Kəlbəcər dəmiryolu xəttinin peyk vasitəsilə topoqrafiya planlaması işləri başa çatdırılıb. Dalidag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb. Hesabatda qeyd edilib ki, 88,08 km uzunluğunda yolun konseptual layihəsi hazırlanıb və dəmiryolu xətti üzrə təxminən 220-ə yaxın süni mühəndis qurğuların, o cümlədən 26 körpünün, 3 tunelin, 3 viadukun, 14 avtomobil alt keçidinin, 4 üst keçidinin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında danılmaz xidmətləri vardır. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”,

Rus sülhməramlılarının Qarabağdan çıxdığını əks etdirən görüntülər yayılıb. Dalidag.az xəbər verir ki, bu barədə Teleqramda video paylaşılıb. Buna Ukrayna ilə müharibənin səbəb olduğu bildirilib. İddia olunur ki, onlar Ukrayna ilə müharibəyə cəlb olunacaqlar. Həmçinin başqa bir versiyaya görə, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olanlar isə Ukrayna ilə müharibə üçün yola düşəcəklər. Dalidag.az

Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri

Böyük Britaniya istənilən Rusiya təyyarəsinin onun hava məkanına daxil olmasını cinayət hesab edəcək. Dalidag.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps bildirib. "Mən hər hansı Rusiya təyyarəsinin Böyük Britaniyanın hava məkanına daxil olmasını cinayət hesab edirəm və hökumət indi həmin təyyarələri saxlaya bilər", - deyə nazir bildirib. Böyük Britaniya öz hava məkanını Rusiya təyyarələri üçün bağlayan ilk ölkələrdən biri olub. Bu, fevralın 25-nə keçən gecə baş

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir. Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq axtarış tədbirləri aparılır. Qeyd edək ki, Müdafiə Nazirliyinin martın 5-də yaydığı məlumata əsasən, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən
Yazı axını