Reklam
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib- ŞƏKİLLƏR
21-02-2020 18:50
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fevralın 21-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
Dalidag.az xəbər verir ki, əvvəlcə Dövlət Komitəsinin və Xocalı Rayon İcra Hakimiyyətinin rəhbərləri, Goranboy rayonunda müvəqqəti məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər Xocalı abidəsini ziyarət ediblər.
Sonra qəsəbədəki Mədəniyyət Evində anım tədbiri keçirilib.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritdiyi, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görülməmiş qəddarlıqla divan tutduğu həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimizin, o cümlədən 106 qadının, 63 uşaq və 70 qocanın həlak olduğu, 487 dinc sakinin ağır yaralandığı, 1275 nəfərin girov götürülərək işgəncələrə məruz qaldığı xatırladılıb.
Həmçinin o zamankı iqtidarın öz konstitutsion vəzifələrinin icrasına cinayətkar laqeydliyinin, ardı-arası kəsilməyən siyasi çəkişmələrin, respublikada yaranmış anarxiya və başıpozuqluğun bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratdığı qeyd edilib.
Bildirilib ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib.
Bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Xocalı soyqırımına beynəlxalq hüquq normaları çərçivəsində qiymət verildiyi, dünyanın bir sıra ölkələrinin, beynəlxalq təşkilatların, habelə ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanının Ermənistanı işğalçı dövlət kimi tanıdığı vurğulanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət” kampaniyasının bütün dünyanı əhatə etdiyi qeyd edilib.
Bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi zamanı Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdiyi, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığı xatırladılıb/
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 21-02-2020 18:50
Baxış sayı: 3533
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02