Reklam

Başlıbeli tərk etməyib şəhidliyi seçən müəllimim
09-04-2020 11:03


Bizim sinif 10-cu şinfi (o zaman orta təhsil 10 illik idi) köhnə məktəbdə 1978-ci ildə başa vurdu, növbəti dərs ili o taydakı yeni tipli məktəbdə başladı. Biz məktəbdə oxuduğumuz illərdə direktor rəhmətlik Şahbəndəyev Məhəmməd muəllim, 10-cu sinifdə rəhmətlik Hacı müəllim oldu. Birinci sinif müəllimimiz mamam oğlu rəhmətlik Qənaət müəllim idi. Çox savadlı, tələbkar, öz işini sevən bir gənc idi. Hələ subay idi. Dərsdə bütün şagirdlərlə bir-bir vaxt keçirər, yazı yazanda yaxınlaşıb əllərimizdən tutar, qələm tutmağı bizə öyrədərdi. Şagirdlərin sayı çox olduğundan siniflərimiz "a" və " b" siniflərinə bölünmüşdü. Uşaqların çoxluğuna baxmayaraq Qənaət müəllim hamı ilə məşğul olmağa, çətinlikləri adlamağa kömək edirdi. Çox gözəl xətti var idi. Hərfləri muncuq kimi bir-birinin dalınca düzərdi. Həmişə arzusunda olardım ki, kaş mən də müəllimim kimi səliqəli yaza biləydim. Lakin heç vaxt buna nail ola bilmədim. O vaxt yazını çernellə yazardıq. Qələmi vərəqin üzərindəki sətirlərə yaxınlaşdırar, vərəqlə kiçik bir məsafə saxlar, bir neçə dəfə qələmi fırladar (sanki yazı yazacağı nöqtəni tuşlayırdı), sonra yazmağa başlardı. Dərslərimizi bilməyəndə bizi küncə qoyar, əllərimizi, bəzən iki əlimizi bir ayağımızı qaldırmağı əmr edər, yorulub əldən düşənə qədər bizi saxlardı. Bəzən əlimizə daş verib qolumuzu açıq saxlamağa əmr edərdi. Bütün bu cəzalar həmişə olmurdü, yalnız dərslərimizi bilməyəndə və ya kobud qayda pozuntusu edəndə olurdu. Bu cəzanı görən şagirdlər dərsə hazırlıqsız gəlmək vərdişindən birdəfəlik əl çəkirdilər. Əksər vaxtlarda bizi mehribanlıqla danışdırar, dərs oxumayanda isə cəzalandırardı. Onun ən yüngül cəzası sağ əlini yumruq formasına salıb, orta barmağlnı azca irəli çıxarmaqla həmin barmaqla başımıza vurması idi. Bu cəzaların hər növündən mənim üzərimdə də tətbiq etmişdi. Mən dayısı oğlu olduğuma görə, mənim dərsə hazırlıqsız gəlməyimi heç vaxt cəzasız buraxmırdı. Biz üçüncü sinfi başa vuranda xəstələndi. Bir daha məktəbə gəlmədi. Kəlbəcər işğal olunanda oranı tərk etmədi. Yurdunda ölməyi daha üstün tutdu. 1993-cü ilin aprelində ermənilər onu kənddə qətlə yetirdilər. Şəhidlik zirvəsinə ucaldı. Allah rəhmət eləsin!


Oktay Salahlı
Dalidag.az



Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar