Azərbaycan respublikasının rəsmi rəmzlərindən (himn və gerblə birlikdə) biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir. Azərbaycan

Kəlbəcər ictimaiyyəti Zəfər Gününü qeyd edib. Dalidag.az xəbər verir ki, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Mircəlil Qasımlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranları, ictimaiyyət nümayəndələri və Kəlbəcər rayon sakinləri iştirak edib. Bayram

Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də

Qarabağ Zəfəri təpədən dırnağa kimi silahlanmış düşməni diz çökdürən, “Qarabağ Azərbaycandır!” deyimini tarixə qızıl hərflərlə həkk edən şanlı bir dastandır. Qəhrəman əsgərlərimizin inamı və əzmi, millətimizin misilsiz fədakarlığı ilə Qarabağda əldə edilən bənzərsiz zəfər ərazi bütövlüyümüzü, nəhaytində dövlət suverenliyimizi təmin etdi. Qarabağ Zəfəri bir millət olaraq əbədi həmrəyliyimizi ifadə edir. Bu məmləkətin gələcək övladlarının cəsur əsgər, gizir və zabitlərimizin fədakarlıqlarından,

30 ilə yaxın davam edən işğal dönəmində Ermənistan Azərbaycanın bir sıra rayon və kəndlərində misli görülməmiş vandallıq aktları törədib. Dalidag.az xəbər verir ki, erməni vəhşiliyinin qurbanı olmuş yaşayış məntəqələrimizdən biri də Şuşa rayonunun İmamqulular kəndidir. Qeyd edək ki, Birinci Qarabağ müharibəsi dövründə Ermənistan ordusu tərəfindən işğal olunan kənd 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində azad edilib. Dalidag.az Erməni vandalizminin izləri:

8 Noyabr – Zəfər Günü ilə bağlı Şuşada tədbirlər keçiriləcək, atəşfəşanlıq olacaq. Dalidag.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Qoruq İdarəsi məlumat yayıb. Bildirilib ki, Zəfər Günü ilə əlaqədar Bayraq meydanının qarşısından Şuşa Qalasına qədər hərbi yürüş baş tutacaq. Tədbir çərçivəsində məktəb şagirdlərinin ifasında bayram nümayişi olacaq, həmçinin sakinlərin, uşaq, yeniyetmə və gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxış olacaq. Bundan əlavə, Şuşa Dövlət Musiqili Dram

Daha bir ağbirçək anamız, Səfiyyə Əli qızı İsayeva əli doğma yurda uzalı dünyasını dəyişdi. Dalidag.az bildirir ki, Səfiyyə İsayeva məşhur el şairi Bimar Əlinin qızı və ictimai fəal Vüqar İsayevin anasıdır. Dalidag.az olaraq mərhuma Tanrıdan rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk.

Artıq onlar da məcburi köçkün deyillər və uzun illərin ayrılığından sonra doğma yurda qovuşublar. Şuşaya qayıtmağın həyəcanını və sevincini böyüklərlə yanaşı uşaqlar da yaşayırlar. İndi açarları təqdim edilən mənzillərdə onların yeni həyatı başlayır: əmin- amanlığa, rifaha, xoş günlərə vəsilə olsun! 8 noyabr 2020-ci ildə tarixi zəfər xəbərini çatdıran Müzəffər Ali Baş Komandanın dediyi kimi "Əziz Şuşa, biz qayıtmışıq". Qeyd edək ki, hazırda burada 220 ailə (823 nəfər) daimi məskunlaşıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə videoqrafların Ağdərə rayonunun Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfərini təşkil edib. Bu barədə Dalidag.az -a Dövlət Komitəsindən bildirilib. Qonaqlar səfər çərçivəsində Ağdərə rayonunun Talış kəndini və Suqovuşan qəsəbəsini ziyarət edib, burada yaradılan şəraitlə tanış olub, sakinlərlə söhbətləşiblər.

Noyabrın 5-i saat 12:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında və Kəlbəcərdə 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şəki, Şamaxı, Tovuzda 20 m/s, Goranboyda 19 m/s, Naftalan, Daşkəsən, Balakəndə 18 m/s, Tərtərdə 16 m/s, Zaqatalada 15 m/s təşkil edir. Havanın temperaturu Bakıda və Abşeron
Yazı axını