Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib. Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər. Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və qəhrəman

Doğma yurd, adın adımdır! Qürurum, fərəhim, varlığımsan! Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, işğaldan azad olunmuş rayonlarda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə keçirdiyi “Biz suveren Azərbaycanıq” adlı fləşmobun qayəsi belədir. Fləşmobda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən işğaldan azad edilmiş ərazilərə köçmüş sakinlər iştirak ediblər. Fləşmobun videoçarxını təqdim edirik.

Xəzər dənizində zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, 13:30-da qeydə alınan zəlzələnin maqnitudası 3, dərinliyi 60 km olub. Dalidag.az

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin beşinci ildönümü - Zəfər Günü qeyd olunur. Dalidag.az xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib. Dalidag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, baş leytenant Vaqif Qurbanov Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə şəhid olub.

Gizir Teymurov Pəncəli Nurməmməd oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

İki ildən sonra Qarabağ Universitetinin ilk məzunları magistratura imtahanlarını da Xankəndidə verəcəklər. Dalidag.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə deyib. “İnanıram ki, hamı Xankəndini universitet şəhəri kimi tanıyacaq”, - deyə DİM sədri vurğulayıb.

İşğaldan azad olunmuş Şuşa şəhərində Zəfər Gününün 5 illiyi ilə əlaqədar hərbi yürüş keçirilir. Dalidag.az xəbər verir ki, qəhrəman Azərbaycan hərbçilərinin yürüşü Şuşa şəhərindəki Bayraq meydanından başlayıb. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atmasıü ilə nəticələnib. Azərbaycanın 30 ilə

Bu gün Azərbaycan televiziyasının 69, radiosunun isə 99 yaşı tamam olur. Dalidag.az bildirir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub. Bundan sonra ölkənin mətbuat tarixində yeni mərhələ başlayıb. 1956-cı il noyabrın 6-da isə Bakıda Azərbaycan Televiziyası ilk dəfə efirə çıxıb. Bu hadisə Azərbaycan Teviziyasının yaranma tarixi sayılır. Azərbaycan teleradiosu ötən illər ərzində milli-mənəvi dəyərlərin təbliğində, ictimai fikrin formalaşmasında və cəmiyyətin

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçular noyabrın 6-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər: Bakı şəhəri üzrə: * Şəhidlər Xiyabanı -
Yazı axını