Baş Prokurorluqda yeni kadr təyinatı olub. Dalidag.az unikal.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Şəmşir Şəmşirli Baş Prokurorluqda böyük köməkçi vəzifəsinə təyin edilib. Ş. Şəmşirli bu təyinatadək Bakı şəhər Prokurorluğunda çalışıb. Qeyd edək ki, Şəmşir Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğludur.

Vəfa Mürsəlqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Vəfa Mürsəlqızı yaradıcılığından: DÜŞ, GƏL BAĞIŞLAYAQ BİR-BİRİMİZİ Bütün nağılların almayla bitdi, Bütün başlanğıclar sondan başladı, Ən böyük yalanı anam danışdı, Ömrümün yalanı ondan başladı. Mən bir az aldatdım, bir az aldandım, Gəlirim, çıxarım nə oldu axı? Sənə tapşırdığım pis adamların, Demədin axırı nə oldu axı? Yadına gəlirmi yalvarışlarım? Yadına gəlmirsə, nə deyim sənə? Yadına gəlirmi

Kəlbəcərə yeni prokuror təyin edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Baş pokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini İsmayılov İlkin İsmayıl oğlu tutduğu vəzifədən azad edilib. Digər əmrlə isə İ.İsmayılov Kəlbəcərin yeni prokuroru təyin edilib. Dalidag.az

Azərbaycan Ordusunun zabiti vəfat edib. Dalidag.az teleqraf-a istinadla xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən 'N" saylı hərbi hissələrinin birində baş verib. Əslən Ağcabədi rayonundan olan leytenant Azad Ziyad oğlu Qasımov xidmət etdiyi hərbi hissədə vəfat edib. Mərhum bu gün doğulduğu rayonda dəfn olunacaq. A.Qasımov ailəli idi, bir övladı var. Faktla bağlı araşdırma aparılır. Dalidag.az
Yazı axını