Reklam
"...Bəxtəvərsiz: Kəlbəcərdə ana torpağa tapşırılmısız!"
03-08-2020 10:31
Siz unudulanlardan deyilsiniz! Zahid İsmayılov, Çimnaz Şəmşir qızı, bəxtəvərsiz: Kəlbəcərdə ana torpağa tapşırılmısız!
...Sizlər sağ olun, dostlar!
Mərhum jurnalistimiz Zahid İsmayılov nümunədir, amam, heyf ki, dəyərlilərimizi tez unuduruq. Sağlığında qədrini bilmirik insanların.

Bir haşiyə çıxım.
Zahid müəllim Kəlbəcərdə raykomun katibi idi. Haradasa, 80-ci illərin sonları idi. Jurnalistikadan uzaq düşən, məmur kimi tanınan qələm adamının boz-bulanıq kabinetdə nəfəsi kəsilirdi. Deyirlər ki, siqareti-siqaretə calayırmış. İnanıram, siqareti o vaxtlar dərddən çəkirdilər ki, bir az əsəbləri sakitləşdirsin. Lakin, həm də yaxşı bilirdilər ki, o zəhrimar insanın həyatını məhv edir. Zahid müəllim də siqaretçəkən olub. Nə isə...
Ömür-gün yoldaşı, Dədə Şəmşirin qızı Çimnaz xanımı Ağdərə-Kəlbəcər yolunun Otaqqaya deyilən yerdə erməni quldurları amansızcasına şəhid eləmişdilər, Milli Qəhrəmanımız Şahlar Şükürovla birlikdə. Zahid müəllimgil raykomun “qonaq evi” adlanan evdə (poçtun yanında-muzeyin arxasında) yaşayırdılar. Çimnaz xanımın yas mərasimi idi. Çadır qurulmuşdu poçtun həyətində, raykomun bağında. Çadırın ətrafını çalğı ilə süpürən idarə müdirləri var idi. Mərhum Tapdıq Cəfərov kənardan bu mənzərəni müşahidə edirdi. Mağar hələ yeni qurulurdu. Tapdıq Cəfərovun kişiliyini yalnız müdiri olduğu Rabitə Şöbəsinin işçiləri deyil, elə rayonun inzibati işiləri də, camaat da yaxşı bilirdi. “Qabağından yemirdi”. Hətta, başqaları kimi, raykomun yanında ikiqat da dayanmırdı. Qüruruna vurulmuşdum o KİŞİNİN! Zahid müəllimi də elə gördüm. O vaxtlar mən “YENİLİK” rayon qəzetində çalışırdım. Bir gün daxili işlər nazirinin müaviniydi deyəsən, Akif Rəfiyev bir dəstə polislə Kəlbəcərin Taxtadüzünə, Sarıyerdəki aran rayonlarından orada yaylayan qoyun sürülərinin necə qorunması ilə bağlı gəlmişdi. Müşavirə var idi. Mən də redaksiyadan Famil Hüseynoğıu ilə (foto-müxbirimiz idi) İstisuya getdik ki, nazir müavinindən vəziyyətlə bağlı müsahibə alım. Taxtadüzdə əmim oğıu Nazim (o da sən demə, karantin polis kimi sərhəddəymiş) məndən soruşdu ki, o balacaboy, arıq, başında dimdikli "beretka" olan milisi tanıyırsanmı? Dedim ki, yox. Dedi ki, İsgəndər Həmidovdur. Ermənilər başına bir milyon dollar pul qoyub. Dünən-srağagün ermənilərin 10-12-sini təkbaşına gəbərdib və Pişiklidə, Xanım dərəsində qoyun ağılının divarına hörüb! Sevincimdən ağladım. İsgəndər bəyə yaxınlaşıb, özümü təqdim etdim. Bircə onu dedi ki, bu milisdərə inanmayın, onlar Kəlbəcəri yox, arandan burada yaylayan qoyun sürülərini qorumağa gəliblər.
Bax, belə cavab aldım. Ondan müsahibə istədikdə “mən dediklərimi sənin qəzetin verə bilməz, özünü üzmə, səni işdən qovarlar, Akif Rəfiyev nə desə, onu yaz”!-dedi.
İki gündən sonra Çimnaz xanımın yas mağırında İsgəndər bəy həyəti süpürən idarə müdirlərini göstərib bir də dedi:
-Məhəmməd, mən ölü, sən diri, indi Zahid İsmayılov katibdi deyə, həyət-bacasını çalğılıyan bu müdirciklər o öləndən sonra qapısını tanımayacaq, adını tutmayacaqlar, vəzifə budur bax, yadından çıxartma!
Mən Zahid müəllimin Kəlbəcərin o ağır günlərində dəfələrlə nələr çəkdiyini duyurdum, hiss edirdim. Baklda oturub Kəlbəcəri vahiməyə salan “qələm adamları”na bir kəskin cavab yazmışdı, katib özü, amma, redaktorumuzun imzasını qoymuşdu. Həmin yazının üstündə mənim də, Zilistan müəllimin də, Zahid müəllimin də başımız ağrıdı, çünki özlərindənrazı bəylər redaksiyamıza da hücum edib iş otaqlarımızın qapısına iri-uzun mıx vurmuşdular ki, biz partokratık. Lakin, mən şəxsən partiyaçı da deyildim.
Zahid İsmayılov dünyasını dəyişdikdən sonra sanki belə bir qələm adamı yox imiş kimi unuduldu. Düzü, bu, mənə çox ağır gəldi. Qələm adamının unudulması dəhşətdir! Bir qələm adamı olaraq Zimistan müəllimlə Zahid İsmayılovu unutsam qələmlə yediyim çörək burnumdan gələr. Zahid müəllimin o zamanlar kirillə nəşr edilən 4 kitabını əldə edib, onları bir kitaba toplayaraq, latın qrafikasında yenidən nəşr etdirməyi özümə borc bilmişəm, dostlar! Heç kim yaxın gəlib kömək əlini uzatmır. Hətta, imkanlı kəlbəcərlilərimizi də qoymurlar ki, o kitabı buraxdırım, heç olmasa, Zahid müəllimin ruhu qarşısında bir kəlbəcərli borcumuzu yerinə yetirim.
Əksinə, ötən il, Zahid müəllim haqqında ilk yazımı oxuyub sosial şəbəkədən məni təhqir edən şərəfsizlərə də rast gəldim! Elələrinə cavab yazmazdım, çünki, elə səviyyəsizlərin cavabını zaman özü verir.
Allah rəhmət eləsin Zahid İsmayılova. Onun publisistikası, bədii əsərləri ilə tanışlıqdan sonra bir daha necə istedad sahibi olduğunu duydum!
Yeri behişt olan ustad, Allah sənə rəhmət eləsin, bəxtəvərsən ki, Kəlbəcərdə ana torpağa tapşırılmısan! Sən unudulanlardan deyilsən!

Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 03-08-2020 10:31
Baxış sayı: 3725
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23