Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Dalidag.az -a Respublika Hərbi Prokurorluğundan məlumat verilib. Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 5-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 30 ailə - 102 nəfər köçürülüb. Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.

Kəlbəcər rayonunun İstisu qəsəbəsinin gələcək görüntülərini paylaşılıb. Dalidag.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcərə səfəri zamanı 2 sentyabr 2024-cü il tarixində təməli qoyularaq, tikintisinə başlanılmış İstisu qəsəbəsinin gələcək görüntülərini öz sosial şəbəkə hesablarında paylaşıb. Kəlbəcər rayonunun qərb hissəsində yerləşən, ümumi sahəsi 63,1 hektar olan İstisu qəsəbəsinin

Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktorunun görüşü keçirilib. Dalidag.az bildirir ki, bu barədə İran XİN məlumat yayıb. Qeyd edilib ki, nazirliyin Avrasiya üzrə baş direktoru Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb. Görüşdə Qafqazda cari proseslər ətrafında fikir mübadiləsi aparılıb,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub. Dalidag.az xəbər verir ki, dövlətimizin başçısına qəsəbə barədə məlumat verildi. Bildirildi ki, İstisu qəsəbəsi Kəlbəcərin qərb hissəsində yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikiləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər. Dalidag.az-ın məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti xəbər verib.

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edir. Dalidağ.az xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzindəki Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verilir.Məlumata görə, 5895 məntəqənin (91 faiz) nəticələri MSK-ya daxil olub. Seçkilərin ilkin nəticələrinə əsasən, 125 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanır: 1 saylı Şərur-Sədərək seçki dairəsi -

Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib. Dalidag.az xəbər verir ki, hadisə rayonun Vəng kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21099” markalı mınik maşını idarəetmədən çıxaraq aşıb. Vəng kəndində tikinti şirkətlərindən birində çalışan sürücü, 45 yaşlı Rəsul Quliyev hadisə nəticəsində ölüb. Avtomobildə olan sərnişin M. Nəcəfov müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırma gedir
Yazı axını