Vətəndaş illərlə işləyir və bir gün pensiya yaşına çataraq sığorta hesabında yığılan pensiya kapitalından istifadə edəcəyini gözləyir. Lakin bəzən tale elə gətirir ki, insan pensiya yaşına çata bilmədən dünyadan köçür. Dalidag.az -ın məlumatına görə, Dövlət Statistika Komitəsinin məlumatlarından da aydın olur ki, belə şəxslərin sayı az deyil. Son məlumata görə, 2023-cü ildə dünyasını dəyişənlərin 41,8 faizinin yaşı 65-dən az olub. Bu dövrdə ölən kişilərin yarıdan çoxu - 50,4 faizi yaşa görə

"28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib. Bu barədə Bakı Metropoliteninin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, həmin qatarın əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Göygölün Aşıqlı kəndində mənzildən 4 nəfərin meyiti tapılıb. Dalidag.az -ın modern.az-a istinadla məlumatına görə, həyatını itirənlər Göygöl rayonunun Aşıqlı kəndində kirayə yaşayırmışlar. Onlar Kəlbəcər rayonunun Qılınclı kənd sakinləri, 1999-cu il təvəllüdlü (26 yaş) Hüseynli Seymur Əşrəf oğlu bacıları, 2000-ci il təvəllüdlü (25 yaş) Hüseynova Münəvvər Əşrəf qızı, 2004-cü il təvəllüdlü (21 yaş) Hüseynova Xatirə Əşrəf qızı, Kəlbəcər rayonunun Laçın kənd sakini, 1990-cı il təvəllüdlü (35 yaş)

Ağdamın Qalayçılar kəndi ərazisində sümüklər tapılıb. Dalidag.az -ın məlumatına görə, sümüklər tapılan ərazidə hüquq mühafizə orqanları araşdırma - ekispertiza işləri aparır. Tapılan qalıqların insan sümükləri olma ehtimalı var.

Azərbaycan Respublikasında səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib. Dalidag.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qazaxıstanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi

Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən orta məktəblərdə təşkil edilib. Dalidag.az xəbər verir ki, martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli , Ağdərə rayon Talış kənd , Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib.İşğaldan azad olunan ərazilərdə Xankəndi, Ağdərə və Xocalıda keçirilən imtahanlarda ümumilikdə 26 şagird
Yazı axını