
Gecəyarı gəlib evə çıxardıq,
Torbamızı boşaldıb tez yatardıq,
Hələ səhər açılmamış durardıq,
Yuyunardıq çayın sərin suyunda.
Saflaşardıq təzə ilin yolunda.
Yumurtanı allı – güllü boyardıq,
Döyüşməkçün cibimizə qoyardıq,
Uduzanın yumurtasın soyardıq,
Bölüşdürüb elə orda yeyərdik.
Uduzana kefsizləmə deyərdik.
Bayram gələr, dərd – qəm qorxub qaçardı,
Bəxtimiz də çiçək kimi açardı,
Solan üzdə sevinc şəfəq saçardı,
Ay, nə gözəl, xoşbəxt günlər var imiş.
Qadir allah hər bəndəyə yar imiş.
Dəlidağım, deyən yolu azmışam,
Adi günü nəzərimdən pozmuşam,
Şad günləri bayramlara yazmışam,
Unutmuşam qucağında olanda.
Hər anımız bir bayrammış qoynunda.
Qoy pis günün ömrü xeyli az olsun,
Ağır qışmız dönüb güllü yaz olsun,
Kefimiz də bundan sonra saz olsun,
Sən də bizi öz qoynuna alginən.
Ömrümüzə xoşbəxt günlər yazginən.
Dəlidağım, bənzim soldu, çürüdü,
Ömür yolun qara duman bürüdü,
Tale bizi bəd günlərə sürüdü,
Neçə dostun ömrü yarımçıq oldu.
Düşmənimin yolları açıq oldu.
Həm yurd getdi, həm də şirin canımız,
Torpaqlara suvarıldı qanımız,
Bir dərd ilə yüklənmişik hamımız,
Vətənsizik indi vətən içində.
Ağır dərdə ağlamayaq neçin də.
Dağ çayları göz yaşına dönübdü,
Gül – çiçəklər açılmadan ölübdü,
Min – min evdə yanan çıraq sönübdü,
Nə suç edib yaman günə qalmışıq.
Ölüm hökmün əlimizə almışıq.
Mərd kişiyə namərd tələ qurubmuş,
Şah taxtını gədə – güdə tutubmuş,
Əsil düşmən içimizdə yatıbmış,
Bilməmişik sapı bizim baltalar.
Bir gün dönüb özümüzü baltalar.
Dəlidağım, dərd – qəm dolub canıma,
Çıxmaqdansa ta da gedir qanıma,
Dost – qardaşı tez yetirin yanıma,
Qorxuram ki, bu ağrıya dözməyəm.
Daha bir də o dağları gəzməyəm.
Bəxt ulduzum zəifləyib, sönübdü,
Neyləyim ki, taleyim də dönübdü,
Daha mənim həyat eşqim sönübdü,
Eşqsiz ürək, yaşamağın nə lazım.
Qoy qəbrini öz əlimlə mən qazım.
Ölüm hökmün neçə ildir almışam,
Mən bıçağa özüm tiyə salmışam,
Əzrailə verib öndə durmuşam,
Özü bilər haçan alar canımı.
Mən fələyə halal etdim qanımı.
Dəlidağım, göylər qara buluddur,
Qarnı da ki. Mərmi ilə dolubdur,
Bu yağışdan yurdum viran olubdur,
Cahad eldə cavan oğlan qoymadı.
Əcdaha tək yeməyilə doymadı.
Necə oldu kəndimizin gülləri,
Şövqü, Elşad, Habil kimi ərləri,
Süzdürərdi öz yerində dilbəri,
Aşıq Novruz qara zurna çalanda.
Toy sədası dağlara hay salanda.
Novruz qardaş əsil novruz gülüydü,
Kəndimizin bir şeyda bülbülüydü,
Qəlbi təmiz, gözləri nur gölüydü,
Onu vuran kaş yerində donaydı.
Öz gülləsi öz qarnına dolaydı.
Xeyirxahlıq idi onun əməli,
Halallıqla qoyulmuşdu tə"məli,
Novruz varıdı orda həyat deməli,
Şadlanardı şirin – şirin gülərdi.
Hamı onu öz doğması bilərdi.
Gücü çatsa hamıya əl atardı,
Dara düşsən Novrz dada çatardı,
Yadları da qohumuna qatardı,
Niyə qıydı ölüm belə cavana.
Onun ölmü bir dərd verdi cahana.
Bir istedad vermiş ona yaradan,
Musiqiylə doğulmuşdu anadan,
Tardı, sazdı, nə bilim zurna, qavaldan,
Hansın desən dilin bilib çalardı.
