Reklam
Ödənişsiz təhsil almaq hüququ hamıya şamil edilməyəcək
14-04-2020 12:12
“Təhsil haqqını ödəməkdən azad olmaq hüququ hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlara verilir”.
Dalidag.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. O kimlərin bu güzəştən yararlana bilməyəcəyinə aydınlıq gətirib.“Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə 13 aprel 2020-ci il tarxidə qərar verib. Qərara alınıb ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.
Həssas əhali qrupuna aid edilən ailələrin siyahısında öndə ünvanlı dövlət sosial yardımı alanlar gəlir. Məlumat üçün qeyd edim ki, 2020-ci il yanvarın 1-i vəziyyətinə 72,2 min aztəminatlı ailənin 298,9 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Əgər belə ailələrin övladlarından 2020-ci ilin yaz və payız semesterlərində Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla əyani təhsil alanlar varsa onlar bu hüquqdan istifadə edəcəklər.
Bununla yanaşı, təhsil haqqını ödəməkdən azad olmaq hüququ hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlara verilir:
I və II dərəcə əlilliyi olan şəxslər;
işsiz kimi qeydiyyatda olanlar;
yaşa görə əmək pensiyaçıları;
yaşa görə sosial müavinət alanlar.
Gəlin, diqqətlə baxaq görək ki, hansı kateqoriayalı ailələr bu hüquqdan bəhrələnə biləcəklər. Birinci, unutmayaq ki, söhbət yalnız hər iki valideyni bu kateqoriyalardan birinə aid olan ailələrdən gedir. Bu hüquq tələbəyə hər iki valideyni I və II dərəcə əlilliyi olan şəxslərdirsə və ya onlardan biri I və II dərəcə əlilliyi olan şəxs, digəri rəsmi işsiz statusu olan, yaxud yaşa görə əmək pensyası alan və yaxud da yaşa görə sosial müavinət (qocalıq müavinəti) alan şəxsdirsə, eləcə də valideynlərin hər ikisi işsiz kimi qeydiyyatdadırsa, və yaxud onların hər ikisi yaşa görə əmək pensiyası və ya qocalıq müavinəti alırsa şamil olunacaq.
Əgər ailədə valideynlərdən biri işsiz kimi qediyyata alınıbsa o birisi işləyirsə, eyni zamanda valideynin biri I və ya II dərəcə əlilliyi olan şəxsdirsə, o birisi işləyirsə, yaxud ailədə valideynlərdən biri yaşa görə əmək pensiyası alırsa, o birisi işləyirsə və ya başqa növ pensiya alırsa, onda bu kateqoriyada olan ailələrin heç biri ödənişsiz təhsil almaq hüququndan bərhələnə bilməyəcək.
Adətən valideynlərin biri yaşa görə əmək pensiyası və ya qocalıq müavinəti alan ailələrdə övladlar deyil, nəvələr tələbə yaşında olurlar, lakin, bu hüquq nəvələr üçün deyildir.
Məlumat üçün qeyd edim ki, 1 yanvar 2020-ci il tarixinə Azərbaycanda yaşa görə əmək pensiyası alanların sayı 742 min nəfər, yaşa görə müavinət alanların sayı 82,4 min nəfər, əlilliyə görə müavinət alanların sayı isə 180,5 min nəfərdir.
Əlavə edim ki, güşəşt hüququ yalnız Azərbaycanda oxuyan tələbələrə verilir. Eyni zamanda güşəşt hüququndan ali və orta ixtisas təhsilinin pillərinin birində təhsil alan və yuxarıda qeyd olunan kateqoriyalara uyğun gələn şəxslər faydalanacaq. Bu məqsədlə dövlət büdcəsində 40 milyon manat ayrılıb”.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 14-04-2020 12:12
Baxış sayı: 4575
Yazı axını
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02