Şəhid kəşfiyyatçı Ülfət Kərimovun anası Fatma Kərimova vəfat edib. Dalidag.az bildirir ki, Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcərdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olub. 1992-ci ilin sentyabrından qanlı döyüş meydanlarına atılan Ülfət çoxsaylı qəhrəmanlığı, şücaəti ilə düşmənə dəfələrlə ağır zərbə vurub. Təəssüf ki, 27 mart 1993-cü il yağılara qan udduran qəhrəmanın son döyüş tarixi

Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Namiq Dəlidağlının yaradıcılığından bəhs edən məqalə Belçikada fəaliyyət göstərən ədəbiyyat portalında ingilis dilində, İtalyada isə iki saytda italyan dilində yayınlandı. Dalidag.az xəbər verir ki, məqalənin müəllifi Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafında fəal iştirak edən gənc yazar, "Dünya Talantları" Beynəlxalq Təşkilatının üzvü, "Albay" Beynəlxalq Medalı laureatı Cahangir Namazovdur. Qeyd edək ki, bu yaxınlarda Namiq Dəlidağlının

Ukrayna Silahlı Qüvvələrinin tammiqyaslı müharibə zamanı qeydə alınan itkiləri bir neçə onminlərlə, yaralılar isə bir neçə yüz mindir. Eyni zamanda, Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdə nə qədər dinc sakini öldürdüyünü bilmir. Dalidag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "NBC News"a müsahibəsində məlumat verib. "Biz itkilər qeydə almışıq: 46 min hərbçi ölüb. Onminlərlə hərbçi döyüşdə və ya əsirlikdə itkin düşüb. Bunu dəqiq bilmək mümkün deyil, çünki itkin

Bu gün Bərdə rayonunda Milli Məclisin üzvü Mircəlil Qasımovun seçicilərlə növbəti görüşü keçirildi. Dalidag.az xəbər verir ki, görüşdə Bərdə və ətraf rayonlarda məskunlaşmış kəlbəcərlilər iştirak edib. Vətəndaşların müraciətləri dinlənilib və təqdim olunan ərizə və şikayətlərin müvafiq dövlət təşkilatlarına yönəldiləcəyi bildirilib. Millət vəkili seçicilərlə səmimi söhbət edib, onların qayğıları ilə yaxından maraqlanıb. Dalidag.az

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Novruz bayramında tətil günlərinin sayı 11-ə çatdırılıb. Belə ki, martın 20-dən 30-dək tətil günləri olacaq. Bundan əlavə, Ramazan bayramı 30-31 mart

Bu gün Birinci Qarabağ müharibəsinin ən ölümcül və uğursuz hərbi əməliyyatlarından birinin ildönümüdür. 1993-cü ilin sonlarında başlayan, hərb tariximizə Murovdağ əməliyyatı kimi düşən bu döyüş Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin nəzarəti uğrunda başlatdığı hərbi hücum əməliyyatı idi. Mənbələrə istinadən bildirilir ki, Qarabağda bir sıra ərazilər rus və ermən hərbi birləşmələri tərəfindən işğala məruz qalmış 1993-cü ilin mart ayında düşmən ordu Kəlbəcərə hücuma başlamış,

(Həkim-travmatoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Sabir Mirzəyevin xatirəsinə həsr olunur) Hörmətli oxucular! “Başlıbel ziyalıları” rubrikasında növbəti ziyalı həmyerlimiz, Molla Məhəmmədin nəvəsi Mahir Mirzəyev haqqında söhbət açmaq istəyirik. Mahir Mirzəyev Başlıbeldə orta məktəbi qurtarana qədər oxuduğu məktəbdə də, ailədə və kənd arasında da Mahir adı ilə tanınsa da, Azərbaycan Tibb Universitetinə daxil olanda məlum oldu ki, onun sənədlərində adı Sabir imiş. Halbuki, buna baxmayaraq

Xəbər verdiyimiz kimi, fevralın 13-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib. Dalidag.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və

Dövlət Dəniz Akademiyasının 4-cü kurs tələbəsi Elvin Salmanov qayadan yıxılaraq həlak olub. Dalidag.az bildirir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, hadisə Kəlbəcər rayonu ərazisində baş verib. Allah rəhmət eləsin!

Bu il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar adsız zirvələrə yeni adlar veriləcək. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planında qeyd edilib. Bundan başqa, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək. Bununla bağlı Prezident Administrasiyası, Nazirlər Kabineti, Ekologiya və Təbii
Yazı axını