Reklam
Kəlbəcərin işğala məruz qalan Söyüdlü- Zod qızıl mədəni Ermənistana necə verildi?
16-12-2020 19:45
Mirvari Verdiyeva ADPU-nun dosenti, fəlsəfə doktoru
1951-ci ilin iyul ayında Qafqaz qızıl kəşfiyyat idarəsi tərəfindən Kəlbəcərin Söyüdlü yaylasında Zod qızıl mədəni aşkar olundu. Nədənsə kəşfiyyat işlərinin davam etdirilməsi Ermənistan geologiya idarəsi və Ermənistan əlvan metallurgiya idarəsinə tapşırıldı. SSRİ Nazirlər Sovetinin yanında fəaliyyət göstərən Dövlət ehtiyatlar komissiyasına təqdim edilmiş geoloji hesabatlarında və çəkilmiş yeni xəritələrdə ermənilər saxtakarlıqlar etdilər. Hər dəfə yeni xəritədə Ermənistan sərhəddini Azərbaycana doğru çəkməyə başladılar...
1951-ci ildə Qafqaz qızıl kəşfiyyat idarəsi tərəfindən Kəlbəcərdə qızıl mədəni aşkar olunduqdan sonra, Kəlbəcərin həmin ərazisinin bir hissəsinin Ermənistana verilməsi məsələsi gündəmə gətirildi. 1951-ci il, Azərbaycan SSR Nazirlər Sovetinin 156 №-li Qərarı ilə Kəlbəcər rayonunun 28 min ha. biçənək-yaylaq və 20 min ha. əkənək-qışlaq olmaqla, ümumi sahəsi 48 min ha. torpaq sahələrinin Ermənistana verilməsi məsələsi Azərbaycan SSR Ali Sovetinin sessiyasında qəbul edildi.
Həmin sessiyada Ali Sovetin rəyasət heyətində E.C.Akopov (rəyasət heyətinin sədr müavini), H.A.Abramova (rəyasət heyətinin üzvü), A.B.Martirosov (rəyasət heyətinin üzvü), A.S.Tatarenko (rəyasət heyətinin üzvü), deputatlardan L.P.Beriya, A.İ.Mikoyan, K.M.Malenkov, İ.M.Molotov və s. iştirak edirdilər... Bir sözlə Azərbaycan hakimiyyətini zəbt etmiş ermənilər bu sənədin qəbul olunmasını və Kəlbəcərin torpaqlarının Ermənistana birləşdirilməsini təmin etdilər.
1969-cu ilin avqust ayında akademik Həsən Əliyev Moskvadan 10 rus kartoqrafını Kəlbəcərə dəvət etdi. Azərbaycan SSR I Katibi Vəli Axundovla birlikdə kartoqraflar Kəlbəcərə gəldilər və qızıl mədəninin bütövlükdə Kəlbəcər ərazisində yerləşdiyi aşkar olundu. Lakin SSRİ rəhbərliyi istismarı Ermənistan SSR-i tərəfindən aparılmasını qüvvədə saxladı. Kəlbəcərlilərin də mədəndə işləməsini təmin etdilər. Ermənilər tez-tez mədəndə partlayış-uçqunlar törətdilər və kəlbəcərli işçilər arasında ölənlərin sayı gündən-günə artmağa başladı. Bu hadisələr nəticəsində kəlbəcərlilər mədəndən çıxmalı oldular. Zod yatağı 1976-cı ildə istismara verildi. Əslində bu yataq bütövlükdə Azərbaycan ərazisinə düşür. İnanırıq ki, Azərbaycanın əvvəlki-Sovetlər dövründəki xəritəsi üzrə sərhədlərinin bərpa olunması həyata keçiriləcəkdir.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 16-12-2020 19:45
Baxış sayı: 31 043Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























