Reklam
Son kitabını görməyən kəlbəcərli şairə - "Torpağım yaralı, gülüm saralı"
15-06-2020 19:40
Şair Molla Nəbi Dilsuzun ailəsində dünyaya göz açmışların hamısı da şair təblidir. Onların arasında Şamama Mahirin bədii yaradıcılığından ayrıca söz açmağım isə səbəbsiz deyil. Ötən ildən nəşriyyatlardan birinə verdiyimiz sayca 5-ci kitabının çap olunduğunu görməyən, buna ömrü yetməyən Şamama Mahirin də bu yaz Kəlbəcərsiz dünyaya göz yumması xəbəri sinəmi param-parça elədi.
Sinəsində bala dağı gedən Şamama Mahirin ilk kitabına yazdığım “ATA YOLU” adlı ön sözü sizlərə təqdim edir və mərhum şairəmizə Allahdan rəhmət diləyirəm. Beşinci - “SÖZÜM-ÖZÜM” kitabını nəşriyyatdan götürmək imkanımız da olmayıb hələ, karantin reejiminə görə. Bax, bu da dərddir!
ATA SÖZÜ
Böyüklərin yolunu müqəddəs bilib davam etdirmək hər bir övladın borcudur. Lakin elə yol da var ki, onu qorumaq, saxlamaq üçün gərək İlahidən təbin və Tanrıdan vergin olsun. Belə ömür sahiblərini bir çox hallarda dünyanın bəxtəvərləri adlandırıblar. Bəlkə də haqlıdırlar, axı, adları, soyadları ədəbi aləmdə tanınır və kamil sənətkardırsa, ədəbiyyat tarixinin səhifələrinə yazılır.
Azərbaycan ədəbi tarixində valideynlərinin yolunu davam etdirən sənətkarlar az olmayıb. Adi dərzidən, saatsaz və ya zərgərdən tutmuş saz-söz sərraflarınadək ata-ana yolunun davamçıları barmaqla sayılmayıb.
Kəlbəcər ədəbi mühitində də bu ənənənə layiqincə davam etdirilib. Ağdabanlı şair Qurbanın yolunu oğlu Dədə Şəmşir, ondan sonra Qənbər Şəmşirğlu, Cavid Qənbəroğlu0… davam etdirirlər. Yaxud Şaplardan Ovçu Əlinin yolunu oğlanları Qəmkeş Allahverdi, İdris Verdiyev, onun qızı Mirvari xanım, oğlu mərhum Qismətin davam etdirməsi bu gün çoxlarına yaxşı məlumdur.
Kəlbəcərdə belə davamçıların sırasına daha bir şair nəslinin adı yazılıb. Bir vaxtlar dini təhsilli olduğundan, Molla Nəbi, yaxud Milli Nəbi kimi tanınmış şair Nəbi Dilsuzun yurdunda qalanlar da İlahi təbin gücü ilə atalarının yolunu bu gün də şərəflə və layiqincə davam etdirirlər. Məşhur fotoqraf kimi tanınmış Məhəmmədəli Dildar, Həbib Nəbioğlu, bacısı Şamama Mahir və bu soyadı daşıyan digərlərini də göstərmək olar.

Şair Nəbi Dilsuz barəsində ədəbiyyat tarixində, Azərbaycan dastanlarında (o, bir neçə dastanın müəllifi olduğu üçün) müfəssəl məlumat verilir. Dastanları dillər əzbəri olan Milli Nəbinin yaradıcılığını araşdırmaq məqsədi daşımasaq da, bəzi məlumatları, burada, yeri gəlmişkən, qeyd etməyi özümə borc bildim. İlk növbədə ona görə ki, artıq bununla iki kitabını nəşrə hazırladığım və ön söz yazdığım Şamama Mahirin ədəbi dünyasına aydınlıq gətirmək lazımdır. Şair-publisist Həbib Əhmədov «Məşədi Cəmil yolu» kitabındakı «Milli Nəbi» yazısında göstərir: «Molla Nəbi dini mövzularda yazılar yazardı. Lakin o zamankı dözülməz şərait onların üzə çıxarılmasına imkan vermirdi. Ensklopedik biliyə malik olan bu insan müxtəlif mövzularda bir neçə dastanın müəllifi olsa da, onlardan yalnız birini, çox çətinliklər bahasına, nəşr etdirə bildi.
Molla Nəbi 90 il ömür sürdü. Dünyasını dəyişənə qədər yazıb-yaratdı. Yazıqlar olsun ki, onun da yaradıcılığının bütün külliyyatı doğulub böyüdüyü Milli kəndində qaldı, erməni terrorunun və vandalizminin qurbanı oldu. Ancaq şükürlər olsun ki, onun ocağını sönməyə qoymayan davamçıları – oğlanları qızları, nəvə-nəticələri var. Nəvə-nəticələrinin sayı yüzə yaxındır. Onların əksəriyyəti istedadlı sənətkarlardır. Oğlu Məhəmmədəli bir şeir kitabının müəllifidir. Sovetlər dönəmində fotomüxbir işləyib, SSRİ Jurnalistlər Birliyinin o zamanlar üzvü olub.
Qızı Şamama da atasının yolunu davm etdirərək, hələ uşaq vaxtlarından gözəl şeirlər yazardı. Onun şeirləri vaxtaşırı mətbuatda dərc olunsa da, əfsuslar olsun ki, sonralar yazdığı şeirləri dərc etdirmədi…».
Həbib Əhmədovun adıçəkilən kitabının nəşrindən bir iki il sonra Şamama Mahir də 2009-cu ildə «Torpağım yaralı, gülüm saralı» kitabı ilə oxucu görüşünə gəldi. Həmin kitabın nəşrindən sonra oxucu məhəbbətini bir qədər də artıq qazanan şairə xanım növbəti dəfə yurdsuzluqdan və vaxtsız, çox erkən itirdiyi oğlu Mahirin həsrətindən dəstələdiyi dərdləri poetik dilə çevirib daha geniş auditoriyaya üz tutdu. Qəlbi kimi duru, saf duyğular Şamama Mahirin sözə, şeirə dərin məhəbbətini üzə çıxardı.
Təbiətlə insan ömrünü təzadlı və oxşar şəkildə poetik dillə oxucuya çatdıran müəllif sanki məramını pıçıldayır:
…Yanvar ötür, fevral keçir anicə,
Ötən hər gün ömrü didir gizlicə.
Təbiət oyanır, gör gülür necə,
Yaz gözəllik verir, çox incə gəlir…
Daşha bir qoşmasındakı lal duyğulara diqqət yetirək:
…Dərdimi nadana bəyan eylədim,
Mənə kömək edər,- güman eylədim.
Nahaq ürəyimə ziyan eylədim,
Namərddən köməyi gözləmək olmaz…
Şamama Mahir, birinci kitabında olduğu kimi, burada da yurdsuzluq, Vətənsizlik dərdini, Kəlbəcər həsrətinin əsiri olduğunu sanki sazın «Yanıq Kərəmi»sinə, yaxud «Yurd yeri»nə kökləyir:
…Öpüm Kəlbəcərin torpağın, daşın,
Qurudum gözümün gur axan yaşın.
Yadımdan çıxmayan Kahalı daşın,
Gəzdiyim o yerdə diz çöküm, gəlim…
İllərdən bəri kitabxana sistemində çalışan Şamama Mahir sanki bütün kitabların dilini, poeziyanın hiss və duyğularını öyrənməyə çalışırmış. Şeirin heca (qoşma, gəraylı…), sərbəst vəznində, həmçinin digər formalarında qələmini sınayır və demək olar ki, bütün hallarda istəyinə çatır. Şairə xanımın hələ ki əli çatmayan ülvi gözəlliyi qəlbində poetik ovxarla qələmə almaqda təskinlik tapır.
Ötən kitabını vərəqləyən saz-söz sərraflarından biri, ustad aşıq Xalıqverdi Həmidoğlunun təbirincə, Şamama Mahir hər şeirində bir addım irəli gedir və sözə sədaqətli xidmətini göstərir.
Aşıq yazır: «Şamama söz əhlidir. Təkcə ona görə yox ki, onun atası, el arasında Molla Nəbi kimi tanınmış şair Nəbi Dilsuz olub, bir də ona görə ki, o, uzun müddət kitabxanaçı işlədiyindən, neçə-neçə bədii əsərin sinədəftəridir. Belə demək olar ki, onda həm gendəngəlmə fitri istedad və təb var, ikincisi də o, şeiriyyətin nə olduğunu çox yaxşı bilir və yazır.
Şamama Mahirin birinci, yəni «Torpağım yaralı, gülüm saralı» kitabını oxudum. Həmin kitabın qəm notlu qoşmaları ürəyimi yaraladı:
Şəmşir həsrətilə ürəyim yandı,
Bərələr quşqulu, yollar dumandı.
Bu qədər qəm yükü sənə ziyandı,
Dərin xəyallara çox dalasısan».
Şamama Mahirin ədəbi almindəki söz mülkü həcmcə yüngül, ölçü-biçicən çox ağır və sanballıdır. Bu da onun ata ocağında vaxtilə aldığı söz tərbiyəsindən irəli gəlir.
Şamama xanım Kəlbəcərdə yazıb-yaradan qadınların sıradan biri olsa da, özünəməxsus bədii yaradıcılığı var. O, gah sözün qəzəbli baxışlarından ildırım kimi düşmənin başına çaxır, gah Tərtər olub özünü didərgin düşmüş kəlbəcərlilərinin sinəsini soyutmağa yetirir, gah da dağ dumanına bürünüb dərdlərini gizlədir:
Məni dərdə qərq edib,
Özün sürdün dövran, dünya.
Bu qəm-qüssə əydi qəddim,
Belim oldu kaman, dünya.
Sözü ilə Vətəninin sıravi əsgərinə çevrilən, gündə min dəfə doğulduğu yurdun başına dolanan, alışıb-yanan, dərddən qovrulan Şamama Mahir ömrünün ixtiyar çağlarında belə qələmini sirdaşa çevirib dərdlərini pıçıldayır. Qoy diləkləri hasil olsun, Tanrı onu canından artıq sevdiyi Kəlbəcərinə, onun ata ocağı sönmüş Milli kəndinə yetirsin….

Məhəmməd NƏRİMANOĞLU
QEYD!Bundan sonra şairəmizin dörd kitabı da çap edildi. Amma Şamama Mahir oğulsuz Murovdağı aşa bilmədi. heyf ki, belələrimiz az olmadı...
Kateqoriya: Kəlbəcər
Tarix: 15-06-2020 19:40
Baxış sayı: 3735
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23