Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən on minlərlə məcburi köçkün uzun illərdir ölkənin müxtəlif bölgələrində salınmış qəsəbə və şəhərciklərdə məskunlaşıb. Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə köçkünlərin öz doğma torpaqlarına qayıdışı artıq mərhələli şəkildə həyata keçirilir. Doğma yurdlarına qayıdan insanların köçkün qəsəbələrindəki evləri və şəhərciklərdəki mənzilləri boşaldığından bu yaşayış obyektlərinin gələcək taleyi

Azərbaycanın aparıcı dağ-mədən şirkəti “AzerGold” QSC daha bir gümüş və qızıl sikkə kolleksiyasını təqdim edib. “AzerGold”dan verilən məlumata görə, yeni sikkə kolleksiyası füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub.Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq yaradıcılığının vacib bir hissəsi olan, Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasının naxışlarından istifadə edilib. Sikkənin əsas

Magistratura imtahanlarının məzmununda dəyişikliyin ediləcəyi bildirilir. Dalidag.az -ın Xəzər TV-yə istinadən məlumatına görə, bəzi sosial şəbəkələrdəki təhsil səhifələrində magistraturaya qəbulun elektron formata keçəcəyi ilə bağlı məlumatlar paylaşılıb. Bəs magistraturaya qəbulla bağlı hansı əsaslı dəyişikliklər edilə bilər? Təhsil eksperti Kamran Əsədov bildirir ki, növbəti illər ərzində magistraturaya qəbulda imtahan sisteminin dəyişdirilməsi gözləniləndir. Magistratura imtahanlarının

Bu gün Vətən müharibəsi zamanı Gəncəyə ermənilərin ikinci raket hücumundan beş il keçir. 2020-ci il oktyabr ayının 5-də Gəncənin raket atəşinə tutulması barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yaymışdır. Saat 21 radələrində Ermənistan ərazisindən atılan raket Gəncənin "Grand Qafqaz" Ticarət Kompleksinin yaxınlığına düşdüyü üçün partlayışın təsirindən bina tamamilə yararsız halla düşür. Həmin gün Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat Xidmətinin yaydığı məlumatda

Bu gün müəllimlərin peşə bayramıdır. Dalidag.az xəbər verir ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur. Belə ki, 1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix, həmçinin, BMT-nin beynəlxalq

III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışı zamanı təhlükəsizliyin təmini məqsədi ilə DİN əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, şəhərin əsas küçə və prospektlərində, idman obyektinin yerləşdiyi ərazidə ictimai asayişin qorunması, iştirakçıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi üçün fasiləsiz xidmət təşkil olunub. Polis əməkdaşları

Atamın səhhəti ağırlaşıb. Həkimlərin tövsiyəsi ilə evə gətirmişik. Dalidag.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva deyib. Qeyd edək ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. O, sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdi. Daha sonra özəl tibb müəssisəsindən Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə təxliyə olunmuşdu. Dalidag.az

Bu gün Cəbrayıl Şəhəri Günüdür. Cəbrayıl Şəhəri Günü Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla təsis edilib. Bu əlamətdar gün Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün şəhərin erməni işğalçılardan təmizlənməsindən beş il ötür. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər bir şəhər, dörd qəsəbə və 92 kənddən ibarət rayonda 52 604 nəfər

Şuşa rayonu Kiçik Qaladərəsi kəndi ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Belə ki, evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən 2 ədəd F-1 əl qumbaraları aşkarlanıb. Aşkar edilən tələ qurğu ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin

İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir. “Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir. Rahat yaşayış, xoş güzaran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissi doğurur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Yazı axını