Reklam
Şəhid Bədəl Bəxtiyar oğlu Bədəlovun anım günü keçiriləcək
01-12-2022 16:33
2 dekabr sat 10:30-da şəhid Bədəl Bəxtiyar oğlunun anım günü keçiriləcək.
Qeyd edək ki, Bədəlov Bədəl Bəxtiyar oğlu 02 dekabr 1954-cü ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdu. 1972-ci ildə Dondarlı Kənd orta məktəbin bitirmişdi. O, orta məktəbdə oxuduğu vaxt idmanın güləş növü ilə məşğul olduğu üçün, dəfələrlə rayon yarışlarında iştirak etmiş, yüksək yerlər tutmuşdur. Eldar Ağakişiyevin Bədəl Bəxtiyar oğlu Bədəlov haqqında xatirələri:Onun hərbi sahəyədə marağı çox idi. O hərbi hazırlıq dərslərinə də çox maraq göstərirdi. Təlim silahlarının sökülüb-yığılmasını tez və qaydasında yerinə yetirirdi. Bədəl həmdə kiçikçaplı silahlardan atıcılıq yarışlarında layiqli yer tuturdu. Bədəl 1977-ci ildə Sumqayıt Politexnik Texnikumunu bitirmişdir. 1974-1976-cı illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1977-ci ildə Sumqayıt Şəhər Elektrik Avadanlığı zavodunda əmək fəaliyyətinə başlamışdır. İşlədiyi sahədə kolekdivin rəğbəti ilə bərabər həmdə peşakar qaynaqçılıq bacarığına yiyələnmişdir.
Rəfəddin Yaqubovun xatirələri: Bədəl çox mehriban və zarafatçıl insan idi. Bədəlin düzəltdiyi "Odun Peçləri" demək olar ki, qışda bütün Dondarlıların evin isidirdi, çox dondarlıların evində onun düzəltdiyi "odun peçləri" var idi. Qubadlı işğal olunan vaxt qohumarımızdan biri Bədəl düzəldən peçidə özləri ilə götürmüşdü uzun müddət eyvanda qalmışdı sonra mən onu bağa aparıb orda istifadə edirdim, bir gün Bədəlin işlədiyi Zavodun rəhbər vəzifədə işləyən şəxslərindən biri qonağım idi, "peçə" çox baxdı... dedim müəllim bu peç sizə tanış gəlmir? Müəllim peçin forma və qaynağına baxaraq bu rəhmətlik Bədəlin əl işi ola bilər dedi... Məlum Qarabağ hadisələrinin uzanması Bədəli narahat etdiyi üçün yaşının çox olmasına baxmayaraq Bədəl Bədəlov 1993-cü ildə Sumqayıt şəhər Hərbi Komissarlığına müraciət edərək, könüllü olaraq Milli Ordu sıralarına qəbul olmuşdur. Öz xahişi ilə onu doğma Qubadlı rayonuna göndərmişdi. Bədəl Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev adına taborun tərkibində hərbi xidmətə başalayaraq, rayonun Ermənistanla sərhəd kəndlərinin erməni hücumlarından qorunmasında fədakarlıq göstərmişdir. İgid döyüşçü Laçın, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam torpaqları uğrunda gedən döyüşlərdə də fəal iştirak etmiş erməni canlı qüvvə və texnikasını məh etmişdir. Son döyüşü Ağdamın Güllücə kəndində olmuşdur. 1994-cü ilin yanvarın 6-da həmin kənddə gedən qanlı döyüşdə cəsur döyüşçü igidlik nümunəsi göstərmiş, ağır yaralı olan bölük komandiri Sahibi güllə yağışı altından çıxararmağa cəhd edərkən ömrünün 40-cı ilində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdır. Məzarı Sumqayıt şəhərindəki "Şəhidlər xiyabanı"ndadır. İşlədiyi doğma zavodda igid əskərin abidəsi qoyulmuş, H.Z. Tağıyev qəsəbəsində yaşadığı binanın divarına "Xarirə lövhəsi" vurulmuşdur. Ailəli idi. İki oğul, bir qız atası idi. Məkanı Uca, Qəbri Nurlu Olsun.
Rövşən Murad
Kateqoriya: Qarabağ
Tarix: 01-12-2022 16:33
Baxış sayı: 3372
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23