Reklam
Marsda yaşayış evlərinin layihələri təqdim edilib- ŞƏKİLLƏR
09-05-2021 09:30
Elm adamları Marsı insanlıq üçün sığınacaq, Yer kürəsinə alternativ və ya tamamlayıcı kimi baxırlar.NASA bununla bağlı “3D Printed Habitat Challenge” müsabiqəsi başladıb.
Şərtə əsasən iştirakçılar 3D çap texnikalarından və Mars səthində mövcud olan materiallardan istifadə edərək dörd astronavt üçün yaşayış evi modelləşdirməlidir.
Dalidag.az xəbər verir ki, lnta.ru-nun məlumatına görə, “NoonPost” jurnalı Qırmızı Planeti yaşayış üçün uyğunlaşdıracaq ən perspektivli layihələri təqdim edib.
Siyahıda ilk yerdə “SEArch” (Space Exploration Architecture) arxitektorlar komandasının yaratdığı “Ice House” qərarlaşıb. Fikrə əsasən planetin şimal hissəsində buz axtarılmalı və insanları radiasiyadan qoruya biləcək, eyni zamanda kifayət qədər işıqlı, ətraf dünyanı görmə qabiliyyətini qoruyacaq buz evi düzəldilməlidir.

İkinci yerdə “MARSHA” adlı variant qərarlaşıb. Layihədə 3D çap və robot texnikası ilə bazalt lifindən və bitki bioplastiklərindən konstruksiya nəzərdə tutulur.
Siyahının üçüncü sətrində “Zopherus” layihəsi qərarlaşıb. Komandanın təklifinə əsasən, avtonom robot printerlər Marsın səthində olan materialların istifadəsi ilə hermetik kabin içərisində altıbucaqlı konstruksiyalar yaratmalıdırlar. Dizayn prosesi insan müdaxiləsi tələb etmir.
Dördüncü yeri “Mars Habitat” tutub. Layihənin müəllifi əvvəllər Ayda yaşayış evinin bir versiyasını təqdim edən məşhur memar Norman Fosterdir. O, yarı avtonom işləyən robotlardan istifadə edərək Mars qayalarından davamlı yaşayış yerlərinin inşasını təklif edib.
Beşinci yerdə “BIG” memarlıq bürosu ilə birlikdə Məhəmməd İbn Rəşid Kosmik Mərkəzinin bir qrupunun hazırladığı “Mars Science City” yer alır. Layihəyə əsasən, evlər səhra qumundan istifadə edilərək 3D çapda hazırlanacaq.
“Martian Seed of Life” altıncı yerdə qərarlaşmaqla siyahını bağlayıb. Layihənin müəllifləri Malayziyadan olan memarlar Varis Zaki və Amir Amzardır. Onlar bambu yaşayış evləri qurmağı təklif edirlər. Memarların sözlərinə görə, atmosferində çox miqdarda karbon qazı olduğu üçün onların Marsda böyüməsi asandır./oxu.azDalidag.az
Kateqoriya: Sosium
Tarix: 09-05-2021 09:30
Baxış sayı: 4405Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















