2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq. Dalidag.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 noyabr isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Hər iki gün isə müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir. Noyabrın 10,11 tarixlərinin də qeyri-iş günü olacağı gözlənilir. Ümumilikdə bayramlara görə, noyabrda şənbə-bazar daxil olmaqla, 4 gün ardıcıl iş olmayacaq. Dalidag.az

Xocavənd rayonunun Tağaverd kəndi ərazisində oktyabrın 20-də mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür. Dalidag.az xatırladır ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun bir neçə

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanun layihəsinin müzakirəsi baş tutudu. Müzakirələr zamanı bəzi rayon və kəndlərimizin adlarının Azərbaycan dilinə uyğun istifadə olunmadığı müzakirə olunurdu. Qeyd edək ki, dilimizə uyğun olmayan coğrafi adların dəyişdirilməsi məsələsinə Milli Məclisin yanında Toponimiya Komissiyası baxır. Dalidag.az -ın məlumatına görə, komissiya üzvü Nizami Cəfərov modern.az-a açıqlamasında bildirib

Təbiət fotoqrafı Marqo Raqett xəbərdarlıq edir ki, təcili tədbirlər görülməsə, planetimizin mənzərələri tezliklə vəhşi təbiətdən məhrum ola bilər. Dalidag.az xəbər verir ki, fotoqrafın spzlərini “The Guardian” sitat gətirib. Son on il ərzində o, qlobal mühafizə səylərini dəstəkləmək üçün "Vəhşi Təbiəti Xatırlamaq" foto kitab seriyası vasitəsilə təxminən 1,2 milyon funt sterlinq toplayıb. Bununla belə, Raqette bəzi ölkələrdə iqlim öhdəliklərinin geri çəkilməsindən narahatdır: ABŞ Paris

Oktyabrın 18-nə keçən gecə Günəşdə M güc sinfinə aid iki partlayış baş verib. Dalidag.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. Bildirilir ki, M1.0 gücündəki partlayışlardan biri 26, digəri isə 21 dəqiqə davam edib. Hadisələr müvafiq olaraq Bakı vaxtı ilə saat 04:40 və 06:39-da baş verib. Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Dalidag.az

Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34-cü ili tamam olur. Dalidag.az xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan

Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq keçirilib. Dalidag.az xəbər verir ki, 17 Oktyabr Füzuli Şəhəri Günü münasibətilə yenidən qurulan Füzuli şəhərində silsilə tədbirlər keçirilib. Bu tədbirlər çərçivəsində uşaqlar üçün tamaşa nümayiş etdirilib, şəhərin işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən foto sərgi təşkil olunub, həmçinin geniş konsert proqramı baş tutub. Günün sonunda isə şəhərin mərkəzində möhtəşəm atəşfəşanlıq olub. Dalidag.az

Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılır. Dalidag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun müvafiq olaraq, qüvvədə olan

Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. Dalidag.az xatırladır ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib. Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın
Yazı axını