Kəndimizə Noruz şənlik salardı.
Dəlidağım, aşıq Novruz çalanda,
"Əskər marşı" dağlara hay salanda,
Elşad ilə qol – qola oynayanda,
Bilməz idim yurdum viran olacaq.
Elşad, Novruz xatirədə qalacaq.
Şövqüyə də yoxdur kənddə tay olan,
İgid, cəsur, elimə bir hay olan,
Axır ömrü qar içində zay olan,
Belə tale yazılıbmış alnına.
Ancaq soyuq güc gələrmiş canına.
Vəzifə üçün sızlayanlar, ölənlər,
Müharibədən öz xeyrini güdənlər,
Bir ad üçün xalqı bada verənlər,
Min hiylə ilə vəzifəyə gəldilər.
Alçaq – alçaq xain işlər gördülər.
Bütün aləm qar libası geyəndə,
Şaxta, boran hökmranlıq edəndə,
Quduz ölüm qurban, qurban deyəndə,
Ağılsızlar hücum əmri verdilər.
Əskərləri Murova göndərdilər.
Murovdağda qışdı, yazdı bilinməz,
Qar yağdımı beşaddımlıq görünməz,
Yol bağlanar, dovşan belə keçəmməz,
Bilə – bilə beləcə sərt təbiəti.
Murova çıx! Əmri verildi qəti.
Ordumuzda hamı kasıb balası,
Yetirmişdi deyən qada balası,
Düşmənlə yox, qar – boranla davası,
Axırına çıxdı ac oğulların.
Vətənə ən layiq tac oğulların.
Bir yandan aclıq, bir yandan dava,
Bir yandan da üzü dönmüş bu hava,
Gətirdi ölümə qar qova – qova,
Hərəsin bir yerdə tutaraq şaxta.
Dondurdu yoluyla getdiyi vaxtda.
Buz heykəllər dağ döşünə düzüldü,
Bulaqlardan insan qanı süzüldü,
Ata – ana evdə dərddən büzüldü,
Bilmədi ki, oğlun axrı nec oldu.
Əsir düşdü, şəhid oldu, ya dondu.
Dəlidağım, yaman çoxdur beləsi,
Ağlamaqdan ölüb gözün giləsi,
Oğul dərdli analardan neçəsi,
Qurban dedi ölüsünü tapmağa.
Balasının meyidinə baxmağa.
Aylar keçdi, gün dolandı yaz oldu,
Qar əridi, dağlar başı daz oldu.
Hər kələndən bir xəbər, bir söz oldu,
Filankəsin meyidini tapdılar.
Can yerinə sümüklərin qapdılar.
Bu xəbərlər qaçqın elə yayıldı,
Kim ölüsün tapdı, xoşbəxt sayıldı,
Dərdli başım bir an huşdan ayıldı,
Gördü tay – tuş yan – yörədə qalməyıb.
Düşmənin də gözü hələ doymayıb.
Qırılıbdı belim orta sümükdən.
Can üstəyəm bir xəbər yox köməkdən,
Batman ilə dərd də gəlir fələkdən,
El didərgin, yurdum işğal, gün qara!
Dərman üçün indi qaçım mən hara!
Dəlidağım, yenə sənsən dirəyim,
Sən kömək ol, qoy açılsın ürəyim,
Allahımdan bircə budur diləyim,
Öz yurdumda, ocağımda olaydım.
Bir gün sənin qucağında solaydım.
Mənə od ver, qoy içimdən alışım,
Əriyibən torpağına qarışım,
Hər nə olsam ətəyinə darışım,
Sorum sənin zəhərini bal kimi.
Qoy yalayım daşlarını yal kimi.
Qoy çatsın zirvənə səsim, harayım,
Bir daş olum, bir hörgünə yarayım,
Yaz yeli tək saçlarını darayım,
Həyan olum döşlərində bitənə.
Mənim də bir xeyrim çatsın vətənə.
Dəlidağım, sözüm çoxdur, vaxt qısa,
Nəyə lazım demək xeyri yoxdusa,
Söz uzandı, mətləd kənar qaldısa,
Bağışla ki dərdi yaza bilmədim.
Həsrətimi olduğu tək demədim.
Bir məqsədlə ələ aldım qələmi,
Rəssam kimi çəkmək üçün bu qəmi,
Bacarmasam gəl qınama sən məni ,
Bir oğul tək Vətənimə borcum çox.
Neyləyim ki, bundan artıq gücüm yox.
