Atamın vəziyyəti öncəki günlərə nisbətən daha yaxşıdır. Dalidag.az xəbər verir ki, bu sözləri kult.az-a açıqlamasında şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva deyib. “Atamın huşu yerində deyil, amma irəliləyiş var. Hazırda başqa proeseslər getdiyi üçün səhhəti ilə bağlı ətraflı məlumat verə bilmirik”, - deyə o bildirib. Qeyd edək ki, Əlisəmid Kür qaraciyərində yaranmış problemlə əlaqədar 15 sentyabrda Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Dalidag.az

Təbriz şəhərində Azərbaycan dilində olan “Uşaq” tamaşası nümayış etdirilib. Dalidag.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Tamaşanın quruluşçu rejissoru Əli Əkbər Ətarudi, ssenari müəllifi Nəğmə Səmini, tərcüməçisi isə Aydın Sərdariniyadır. Tamaşa hər axşam yerli vaxtla saat 20:00-da Təbrizin 29 Bəhmən Mədəniyyət Kompleksində nümayiş etdirilir. Dalidag.az

Fərid Muradzadə İlkin sinifli cəmiyyət yaranandan üzü bəri minillərdir ki, hamının fani dediyi uğrunda qanlar tökülən gəlimli-gedimli, bir ucu ölümlü dünyanı böyük cahangirlər fəth etməyə, külli dünyaya sahib olmağa can atıblar. Müəyyən mənada seçilmiş insanlar buna müyəssər də olublar, lakin necə deyərlər "Süleymana qalmayan dünya, heç kimə qalmayıb"Böyük fatehlərin qılınc, silah, qan, dəhşət, rəzalət, səfalət və müharibələr bahasına ələ keçirdikləri dünya və xalqlar bir müddət sonra onları
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
11 / 10 / 2025