Reklam

44 yaşlı atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən K.N polis əməkdaşları tərəfindən saxlanılıb. Dalidag.az xəbər verir ki, Gəncənin Gülüstan qəsəbəsində qətlə yetirilən 44 yaşlı Elçin Nağıyev Kəlbəcər rayon 71 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində işləyirmiş. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisənin hansı zəmində baş verməsi araşdırılır.

Şəhər naviqasiyasında müxtəlif seçimlərin mövcudluğu ümumilikdə müsbət hal hesab olunur. Çünki bütün nəqliyyat və xidmət qurumlarının əsas məqsədi sərnişinlərin məmnunluğunu təmin etməkdir. Bu təkcə yeni, sürətli, komfortlu və təhlükəsiz avtobusların istifadəyə verilməsi ilə məhdudlaşmır. Eyni zamanda marşrutların hansı istiqamətlər üzrə hərəkət etməsi, səfərlərin uzlaşdırılması, avtobusların gəlmə vaxtı və digər məlumatların sərnişinlər üçün əlçatan olması da böyük əhəmiyyət daşıyır. Nəqliyyat

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi işğaldan azad edilmiş ərazilərin infrastrukturunun bərpası layihələri çərçivəsində növbəti addımı atır. Dalidag.az xəbər verir ki, quruma kəndin xarici su təchizatı, eləcə də tullantı su şəbəkələrinin və müvafiq qurğuların tikintisi ilə bağlı 7.181.133,08 azn ayrılıb. Layihənin məqsədi kənddə müasir standartlara cavab verən su və kanalizasiya sisteminin yaradılmasıdır.

12 saylı Aşıq Şəmşir adına Kəlbəcər rayon tam orta məktəbin fizika müəllimi Elmira Əvəz qızı Əzimova qəfil dünyasını dəyişib. Doğmalarının verdiyi məlumata görə, mərhumun səhhətində elə də ciddi problem olmayıb. Dalidag.az bildirir ki, Elmira Əzimova Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nigar Qaybalıyevanın bibisidir. Allah rəhmət eləsin! Qeyd edək ki, mərhumun “3-7” yas mərasimi martın 11-də Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində yerləşən Fatmeyi Zəhra məscidində keçiriləcək .

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu

Tədqiqatçıların qiymətləndirməsinə görə, nüvə münaqişəsi baş verərsə, yalnız Avstraliya və Yeni Zelandiya sağ qala biləcək. Bu barədə xarici jurnalistlər nüvə apokalipsisi ssenariləri üzrə ekspert Enni Ceykobsona istinad edərək məlumat veriblər. Dalidag.az xəbər verir ki, “The Daily Mirror” qəzetinin Ceykobsona istinadən yazdığına görə, baş verəcək “nüvə müharibəsi” şəraitində kənd təsərrüfatı istehsalını müəyyən dərəcədə qoruyub saxlaya biləcək yeganə ölkələr Avstraliya və Yeni Zelandiyadır.

Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış jurnalist, istedadlı şair Namiq Dəlidağlının “Namiq Dəlidağlı – Sözdə görünən adam” (fikirlərin toplusu: portret cizgiləri) kitabı işıq üzü görüb. Jurnalist-filoloqun 55 illik yubileyi münasibətilə nəşr olunan 368 səhifəlik kitab artıq oxuculara təqdim edilib. Kitabın redaktoru istedadlı şair, Prezident təqaüdçüsü Sevinc Qəribdir. Nəşrdə Namiq Dəlidağlının yaradıcılığına həsr olunan ədəbi-tənqidi məqalələr,

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt ərazisində ABŞ hərbçilərinin cəmləşdiyi əraziyə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini iddia edib. Dalidag.az xəbər verir ki, bu barədə SEPAH-ın qərargahının bəyanatına istinadən “Al Jazeera“ telekanalı məlumat yayıb. Qeyd olunub ki, hücum onlarla döyüş dronunun iştirakı ilə həyata keçirilib və zərbələr ABŞ əsgərlərinin toplandığı əraziyə endirilib. ABŞ hərbçiləri arasında mümkün itkilərlə bağlı məlumat verilməyib. Eyni zamanda

Süleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə tanınmış şair-jurnalist Namiq Dəlidağlının 55 illik yubileyi və yeni nəşr olunan “Namiq Dəlidağlı – Sözdə görünən adam” kitabının təqdimatı keçirildi. Sözə, qələmə və mənəvi dəyərlərə sədaqətin ifadəsinə çevrilən görüş ziyalılar, ictimaiyyət nümayəndələri, şairin yaxınları və dostlarının iştirakı ilə səmimi və duyğulu ədəbi mühitdə
Yazı axını
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
27 / 03 / 2026
25 / 03 / 2026
25 / 03 / 2026
24 / 03 / 2026
24 / 03 / 2026
23 / 03 / 2026
22 / 03 / 2026
21 / 03 / 2026
20 / 03 / 2026
19 / 03 / 2026
19 / 03 / 2026
18 / 03 / 2026
16 / 03 / 2026
16 / 03 / 2026
15 / 03 / 2026
14 / 03 / 2026
Ən çox oxunanlar




























