Reklam

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Hadrut qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr doğma yurdlarına qovuşub. Dalidag.az xəbər verir ki, Hadrut qəsəbəsi bu gün 6 ailə olmaqla, 26 nəfərə qucaq açıb. Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət

Dekabrın 16-da Xocalı rayonunun Seyidbəyli və Təzəbinə kəndlərinə keçmiş məcburi köçkünlərin növbəti köçü olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə ümumilikdə 85 nəfərdən ibarət 20 ailə doğma yurduna dönüb. Ailələrdən 10-u, yəni 41 nəfəri Seyidbəyli kəndində, digər 10 ailə, 44 nəfər isə Təzəbinə kəndində yeni bərpa edilən yaşayış evləri ilə təmin olunub. Mənzillərin

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb. Dalidag.az xəbər verir ki, köç edənlər Bakının müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavəndin Sos kəndinə 21 ailə, 94 nəfər köçürülüb.

Azərbaycanın bəzi rayonlarında hava arabir yağıntılı olub, dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb. Dalidag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin dekabrın 16-sı saat 9:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, dağlıq ərazilərə qar yağıb. Kəlbəcərdə yağan qarın hündürlüyü 11 sm, düşən yağıntının miqdarı 1 mm-dir.

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları, xarici dillər, informatika və məntiqi təfəkkürün yoxlanması üzrə qəbul imtahanı proqramları, həmçinin ali təhsil müəssisələrinin magistraturalarına 2025-ci ilin qəbul imtahanında istifadə olunmuş test tapşırığı nümunələri və onların izahları Azərbaycan və rus dillərində

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dalidag.az xəbər vüerir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 21 ailə - 79 nəfər köçürülüb. Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Dalidag.az

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. Dalidag.az xatırladır ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Milli Qəhrəman yunan-Roma güləşi üzrə dəfələrlə respublika çempionu, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə

Alimlər Günəş sistemindən kənarda yerləşən çox isti və kiçik daş tərkibli planetin atmosferə malik olduğunu müəyyən ediblər. Bu, indiyədək belə planetlərin atmosferi tez itirdiyi barədə mövcud fikirlərə ziddir. Dalidag.az "Interesting Engineering"ə istinadən xəbər verir ki, astronomlar “Ceyms Uebb” kosmik teleskopu vasitəsilə TOI-561 b adlı “super Yer” tipli ekzoplaneti araşdırıblar. Planet öz ulduzu ətrafında cəmi 10,5 saata tam dövr edir və ona son dərəcə yaxın məsafədə yerləşir. Araşdırmalar

Mədəniyyət Nazirliyi bir sıra yazıçı və nəşriyyatla yeni alqı-satqı müqavilələri bağlayıb. Dalidag.az xəbər verir ki, İqtisadiyyat.az-ın məlumatına görə, müqavilələrdə həmin yazıçılara və nəşriyyatlara məxsus müxtəlif nəşrlərin (kitabların) satın alınması nəzərdə tutulur. Qeyd edilib ki, bu alqı-satqı nazirliyin kitabxana fondunun oxucuların tələbatına uyğun yeni nəşrlərlə zənginləşdirilməsi və komplektləşdirilməsi məqsədi daşıyır. Qələm adamları ilə bağlanılmış müqavilələrdə tanınmış şəxslərin

Azərbaycanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə dekabrın 12-də silah-sursat aşkarlanıb. Dalidag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında, eləcə də işğaldan azad olunan bölgələrdə 3 avtomat silahı, 1 tapança, 6 tüfəng, 10 patron darağı, 882 ədəd müxtəlif çaplı patron, 23 ədəd top mərmisi, 18 mina və 28 ədəd giliz aşkar edərək götürüblər.
Yazı axını
31 / 12 / 2025
28 / 12 / 2025
28 / 12 / 2025
27 / 12 / 2025
24 / 12 / 2025
24 / 12 / 2025
23 / 12 / 2025
23 / 12 / 2025
22 / 12 / 2025
22 / 12 / 2025
21 / 12 / 2025
21 / 12 / 2025
20 / 12 / 2025
19 / 12 / 2025
18 / 12 / 2025
18 / 12 / 2025
17 / 12 / 2025
17 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
15 / 12 / 2025
14 / 12 / 2025
14 / 12 / 2025
Ən çox oxunanlar




.jpg)






















