Rusiyada yaşayan, həyat yoldaşlarını evə gələn hörmətli qonağa hədiyyə edən, maralı dişləriylə axtalayan xalq -ŞOK FAKTLAR

17-02-2020 19:47

Xalqların yaşadığı coğrafiya, iqlim şəraiti, relyef təkcə onların qidalanma mədəniyyətini formalaşdırmır, eyni zamanda adət-ənənlərini, mədəniyyətlərini, inanclarını və gələcəyə baxışlarını formalaşdırır. Müasir dövrümüzdə belə xalqlar dünya xalqlarına inteqrasiya olunsa da, öz milli adət-ənənələrini, mədəniyyətlərini, inanclarını qoruyub saxlayırlar və gələcək nəsillərinə ötürməyə çalışırlar. Bir çox hallarda isə özlərini qorumaq üçün hələ də müasir həyat şəraitinə uyğunlaşmayaraq birgəyaşayışdan uzaq, tənha yaşamağa üstünlük verənlər də var. Belə xalqlardan biri də azsaylı xantı və mansilərdir. 

Bir zamanlar biz xantı və mansilərlə  SSRİ adlı dövlətdə bir ölkənin tərkibində yaşamışıq.  Xantı və mansilər  fərqli dilə malik olsalar da, aborigen Sibir xalqlarındandır və onların bu ərazilərə haradasa 10 min il bundan öncə gəldiyi ehtimal olunur.
Xantı və Mansilər haqqında bilmədiyimiz və  bizlər üçün şokedici faktlar
Fin-uqor dil qrupuna aid edilən xanti və mansilər  Ob uqorları hesab olunurlar. Linqvistlərin fikrincə, xanti və mansilərə ən yaxın macarlar  (Macarıstan macarları-red) hesab olunur . Çünki macarlar da xantı və mansilər kimi Ural dil ailəsinə aiddirlər.
Mansilərə bəzən voqullar da deyilir və onlar əsasən Tundrada köçəri həyat sürərək, maral saxlamaqla  və ovçuluqla məşğuldurlar.  Mansilər ovçuluqla məşğul olsalar da, bu, onların əsas gəlir mənbəyi olmayıb.
Xantılar isə əsasən Ob və İrtış çayı sahilində yaşayaraq ovçuluq və balıqçılıqla məşğul olublar. Xantılar çox gözəl balıqçı olmaqla yanaşı, həm də ovçudurlar. Xantıların bir qismi mansilər kimi maralçılıqla da məşğul olurlar.
2010-cu ildə Rusiyanın həyata keçirdiyi siyahıyaalma zamanı 30 min civarında xantı, 12 min civarında  mansilərin yaşadığı bəlli olub.

İnancları

Xantı və mansilər inanacalarına görə əsasən bütprəst şamanlardır. Onlar təbitəin ruhuna, heyvan totemlərinə və ağaclarına inanaraq, ona baş əyiblər.Bununla belə xantı və mansilərin bir qismi xristianlığı qəbul ediblər. Xristianlığı rəsmən qəbul edən Ob uqorları dünyagörüşlərinə görə, daha çox animizm, zoomorfizm və pravoslavlara daha yaxındır. Odur ki, Allah və ruhlara fərqli formada sitayiş edirlər. Bir çox hallarda xantı və mansilər müqəddəs pravoslav ikonaların dodaqlarını  qurban kəsdiyi heyvanları qanı ilə rəngləyirlər. Onlar bunu bütpərəst tanrı kimi qəbul edirlər.Onlar  Num-Torum adlandırdıqları tanrını ali Allah hesab edirlər.  Xantı və mansilər  konkret  işdən ötəri Num-Toruma müraciət edirlər. Məsələn ov zamanı, xüsusən də Los ovlayarkən  Yer tanrısı hesab etdikləri Kaltas-evkaya dua ediblər. Kaltas-evka həmçinin Allahana hesab olunur.

Xantı və mansilər ayı öldürülərkən bayram edərlər

Digər Sibir xalqları kimi xantı və mansilər də  ayını öz əcdadları hesab edir. Buna baxmayaraq,  dini inancları ayını öldürməyi, onun dərisini soymağı  və ətini yeməyi qadağan etmir. Əksinə “tayqanın ağası” adlandırılan ayı ovlanması,  dərisinin soyulması  təntənəli bayram şənliyi ilə qeyd edirlər. Əgər ov dişi ayıdırsa, o zaman bayram 3 gün yox, 4 gün  davam edir. Ayının dərisi soyulduqdan sonra başını  qabaq pəncələri arasına qoyulur və ona toxunulmur. Öldürülən ayının burun və gözünə gümüş monetlər qoyur və boynuna ağcaqayından hazırlanan ağızlıq  keçirirlər. Dişi ayının başına qadın yaylıqları atıb, onu müxtəlif bəzək əşyaları ilə bəzəyirlər. Hər evdə bir neçə ayı dərisi olub. Bayramlarda qonaqlara əsasən  təzə  ayı ətindən hazırlanan yeməklər təqdim olunur, mahnılar oxunur, rəqs edilir. Mıəzhəkəli səhnələr  təşkil olunur. Artist, xüsusən də qadın rolunda kişilər çıxış edir.

