Rusiya genetikləri əvvəllər məlum olmayan DNT dəyişikliklərini aşkar edib. Bu dəyişikliklər Qafqaz, o cümlədən Azərbaycan sakinlərinə yüksək hündürlükdə, oksigen çatışmazlığı olan şəraitdə rahat yaşamağa imkan verir. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. “Tədqiqat zamanı hipoksiyaya uyğunlaşma və genom qorunmasından məsul olan EGLN1 və SPRTN genlərinin unikal variantları aşkar edilib. Bu cür mutasiyalara dünyanın digər dağlıq bölgələrində rast gəlinmir”, - məlumatda

Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Dalidag.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. "İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq

Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, eləcə də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə 7 ailə - 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badara kəndinə isə 15 ailə - 66 nəfər Ağdam rayonu ərazisindən yola salınıb. Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və

Azərbaycana qış fəsli daxil oldu. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasında verilən məlumata görə, qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03-də daxil olub. Bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində yay fəsli başlayıb. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin

Kəlbəcər ictimaiyyətinə ağır itki üz verib. Dalidag.az xəbər verir ki, Bəhmən Vətənoğlunun qardaşı, şair İlyas Dağlaroğlu vəfat edib. Bu barədə mərhumun yaxınları bildirib. Allah rəhmət eləsin! Dalidag.az

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə dekabrın 20-də ilk köç karvanı yola salınıb. Dalidag.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 30 ailə (115 nəfər) köçür. Dalidag.az

Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum. Dalidag.az xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəxs Araik Arutyunyan deyib. "Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları

Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsvirində dəyişiklik edilib. Dalidag.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, 21 yaşlı Cəfərov Əli Vahab oğlunun pnevmoniyadan vəfat etdiyi bildirilir. Mərhum ötən gün Gəncədə torpağa tapşırılıb.unikal.az Dalidag.az

Dekabrın 17-də doğma yurduna yola salınan köç karvanı Laçın şəhərinə çatıb. Dalidag.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bu mərhələdə Laçın şəhərinə 69 nəfərdən ibarət 17 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Dalidag.az
Yazı axını