Reklam
Ordumuzun uğurları rus qızıl şirkətini Kəlbəcərdə işi dayandırmağa məcbur etdi
02-10-2020 12:33
Dalidag.az xəbər verir ki, moderator.az-ın araşdırmasına görə, Ermənistan mediası həmin yataqların bilavasitə Rusiya kapitalı ilə fəaliyyət göstərdiyini etiraf edib. Xəbərdə deyilir ki, Azərbaycan Ordusunun başlatdığı müharibə səbəbi ilə Rusiyanın "GeoProMining Gold Company” şirkəti tərəfindən idarə olunan Zod qızıl mədənində bütün növ işlər dayandırılıb.
"GeoProMining Gold”un rəhbəri Ruzanna Qrigoryanın dediyinə görə, mədəndə işlər bazar günü səhər, döyüş əməliyyatları başlayandan bəri dayandırılıb. "Şirkət rəhbərliyi işçilərin təhlükəsizliyini təmin etmək üçün işi dayandırıb. Mədən ərazisini atəşə tutma təhlükəsi qaldıqca, mədəndəki işlər davam etməyəcək”-R. Qrigoryan belə deyib.
Xatırladaq ki, əslində hazırda həm Ermənistanın Basarkeçər, həm də Azərbaycan Respublikasının Kəlbəcər rayonunda olan yataq bütövlükdə Rusiya-Ermənistana xidmət edir. Yəni adıçəkilən Rusiya şirkəti Kəlbəcərdəki qızıl yatağını da istismar edir.
Müharibənin gedişatı və ordumuzun qazandığı hərbi uğurlar isə onu göstərir ki, Rusiya şirkətinin artıq Kəlbəcərdəki qızıl yataqlarına dönmək şansı yoxdur və torpaqlarımız azad edildikdən sonra Kəlbəcər yataqlarında hasilatı Azərbaycan şirkətləri həyata keçirəcək.
Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycanın bu sahədə yetərli təcrübəsi və müvafiq şirkətləri var: "Azərbaycan Hasilatın Pay Bölgüsü sazişi çərçivəsində Gədəbəydəki qızıl yataqlarını işlədir. ”Anglo Asial" Company şirkəti bu işi həyata keçirir, Azərbaycanın "Azərgold" dövlət şirkəti də digər yataqlarda qızıl istehsal edir. Azərbaycan son 10 ildə öz ərazisindəki qızıl ehtiyatlarının kəşfiyyatı, istismarı və istehsalı ilə bağlı kifayət qədər təcrübəsi var. İşğal olunmuş torpaqlarda Azərbaycanın suverenliyi bərpa edildikdən sonra o yataqlar da ölkəmizin balansına keçəcək və müvafiq dövlət şirkəti və ya beynəlxalq tender elan edilməklə o yataqlarının istismarının yeni dövrü başlayacaq. Bununla da Azərbaycanın qiymətli metallar baxımından gəlirliliyi daha da artacaq".
İlham Şaban
Uzun illər Azərbaycana məxsus ərazidə Rusiya şirkətinin qızıl istehsalı ilə məşğul olmasına gəlincə, İ.Şaban bu məsələnin də hüquqi qiymətini tapmasının vacibliyini ifadə edib: "Azərbaycan hökumət olaraq 1994-cü ildən sonra mütəmadi olaraq hər il Azərbaycanın ÜDM-ində Dağlıq Qarabağdan kənar işğal edilmiş ərazilərə görə bizə dəyən zərərin həcmi açıqlanır. Ancaq bununla bağlı BMT-dən tutmuş həmsədrlərə qədər, o cümlədən Beynəlxalq İqtisad Məhkəməsinə müraciət edilmir. Bu günə qədər dəymiş ziyanla bağlı müxtəlif rəqəmlər səsləndirilir, bu, təxminən 50 milyarddan 70 milyard dollara qədər bir rəqəmdir. Bunu beynəlxalq auditlə də etmək olardı. Azərbaycan öz haqq işini görərkən Ermənistan və onun havadarları hayqırırlar. O zaman Azərbaycanın torpaqlarını qaytarsınlar və dəymiş ziyanı ödəsinlər. İllik 2 milyard dollar ziyan dəyib. Biz bunun iqtisadi tərəfini heç vaxt qabartmamışıq. Hər bir məsələnin iqtisadi tərəfi var. Erməni varvarları torpaqlarımızın hər bir resursundan istifadə edib və daşı daş üstündə qoymayıblar. Buna cavab verməlidirlər. Hər şeyin hesabı olmalıdır”.
Kəlbəcərin Zod yatağı ilə bağlı qısa bir arayış verək ki, Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistanın Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhədində yerləşir. Yataq 1951-ci ildə "Qafqazqızılkəşfiyyat" İdarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilib, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilib. Yatağın istismarına 1976-cı ildən başlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 28-ci ildir ki, Ermənistan tərəfindən talan edilir.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 02-10-2020 12:33
Baxış sayı: 4975
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23