Bayden "soyqrımı" ifadəsini Rusiyanın əleyhinə işlədib, Türkiyənin yox - ŞOK İDDİA

29-04-2021 19:10


"ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi çox əhəmiyyətli idi".
Dalidag.az bildirir ki, bunu milli.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib.

Ekspert bildirib ki, Co Baydenin "soyqrımı" ifadəsini səsləndirməsi Ermənistanı Rusiyanın orbitindən çıxarıb Amerikaya daha da yaxınlaşdırmaq məqsədi güdür:
"ABŞ prezidenti Co Baydenin 24 apreldə "soyqrımı" məsələsini dilinə gətirməsi həm Azərbaycanda, həm də Türkiyədə gözlənilən idi. Ermənistan ordusunun 44 günlük müharibə nəticəsində darmadağın olması fonunda və ABŞ-ın onlara dəstək verməməsi və heç bir yardım göstərə bilməməsi ermənilərə qarşı bir jestlə nəticələnməli idi. Eyni zamanda düşünürəm ki, Baydenin bu kəlməni ifadə etməsi ermənilərin heç də Rusiyanın ümidinə buraxılmasını düşünməmələri üçün atılmış addımdır. İstər II Qarabağ müharibəsində, istər ondan qabaq, istərsə də ondan sonrakı dövürlərdə ABŞ-ın başı öz daxilindəki proseslərə qarışmışdı. Azərbaycanın Ermənistanla müharibəsi elə bir vaxtda gedirdi ki, xarici qüvvələr bu müharibənin qarşısını almaq üçün təsir göstərə bilmirdilər. Amerika, yaxud olsun Rusiya başı beynəlxalq aləmdə daha önəmli hadisələrə qarışmışdı. Bunun nəticəsində də ABŞ ermənilərə yetərincə diqqət yetirə bilmədi və bir də ayılıb gördü ki, artıq Azərbaycan Dağlıq Qarabağı erməni işğalından azad edib. Təbii ki, Bayden hakimiyyəti və o cümlədən erməni diasporası Ermənistan hakimiyyətinin qarşısında müəyyən öhdəliklər götürmüşdülər ki, bunların heç birini yerinə yetirə bilmədilər. 

ABŞ-ın ATƏT-in Minsk Qrupunun üzvü kimi müharibədən sonra fəallaşması, erməniləri həyata qaytarmaq və onların yanında olduğunu ifadə etmək üçün cüzi bir hərəkət idi. Artıq vəziyyət müəyyən qədər sabitləşib və ABŞ regiona qayıtmaq istəyir. Bunu da ermənilərlə münasibətləri inkişaf daha da etdirmək və onlara müharibədə məğlub olduqlarını onlara unutdurmaq üçün müəyyəb demarşlar edirlər. Baydenin 24 aprel çıxışını da bu demarşlardan biri kimi qiymətləndirərdim. Bu gün Bayden də, onun ətrafındakılar da "soyqrımı" sözünün ifadə olunmasını Türkiyəyə qarşı çevrilmədiyini iddia edə bilərlər və iddia edəcəklər də. Təbii ki, bununla ABŞ bir tərəfdən Türkiyəni də əldən buraxmaq istəmir və Türkiyəni itirmək, ondan uzaqlaşmaq onlar üçün Yaxın və Orta Şərqdə çox böyük problem yaşadacaq. 

Baydenin "soyqrımı" kəlməsini işlətməsi Türkiyədən daha çox Rusiyanın əleyhinə istiqamətlənib, Rusiyanın əleyhinə deyilib. Bunu Rusiyada da çox gözəl başa düşürlər. Nəyə görə Rusiyanın əleyhinə deyilib?! Ona görə ki, ABŞ-ın regiona gəlməsi Rusiyanın nüfuzunun qarşısının alınması ilə paralellik təşkil edir. Beynəlxalq münasibətlərdə buna "0 məbləğli oyun" deyirlər. Yəni ABŞ-ın Cənubi Qafqaz regionuna gəlməsi mütləq Rusiyanın nüfuzunun azalması hesabına baş verəcək. Co Bayden erməniləri özünə tərəf çəkmək istəyir. Bu da onların Rusiyadan qırılmaq hesabına başa gələcək. Ona görə Rusiya burada Amerikaya, onun nüfuzuna qarşı müəyyən destruktiv rol oynaya bilər. Və artıq Rusiyada, Rusiyanın KİV-lərində bu barədə müəyyən fikirlər səsləndirilməyə başlanılıb. Hətta Rusiyanın ən nüfuzlu siyasi xadimləri artıq səsləini çıxartmağa başlayıblar ki, Baydenin bu ifadəni işlətməsi heç də yerində olmadı. Dağlıq Qarabağın işğaldan azad olunması və Rusiyanın daha ciddi cəhdlə burada iştirakı fonunda Baydenin bu fikri səsləndirməsi təbii ki, Ermənistanı Rusiyanın orbitindən çıxarıb Amerikaya daha da yaxınlaşdırılması məqsədi güdür ki, bu da Rusiya tərəfindən çox böyük qısqanclıqla qarşılanır və qarşılanacaq. ABŞ-ın Ermənistandakı gücü bu gün məhduddur. Bu gün Bayden hakimiyyətinin edə biləcəyi yeganə bir şey o ola bilər ki, Paşinyana seçkilərdə qalib gəlməyə kömək etsin. Məhz Baydenin bu çıxışı da ona hədəflənib.

Zəngəzur dəhlizinin açılması həm region ölkələrinin, həm regiondan kənarda fövqəldövlətlərin, həm Ermənistana kömək edən qüvvələrin, həm də Türkiyə münasibətləri yaxınlaşdırmaq istəyən qüvvələrin, həm regionua daxil olmaq istəyən qüvvələrin hamısının əlinə işləyən bir hadisədir. Zəngəzur dəhlizinin açılması regionda olan və regiondan xaricdə olan bütün aktorların işinə yarayan bir məsələdir. Və mən düşünmürəm ki, ABŞ bu dəhlizin açılmasına qarşı bu və digər istiqamətdə fəaliyyət göstərcək. ABŞ əgər regiona gəlmək istəyirsə, Ermənistanla münasibətlər qurmaq istəyirsə Zəngəzur dəhlizi mütləq bir vasitə, bir yol olmalıdır. Heç bir dövlət bu dəhlizin açılmasının qarşısını almağa yönəldilən bir hərəkət etməyəcək.



Kateqoriya: Sosium
Tarix: 29-04-2021 19:10
Baxış sayı: 3160
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını