Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin qorunması, o cümlədən xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərinin mühafizəsi məqsədi ilə yeni milli parkın yaradılması istiqamətində müvafiq işlərə başlanılıb. Dalidag.az xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov deyib. Bununla əlaqədar, Nazirlik

Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub. Dalidag.az xəbər verir ki, bu gün Horovlu kəndinə 18 ailə - 66 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazidə davam edən yanğın olan əraziyə 2 helikopter cəlb olunub. Dalidag.az xəbər verir ki, davam edən yanğın hadisəsi zamanı alov dağlıq ərazidəki meşə massivinə yayılıb. Yanğının qarşısını almaq üçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.

Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib. Mükafatla bağlı bəzi detallar da məlum olub. Belə ki, mükafat Prezident Fərmanı ilə təsdiq ediləcək. Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək

"Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib. Dalidag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli – "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər”in "c) Təlim (xidmət) üçün seçilən hərbi qulluqçular, bəzi hərbi uçot ixtisasları üzrə təlim üçün seçilən və hərbi xidmət keçən hərbi qulluqçular” yarımbəndinin "Dərin sularda işləyən dalğıc, akvanavt, komando təməl və

Kəlbəcərdə sementlə dolu yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb. Dalidag.az xəbər verir ki, hadisə rayonun Kəlbəcər-Vəngli dairəsində baş verib. Əhmədov Namiq Əli oğlu idarə etdiyi "DONGFENG" markalı sement daşıyan avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Qəza zamanı dürücü N.Əhmədov müxtəlif dərəcəli xəsarət alaraq Kəlbəcər rayonunda yerləşən hospitala çatdırılıb. Hadisə yerinə FHN-nin Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin

Azərbaycanda Dünya Geodeziya Qlobal Sistemi (WGS-84) əsasında yeni topoqrafik xəritə hazırlanıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Azər Əliyev dekabrın 3-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclasında məlumat verib. Onun sözlərinə görə, xəritə Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən Vətən müharibəsindən sonra Müdafiə Nazirliyi və Ekologiya və Təbii

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabildir. Dalidag.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan məlumat verilib. Bildirilib ki, Nəriman Həsənzadənin Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir: "Xronik böyrək çatışmazlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru icra edilir. Vəziyyəti ağır stabil qiymətləndirilir". Dalidag.az

Dekabrın 1-də Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib. Dalidag.az xəbər verir ki, tədbir zamanı işğaldan azad olunmuş ərazilərdə tədris prosesinin qısa müddətdə bərpasının ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğu vurğulanıb, həmçinin cari tədris ilində qarşıda duran vəzifələr barədə danışılıb. Daha sonra iştirakçılar yeni tikilmiş təhsil müəssisəsində yaradılan şərait və tədris prosesi ilə

Kəlbəcər rayonu Qalaboynu, Qaraxançallı, Şəkaram və Çovdar kəndləri ərazisində açıq örüş-otlaq sahələrində yanğının söndürülməsi tədbirləri davam edir. FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, havanaın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir. Dalidag.az
Yazı axını