Xəyalımdan keçdi o şad günlərin,
Dərdlərindən yazdım qaçqın ellərin,
Şəhid olan oğulların, ərlərin,
Adın çəkdim, qoy ruhları şad olsun.
Çəkmədiyim o adlar da yad olsun.
Dəlidağım, dərd sinəmi dağladı,
Üzüm güldü, qəlbim isə ağladı,
Zalım fələk bəxtimizi bağladı,
Ləkələndi namusumuz, arımız.
Qaçqın deyə çağırıldı adımız.
Keçmişim nur imiş, gələcək qara,
Dərdə dərman üçün de, qaçım hara,
Həsrətəm zirvədə əbədi qara,
Qəlbimin yanğısı onsuz sönərmi?
Ayağım bir daha geri dönərmi?
Gül-çiçəkdən bahar donu geyəndə,
Dağ başında quşlar nəğmə deyəndə,
Çoban qardaş tütəklə səsləyəndə,
Görərmi quzuların qaçdığın.
Kor bəxtimin bir gün işıq saçdığın.
Dəlidağım, arzum çoxdur, ömür az,
Həyat ki var onda vəfa tapılmaz,
İşdir, birdən canım sabaha qalmaz,
Onda məni bir oğul tək yad elə.
Bir gül açıb sən ruhumu şad elə.
Ölsəm sənin qucağında öləcəm,
Eşqin ilə alışacam, sönəcəm,
Bircə ovuc torpağına dönəcəm,
Elim məni becərəcək, əkəcək.
Az olsa da nəsə xeyir görəcək.
Dəlidağım, dəli nərə çəkginən,
İgidləri bənd – bərəyə tökginən,
Düşmənlərin murdar başın əkginən,
Bəlkə biz də adam kimi yaşayaq.
Köçümüzü qucağına daşıyaq.
Bakı. 24 fevral – 27 avqust 1994 -ci il.
Qısa tanıtma: Hüseyn İbrahim oğlu MİRZƏYEV 27 avqust 1974-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı ailəsində anadan olmuşdur. Molla Məhəmmədin nəvəsidir. Orta təhsilini həmin kənddə alaraq, 1992-ci ildə Azərbaycan Texniki Universitetinə (AzTU) daxil olmuş və 1997-ci ildə “Yükqaldırıcı, nəqliyyat, tikinti, inşaat, yol maşın və avadanlıqları” ixtisası üzrə mühəndis-mexanik ixtisasına yiyələnmişdir. Texnika elmləri üzrə fəlsəfə doktoru, Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin dekanıdır.
2001-ci ildə AzTU-da aspiranturaya daxil olmuş, 2005-ci ildə 05.02.02 – “Maşınşünaslıq, maşın hissələri və ötürmə sistemləri” ixtisası üzrə “Hidrodinamik sürüşmə yastıqlarının dəqiqləşdirilmiş hesabının elmi əsaslarının işlənilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, 2008-ci ildə texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
2017-ci ildən Bakı Mühəndislik Universitetində (BMU) çalışır. 2018-2019-cu illərdə həmin universitetin Mexanika mühəndisliyi kafedrasının müdiri vəzifəsində işləmişdir.
Hazıra BMU-nun Mühəndislik fakültəsinin dekanıdır.
50-dan çox elmi əsərin, o cümlədən 5 kitabın (dərs vəsaiti), 3 patentin müəllifidir, .
Hüseyn Mirzəyev həm də bədii yaradıcılığa malik bir insandır. Çoxlu sayda şeirləri, bir neçə poeması, ədəbi-publistik məqalələri vardır.
1998-ci ildə “Söz-sözə” ədəbi birliyini yaratmış və 2001-ci ilə qədər onun sədri olmuşdur. Bu müddət ərzində ədəbi birliyin üzvlərinin şerlər toplusu olan “Söz çələngi” adında iki almanax nəşr etdirmişdir.
Şer yazmağa hələ uşaq yaşlarından başlasa da, heç zaman çap edilməyə can atmamışdır. Dövri mətbuatda və elektron nəşrlərdə Hüsyn Həsrət və Hüsey Mirzə imzaları ilə bir sıra şerləri çap olunmuşdur. 2007-ci ildə www.lit.az portalı “Yadındamı, yadında” adlı şerini daimi olaraq özünün “Eldən gələn” bölməsində yerləşdirmişdi.
Müxtəlif mövzu və janrlarda yazılmış yüzlərlə şerlərin, vətən həsrətini ifadə edən bir neçə poemanın müəllifidir.

Kateqoriya: Kəlbəcər
Tarix: 08-02-2021 11:20
Baxış sayı: 3806
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23