Reklam

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bununla da, 31 dekabr

“Kəlbəcərə Qayıdış” İctimai Birliyi Namiq Dəlidağlının 55 illik yubiley tədbirini keçirdi P oeziyası və şəxsiyyəti ilə qəlblərə yol tapan, sevilən, Vətənini də ANA kimi sevən Namiq Dəlidağlı artıq beynəlxalq mükafatlar layiq görülən şairimiz kimi Türk ellərində - TURAN dünyasında tanınır. Ç.Aytmatov adına “Altın kalem” beynəlxalq mükafatına layiq görüləndə onu təbrik etmək üçün yazmışdım ki, bu ödül sizin halalınızdır! Dəlidağlı imzasını şərəflə daşıdığınız üçün siz ən ali dövlət mükafatlarına

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib. Bildirilib ki, dəfn mərasimi bu gün olacaq. Yas mərasimi 2026-cı il yanvarın 1-də Sumqayıt şəhərində yerləşən “Qayalı” mərasim evində təşkil ediləcək. Allah rəhmət eləsin!

D ekabrın 28-də Xankəndi şəhərinə mövsümün ilk qarı yağıb. Axşam saatlarından yağan qar şəhərə qış ab-havası gətirib, küçə və parklar ağ örpəyə bürünüb. Dalidag.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda hava şəraitinin dəyişməsi ilə əlaqədar kommunal xidmətlərin gücləndirilmiş iş rejiminə keçdiyi bildirilib. Nəqliyyatın maneəsiz hərəkəti üçün yolların təmizlənməsi istiqamətində

Dekabrın 8-dən bəri Günəşdə ən güclü alışma baş verib. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb. "Bu gün səhər tezdən Günəşin şərq kənarında əsas M5.1 məşəli qeydə alınıb. Hadisənin intensivliyi ən yüksək X bal həddinin təxminən 50%-i olub. Maksimal emissiya Bakı vaxtı ilə saat 05:50-də qeydə alınıb", - məlumatda deyilir. Mütəxəssislərin fikrincə, alışma aktivliyinin gözlənilən pik nöqtəsi

"Azərbaycan Hava Yolları"nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramasından bir il ötür. Təyyarə yerli vaxtla saat 7:56-da (UTC+03:56) Bakıdan havaya qalxıb. İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb. Bundan əlavə, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin

Salman Qaralar (Balakişiyev), şair, tədqiqatçı. Bir neçə gün bundan əvvəl Rusiyada yaşayan bir soydaşımız mənə bir video göndərdi. Videonu göndərən Məmmədov Məmməd İbrahim oğlu 1954-cü ildə Kəlbəcər rayonunun Daşbulaq (Kilsəli) kəndində anadan olub, 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1978-ci ildən həyatını da, işini də Rusiyada davam etdirir. Ali partiya məktəbində təhsil alaraq Kirov vilayətində müxtəlif vəzifələrdə, o cümlədən Kirov Rayon Partiya Komitəsinin 2-ci

Bir neçə müddətdir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərinin ardıcıllığı məsələsi sual altındadır. Dalidag.az xəbər verir ki, bayram günlərinin heç biri şənbə və bazara təsadüf etmədiyinə görə təqvimə heç bir dəyişiklik edilməyəcək. Belə ki, 2025 və 2026-cı il təqvimlərinə əsasən 31 dekabr və 1,2 yanvar tarixləri qeyri iş günləridir. 3 və 4 yanvar tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 5 günlük iş həftəsində

İşğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabr ayından 2025-ci ilin 23 dekabr tarixinədək ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunan digər qurumlar tərəfindən aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 247 887 hektar ərazi minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib. Bu barədə ANAMA-dan bildirilib. Məlumata görə, beynəlxalq minatəmizləmə standartlarına əsasən ərazilərin minalardan təmizlənməsi prosesi 2 mərhələyə bölünür: minaların

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ibtidai istintaqla İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abituriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri hazırlamasına, habelə
Yazı axını
31 / 12 / 2025
28 / 12 / 2025
28 / 12 / 2025
27 / 12 / 2025
24 / 12 / 2025
24 / 12 / 2025
23 / 12 / 2025
23 / 12 / 2025
22 / 12 / 2025
22 / 12 / 2025
21 / 12 / 2025
21 / 12 / 2025
20 / 12 / 2025
19 / 12 / 2025
18 / 12 / 2025
18 / 12 / 2025
17 / 12 / 2025
17 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
15 / 12 / 2025
14 / 12 / 2025
14 / 12 / 2025
Ən çox oxunanlar




.jpg)




















