“Rusiyanın Kamçatka vilayətində baş verən güclü zəlzələ, dünyada artan seysmik və tektonik aktivliyin bariz göstəricisidir”. Dalidag.az xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev modern.az-a açıqlamasında deyib. O bildirib ki, baş verən güclü zəlzələdən bir qədər əvvəl Kamçatka ərazisində hiss edilən yüngül təkan baş verib. “Mən bu təkanı qeydlərimdə "foreşok" - yəni əsas zəlzələdən əvvəl hiss olunan xəbərdaredici təkan kimi qiymətləndirmişdim. Belə güclü

Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. O, yaradıcılığa ötən əsrin

Aprel döyüşləri şəhidi Orxan Hümmətovun atası vəfat edib. Dalidag.az xəbər verir ki, şəhid atası Kazım Hümmətov ötən gün Şəkidə 63 yaşında dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən həyatını itirdiyi bildirilir. Qeyd edək ki, O. Hümmətov 4 noyabr 1992-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. Aprel döyüşlərində Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşub. 2016-cı ilin aprelin 2-si həmin istiqamətdə şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa

Azərbaycanın hava məkanı nəzəri cəhətdən Ermənistandan gələn mülki təyyarələr üçün açıqdır, lakin onlar oradan uçmurlar. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsinin açıqlamasında bildirilib. “Azərbaycanın hava məkanı Ermənistanın mülki təyyarələri üçün açıqdır, lakin praktikada Ermənistanın aviasiya operatorları göstərilən ərazidən uçmurlar ki, bu da sonuncunun daxili qərarları ilə bağlıdır”, - deyə məlumatda qeyd edilib.axar.az Dalidag.az

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların rahatlığını və dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirir. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, artıq bu yeniliklər sayəsində işğaldan azad olunan bölgələrə səfərlərdə icazə prosesi daha sürətli və rahat təşkil olunur: "Mobil tətbiqə yeni əlavə edilən funksiya vasitəsilə Qarabağa getmək üçün icazəni elektron qaydada ala bilərsiniz. Bunun üçün tətbiqə daxil olub ana

Hər şeyin əlçatan olduğu bir zamanda fərqli maraq dairəsi yaratmaq, xüsusilik ehtiva edən nəsnələrə söykənərək bir addım atmaq, iş qurmaq elə də asan deyil. Üstəlik, hədəfin böyükdürsə, yolunu uzun hesablamısansa addımların daha mətin, daha qüsursuz olmalıdır. Bəli, məqsədin təkcə yüksəliş yox, həm də məmnuniyyətdirsə, deməli, iz qoyduğun yolun möhkəmliyinə də inanmalı və məqsədinə çatmaq üçün var gücünlə çalışmalısan. Düz 9 il əvvəl biz "Manevr.az" adıyla bu meyarları əldə tutaraq çətin,

Azərbaycanda Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası 5 min manatadək cərimələnəcək. Dalidag.az xəbər verir ki, bu, Prezident İlham Əliyev Mülki, İnzibati Xətalar məcəllələrində, "Media haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarında edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən
Yazı axını