Qadınlarını başqası ilə dəyirlər

Yurqa xalqlarında  qadınların və qızlarının nikaha qədər bakirəliyinə  nəzarət etmirlər. Bakirəliyi pozulan qızlara da pis baxılmır. Əgər qadın ərə gedən zaman dünyaya başqasından övlad gətiribsə, bu ona hər hansı maneçilik yaratmır. Əksinə bu yaxşı bir hal kimi hesab olunur. Yəni bu, qadının  sağlam nəsil artırmaq qabiliyyətinə malik olduğunun göstəricisi hesab olunur.
Bax, sonsuzluq  xantı və mansilər üçün əsl faciədir. Əgər ailəli qadının ərindən övladı olmursa, hamilə qalmırsa və yaxudda sonsuzluq yaranırsa,  o zaman  kişiyə ikinci qadın almağa icazə verilir.  İnanclarına  əsasən çətin doğuş qadınlar ailələrinə vəfasızlıq  və Allah tərəfindən cəzalandırılması kimi  dəyərləndirilir. Onların düşüncəsinə görə,  doğuş zamanı qeyri-rəsmi qadın, ədəbli qadından daha çətin və ağır formada doğuş həyata keçirir. Buna baxmayaraq,  hər uşağın doğuşu sevinclə qarşılanır.
Bu xalqların ən şokedici adəti isə evə gələn hörmətli qonağa öz həyat yoldaşalrını hədiyyə etmələridir. Bu, onlarda adi hal sayılır. 

Dişləri ilə maralı axtalayırlar

Mansilər çox maral saxladığından, onların məşiətində maral əti, dərisi, buynuzundan çox məqsədlər üçün istifadə olunur. Bir çox hallarda hesablaşma zamanı maraldan da ödəniş vasitəsi kimi istifadə olunur. Böyük maral sürüsündə erkək maral çox olduğundan, aralarında savaşlar çıxmasın deyə, mansilər sürüdəki 3-4 erkək maraldan  başqa bütün erkək maralları axtalayırlar. Digər tərəfdən axtalanmış erkək maral daha tez kökəlir. Maralı axtalayan zaman əllərində lazımi ləvazimat olmayanda mansilər  cavan erkək maralları dişləri ilə dişləyərək axtlayırmışlar. Bu günkü günümüzdə də belə bir praktikadan istifadə olunur.

Qeyri-adi yeməkləri


Dünya xalqları öz yemək adətləri ilə digərlərini təccübləndirdiyi kimi, mansilər də digərlərini öz yemək ənənələri ilə təəccübləndirməyi bacarırlar. Məsələn mansilər maralın bağırsağı ilə birgə onun mədəsinin içindəkini də yeyirlər. Mansilər bunu  delikates hesab edir və  bunu “kanyıqa” adlandırırlar. Mansilərin düşüncəsində görə, maral faydalı bitkilər yeyir və onlar maralın mədəsində qarışaraq  yaxşı bir şirəyə çevrilir. Mansilər maral mədəsindəki  qarışığı insan orqanizmi üçün çox faydalı hesab edirlər. 
Xantı və mansilər digər Sibir xalqları kimi maral qanı içirlər. Bununla belə sümüyü əzib iliyini, çiy əti yeyirlər. Aborigen Yurqalılar çiyəti yeməyi, qan içməyi insan orqanizminin immunitetini gücləndirdiyini düşünürlər. Xüsusən də şaxtalı havalar zamanı...

Qanlı qisas

Qanlı qısas xantılar  arasında da geniş yayılıb. Bir sıra hallarda qanlı qisas bir nəsil davam edir. Ölüm hadisəsinə görə öldürən xantı ailəsinin bir üzvü öldürülməlidir. Maraqlıdır ki, bu hal ayı ovu zamanı da tətbiq edilir. Belə ki, əgər bir xantı ayı ovuna gedərkən, ayı onu öldürübsə, mütləq digər ailə üzvü tayqaya gedib ayını tapıb öldüməlidir. Əks təqdirdə ayının öldürdüyü şəxsi yandırırlar  və  onun şərəfinə heç bir anım mərasimi, bayram təşkil olunmur.

27 musiqi alətində ifa edən xalq

On uqorlarının digər qonşularından fərqləndirən digər cəhət, onların  daha çox müsiqi alətindən istifadə etmək bacarığına malik olmasıdır. Onlar 27 musiqi alətində ifa edirlər.

Qəribə dəfn mərasimi

Xantı və mansilər ölən insanı havadan asılı formada saxlayırlar.  Bunun üçün  yerdən hündürdə xüsusi platformada  düzəldilmiş  yerdə saxlayırlar. Onların inancına görə, ölmüş insanın ruhu  havaya uçur və  o biri dünyaya qovuşur.ölkə.az

Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 17-02-2020 19:47
Baxış sayı: 3888
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını