Reklam
Şəhid Emili yaşat - Rəna Təbəssüm (hekayə)
11-11-2024 14:31
***
(hekayə)
Vaqifin yolunu səbirsizliklə gözləyən Tənzilə oğlu Emilin ad günü münasibətilə gözəl süfrə açmışdı. Bu süfrə əsl bayram süfrəsi idi. Evə gec gəlib çıxan Vaqif ondan narahat qalan ömür-gün yoldaşına dedi:
- Bu gün işlərim çox oldu, ləngidim. Tənzilə, uşaqları da çağır birlikdə oturaq. Tənzilə İsgəndərlə Əlini o biri otaqdan çağırdı və onlar birlikdə süfrə başında oturdular. Amma heç kim süfrədəki yeməklərə toxunmurdu, səbəbkarı gözləyirdi.
Tənzilə dedi:
- Nəsə narahatam, bircə Emil gəlib çıxsaydı, ürəyim sakitləşərdi. Deyəsən, cəbhə bölgəsində vəziyyət yenə qarışıb. Xəbərləri izləməyə də qorxuram, yaxşı heç nə eşitmirəm. Vaqif Tənzilənin son vaxtlar ölkədə baş verən hadisələrə işarə etdiyini anlayıb dedi:
- Siyasətlə nə işimiz var? Məncə, hərə öz işinin başında olsa, vəziyyət də yaxşı olar.
- Elə, hərbçi oğlumuz Emil də işinin başındadır. Müddətdən artıq hərbi qulluqçudur, öz
vəzifə borcunu yerinə yetirir. Müharibə başlasa, birinci onu aparacaqlar.
- Aparsınlar da! Elə birinci o getməlidir, çünki hərbçidir, gizirdir. Oğlumuzdan narahat olma, hər işdən baş çıxarandır, həm də idmançıdır. Yadındadır, 1993-cü ildə Tovuz rayonunun Ağdam kəndinə hərbi hissəyə ezamiyyətə gedirdim. O vaxtlar qərargah rəisi idim.
Divizionu nizamlamaq, bütün işlərə nəzarət etmək lazım idi. O vaxtı Emilin dörd yaşının tamam olmasına az qalmışdı. Əl çəkmədi ki, məni də özünlə apar. Əsgərlərin arasında gəzirdi, avtomatlarını götürüb baxır, qurdalayırdı. Sonra mən Ağdam rayonuna gedəsi oldum, orada hərbi vəziyyət olduqca ağır idi. Qızğın döyüşlər gedirdi. Bir həftə sonra, yəni iyulun 23-də Ağdamı
erməni silahlı birləşmələri işğal etdi. Bizim hərbi mövqeyimiz Güllücə kəndində yerləşirdi. Bu kəndə Emili də özümlə aparmışdım. Hər tərəfə, hamıya maraqla baxır, əsgərlərin sırasında gedib farağat dururdu. Dediyim odur ki, qorxma, Emil hələ uşaqlıqdan o yerlərdə olub, avtomat da
görüb, əsgər də. Sən ki, bunları yaxşı bilirsən. O ağır günləri yaddan çıxarmaq olmaz. Tənzilə köksünü ötürüb dedi:
- Əlbəttə, hamısı yadımdadır. Hamı məni qınayırdı ki, uşağı niyə buraxmısan, ora uşaq yeri
deyil. O da yadımdadır ki, sən o vaxtlar boru-yayma zavodunun “Polad” idman klubunda əvvəlcə
təlimatçı, sonra isə sədr müavini işləyirdin. Sonra hadisələr düşəndə birinci könüllülərdən oldun.
Nə isə... Sən uşaqlarla söhbət et, mən mətbəxdə gəlinlə birlikdə yemək bişirirəm. İşlərimi qurtarım
gəlirəm.
Evin kiçik oğlu Əli atasının I Vətən müharibəsi zamanı döyüş bölgələrində olduğunu bilirdi, ancaq bu gün atası keçmiş günlərdən daha ətraflı danışdığından söhbəti maraqla dinləyirdi.
Əli atasından söruşdu:
- Ata, o vaxtı sən orda könüllü döyüşürdün?
Əlidən sonra ortancıl qardaşı İsgəndər də atasına sual verdi:
- Bəs o vaxtı Qarabağda əsgərlərimizin silah-sursatı çatırdı?
Vaqif oğlanlarının suallarına cavab verdikcə, onlarda kinolardan izlədiyi müharibə haqqında daha geniş təsəvvür yarandığını görürdü.
- Eh, atan haralarda olmayıb ki...? Biz əslən Qubadlı rayonunun Çardaxlı kəndindənik. Ora
da getmək istəyirdim. Qarabağın hər tərəfində vəziyyət get-gedə gərginləşirdi. Səfərbərlik vaxtı
məni zabit olduğum üçün hərbi komissarlığa çağırdılar. Füzuli rayonuna döyüş bölgəsinə getdim.
Zərgər kəndi üstündə Məngələnata dağı var. Rayonun mərkəzindən üç kilometr qərbdə yerləşən
zirvədir. Bu dağın hündürlüyü yeddi yüz iyirmi metrdir. Məngələnata yüksəkliyində Qırmızı bazar
əməliyyatı hazırlanırdı. Mən də quru qoşunlarımıza köməyə getmişdim. Hətta orada öz komanda
müşahidə məntəqəmizi, yəni duracağımız nöqtəni mən tikmişdim. 1991-ci ilin sonu 1992-ci ilin
əvvəlləri idi. Xocavənd rayonunun Tuğ, Salakətin və Axullu kəndləri işğal olunmuşdu. Füzuli
rayonunda erməni silahlı birləşmələrinə qarşı vuruşmaq üçün üç özünümüdafiə batalyonu, mart
ayında isə həmin batalyonlardan ibarət polk yaradıldı. Aprel ayında da Bakıda hərbi briqada
yaradıldı. Başqa batalyonlar da vardı, onlar bu briqadanın tərkibində Füzuliyə gətirildi. Yerli
batalyonlar da, o biri batalyonlar da yeni yaradılan briqadanın tərkibinə verildi. Briqadanın
komandiri İsa adlı qoçaq bir adam idi. Soyadı da Qasımov olmalıdır. Müharibənin hər dəqiqəsi
insan həyatı üçün təhlükəlidir. Odlu-alovlu müharibənin hər dəqiqəsi ölüm, ya olumu həll edir.
Vaqif Birinci Qarabağ müharibəsindəki döyüşlərdən danışır, tarix boyu zəngin sərvətləri olan
ölkəmizin yadelli işğalçıların təzyiqlərinə məruz qaldığını, lakin güc toplayıb qalib gəldiyini nəql
edirdi. Onu maraqla dinləyən Əli və İsgəndərə: - Nəyin bahasına olursa olsun, ermənilərə qalib
gələcəyik, - deyirdi.
İsgəndər soruşdu:
- Ata, bayaq Füzuli rayonundakı hadisələrdən danışırdın. Bəs o əməliyyatın adı niyə
Qırmızı bazar adlanırdı?
- Oğlum, bu Xocavənddə yerləşən kəndin adıdır.
Tənzilə mətbəxdə söhbəti eşidib otağa gəldi və dedi:
- Vaqif, indiyə qədər uşaqlara Birinci Qarabağdan bəzi hadisələri heç danışmamışıq. Qırmızı
bazar əməliyyatında çox adam şəhid olmuşdu, yaralananlar da var idi. Vaqif, sən gedəndən harada
olduğundan xəbərsiz idim. O vaxtlar da mobil telefon yox idi ki, əlaqə saxlayaq. Eşitdim ki, həmin
əməliyyatda şəhid olanların cəsədlərini Sumqayıta da gətiriblər. Bütün xəstəxanaları gəzdim,
amma tapmadım. Sonra camaatdan eşitdim ki, şəhidləri kluba yığıblar. Tez ora qaçdım, cəsədlərin
arasında axtardım, yox idi. Çox narahat idim, fikirləşirdim ki, gedəndən evə heç gəlməyib,
bəlkə... Neçə gündən sonra bir hərbçi qapımızı döydü. Qapını açanda qorxdum ki, yəqin bəd xəbər
gətirib. Amma gələn adam sağ olduğunu deyəndə, sevindim. Hə uşaqlar, atanız bilirdi ki, ondan
nigaranam, yolunu gözləyirəm. Ona gorə də Zeynal adlı hərbçi ilə xəbər yollamışdı. Nə isə, siz
söhbət edin, mətbəxdə azacıq işim qalıb, mən gedim. Yaxşı ki, gəlin sarıdan bəxtim gətirib.
Maşallah, əlindən hər iş gəlir, bayaqdan mənə nə qədər kömək edir. Aygün yanımda olmasaydı,
bu qədər yeməyi, salatları təkbaşına hazırlayıb çatdırmazdım. Hələ tortu da özü bişirib.
Vaqif gülüb dedi:
- Maşallah de ki, gəlinimiz gözə gəlməsin.
İsgəndər əvvəlki söhbətin üstünə qayıdıb atasından soruşdu:
- Bəs sonra haralarda olmusan, ata?
- Sonra 1992-ci ilin iyul ayında xüsusi təyinatlı dəstənin tərkibində topçu kimi Ağdərəyə
getdim.
Əli soruşdu:
- Ata, topçu kimi?! Bəs dəstədə neçə nəfər idiniz?
- Hə, topçu kimi. Bir heyətdə yeddi nəfər var idi, biz iki dəstə ilə getmişdik.
- Ata, sən həm idmançı idin, həm də hərbçi?
- Hə, ay oğul, Badamdartda hərbi hissə var idi, orda da işləyirdim. Gör neçə il keçib, amma
olanların hamısı yadımdadır.
Tənzilə mətbəxdə işlərini qurtarıb otağa gəldi. Onlarla bir süfrədə əyləşmək istəyirdi ki, qapının zəngi çalındı. Əli gedib qapını açdı və sevincək: - Emil gəldi, - dedi.
Hamı onun gəlişinə sevindi və tez dəhlizə gedib qarşıladılar. Emil onlarla görüşüb otağa keçdi. Yeni dünyaya gəlmiş körpə Nicatı Aygündən alıb bağrına basdı və doyunca öpdü. Üç yaşlı oğlu İbrahim atasına kişi kimi əl uzadıb görüşdükdən sonra oyuncaq avtomatını götürdü və babasına
tuşladı: - Baba ta, ta, ta , - dedi.
Vaqif nəvəsini qucağına alıb atıb tutdu və dedi.: - Ay dəcəl, sən də atan kimi uşaqlıqdan avtomat sevən olmusan. Sonra Emildən soruşdu:
- Nə yaxşı ad günündə gələ bildin?
- Ata, ailə vəziyyətilə bağlı icazə alıb gəlmişəm. Bu axşam qayıdıram.
Vaqif ata təəccüblənib sualı sual ardınca verdi:
- Bu axşam? Niyə belə tez ? Oralarda vəziyyət necədir?
- Hərbi təlimlər gedir. Ümumi vəziyyətə gəlincə hələ ki, yaxşıdır,
Tənzilə narahat halda soruşdu:
- Yəni sakitlikdir?
Ana və atasının narahat olduğunu görən Emil dedi:
- Narahat olmayın, təşvişə ehtiyac yoxdur. Bu axşam qayıdıram, ailəmi də özümlə aparıram.
Aygün hazırlıq gör, birlikdə gedəcəyik.
Tənzilə soruşdu:
- Doğrudan? Aygünə iki uşaqla orda çətin olmaz ki? Həm də havalar çox istidir, avqust ayı
təzə girib, hələ ayın beşidir. Sərinlərin düşməyinə çox var. Bəlkə, gəlinim uşaqlarla burada qalsın,
hə?
- Yox ana, orda artıq havalar sərinləşir. Yaşayış üçün hər bir şərait də var. Ailəli adamlara
kirayə xidməti ev verilir. Biz də orada kirayə evdə qalacağıq, mən artıq ev tutmuşam.
- Lap yaxşı, Emil. Elə bil, ürəyimin səsini eşidib gəlmisən. Bu gün sənin ad günündür.
Təbrik edirik, Allah səni bütün arzularına çatdırsın. Birlikdə yaşadığımız otuz ildə səni özümə tək
oğul yox, həm də yaxın sirdaş bilmişəm. Başqasına deyə bilmədiyim sirrimi, sözümü sənə
demişəm. Yaxşı ki, işdən icazə veriblər, gəlmisən. İndi isə süfrəyə yaxın oturun. Aygünlə mən gör
otuz yaşını qeyd etmək üçün nə gözəl süfrə açıb, dadlı yeməklər hazırlamışıq.
Tənzilə yeməklərdən boşqablara qoyub dedi: - Yeyin, özünüz də ürəyiniz istəyəndən götürün,
yeyin.
Emilin ad günündə məzuniyyətə buraxılması doğmalarının ürəyincə oldu. Emili təbrik edənlər
ona xoş sözlər deyirdi, amma Emilin fikri haradasa uzaqlarda idi...
Vaqif soruşdu:
- Emil, niyə yemirsən? Deyəsən fikrin elə işdədir?
Emil gülümsünüb atasından soruşdu:
- Ata, sən doxsanıncı illərdə zabit kimi Qarabağda olmusan, döyüşmüsən, çox hadisələr
görmüsən. O vaxtı Qarabağı görməyənlər könüllü olaraq onu düşməndən xilas etməyə gediblər,
amma uduzublar. Mənə maraqlısı budur ki, bizimkilər niyə uduzdu? Ermənilər çox güclü idi ki?
Vaqif oğlu Emilin təəssüf dolu baxışlarını süzüb dedi:
- Bilirsən oğlum, uduzmağımızın əsas səbəbi o idi ki, həmin vaxtlarda ordumuz
yaranmamışdı. Könüllülərdən ibarət ayrı-ayrı dəstələr, batalyonlar olsa da silah-sursat çatmırdı,
həm də birlik yox idi. Ermənilərə isə xaricdən hərbi sursat, hətta muzdlu döyüşçülər verilirdi. Bax,
ona görə də məğlub olduq.
- Ata, döyüşlər zamanı gözünün önündə şəhid olanlar çox olurdu?
- Eh, təəssüf ki, çox olurdu. Bilirsən oğul, işimizi planlı şəkildə qurmağa çalışırdıq.
Bizim batalyonlarda qoçaq oğlanlar çox, silah isə az idi. Hər dəfə döyüşə gedəndə bizimkilər
öldürdükləri erməninin silahını götürürdü. Şəhidlər iki tərəfdən də olurdu. Gözümün qarşısında al-
qana boyanan oğullarımızı görəndə mən də yaşamaq ümidimi itirirdim, amma silahı əldən
qoymur, geri çəkilmirdim. Özüm də yaralanmışdım, ancaq vuruşurdum.
İsgəndər atasından soruşdu:
- Ata, necə oldu yaralandın?
- 1993-cü ilin iyul ayı idi. Ağdam rayonunun Qiyaslı kəndi yaxınlığında Şahbulaq qalasının
tam üstündə Alban kilsəsi var idi. Məni ermənilər orada tankla vurdular. Başımdan yaralandım,
amma isti-isti yaralandığımı başa düşmədim. Güclü baş ağrısından başımı tutub durmuşdum,
əlimin qana bulaşdığını görəndə elə bildim ki, döyüş yoldaşlarımın arasında olan yaralıların
qanıdır, çünki onlara kömək etmişdim. Hamısının pal-paltarı qan içində idi. Mənim vəziyyətim
getdikcə pisləşirdi. Yoldaşlarım məni hospitala apardı, orda da çox yaralı vardı. Mən hospitalda
dörd-beş saat qalandan sonra özümə gəldim və döyüş mövqeyimizə qayıtdım. Başımda ağrılarım
yenə var idi, sakitləşdirici dərman qəbul edirdim. Ancaq buna baxmayaraq düşmənə qarşı
vuruşurdum, qızğın döyüşlər gedirdi. Həmin vaxt Ağdam Güllücə kəndinə qədər hələ bizdə idi
Ermənilər Ağdamı işğal etmək üçün gecə-gündüz dayanmadan üstümüzə gəlirdilər. Əslində,
Ağdamı əldən verməmək üçün biz qırx üç gün var qüvvəmizlə düşməni geri çəkilməyə məcbur
etmişik. Lakin axıra qədər bacarmadıq, Ağdam əldən getdi. Həmin vaxtlarda sən də orada idin,
amma ehtiyatda olan əsgərlərin yanında qalırdın. Heç dinc durmurdun, avtomatı özünə oyuncaq
etmişdin. Bu barədə bayaq qardaşlarına danışırdım. Amma onu da deyim ki, dekabr ayının son
günü idi. Ağdam rayonunun azad olunması barədə tapşırıq aldıq. Səksən nəfərdən ibarət iki dəstə
ilə bir ay rayonu geri qaytarmaq üçün vuruşduq, nə qədər yaralı, şəhid gördüm. Düşmənə çox
yerdən kömək var idi, biz isə ancaq özümüzə arxayın idik. Nəticə də bəllidir...
Emil atasının sarsıldığını görüb dedi:
- Sən heç narahat olma, ata. Əgər müharibə yenidən başlasa, təkcə Ağdamı yox, işğal
olunmuş bütün rayon və kəndlərimizi geri alacağıq. Nəyin bahasına olursa olsun, geri alacağıq!
Əli qardaşı Emilin sözlərini təsdiqləyib dedi:
- Emil düz deyir, ata. Bu dəfə müharibə olsa, Qarabağdakı bütün torpaqlarımızı ala
biləcəyik. Çünki indi həm güclü ordumuz var, həm də müasir hərbi sursatımız. Elə bilirəm ki,
müharibə gözlənilir. Ermənilər cəbhə bölgəsində tez-tez atəşkəsi pozurlar. Hətta son vaxtlarda
dinc əhaliyə qarşı və yaşayış binalarına da atəş açırlar. Bu dəfə müharibə olsa, mən də gedəcəyəm.
Vaqif dedi:
- Bala, müharibə onsuz da gözlənilir, çünki başqa çıxış yolu qalmayıb. Səbrimiz tükənib,
müharibə başlasa, özüm də gedəcəyəm.
Emil dedi:
- Biz gücümüzü toplayıb birləşsək, ermənilərə qalib gələ bilərik. Bircə müharibənin
başlanmasına əmr tezliklə verilsəydi, yaxşı olardı...
Əli atasına və qardaşına qürurla baxıb dedi:
- Emil də atamızın yolu ilə gedib, hərbçidir. Kaş mən də hərbçi olardım.
Emil qardaşına dedi:
- Hərbçi olduğuma görə ilk növbədə atamıza minnətdaram, çünki uşaq vaxtlarından məni
özü ilə hərbi hissələrə aparıb, idmanla məşğul olmağıma da kömək edib. Düzdür, dərslərimi o
qədər də yaxşı oxumurdum, amma sərbəst güləş üzrə idmanda uğurlarım çox olub. Məktəbdə
oxuyanda şəhər üzrə keçirilən yarışlarda iştirak edir, ikinci, üçüncü yerləri tuturdum. Bütün
müəllimlərim məktəbin adına şərəf gətirdiyimə görə mənimlə fəxr edirdi, hətta dərsimi bilməsəm
də qiymətimi yazırdılar.
Vaqif kişi dedi:
- Hə, Emil həsəd aparılası oğlandır. O əsgərlikdə Gəncədə artilleriya briqadasında sıravi
əsgər, sonra çavuş olub. Polis dostlarımdan biri mənə demişdi ki, çevik alay polisinə cavanları
toplayırlar, müsabiqə olacaq. Mən də Emilə məsləhət gördüm ki, get imtahan ver. Özün də
maşallah, hündürboy və idmançısan. İnanıram ki, müsabiqədən də keçərsən. O da bu sahəyə çox
həvəsli idi, getdi. Onu Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinə qəbul edib Quba rayonuna
göndərdilər. Altı ay müddətində də kurs oxudu, gizir rütbəsi aldı. İndi də artilleriya kəşfiyyat
maşınının komandiridir. Belə övlad Vətən üçün canın da qurban verər.
Emil atasının onun haqqında fəxrlə danışdığını görüb sevindi. Aygünə baxıb göz vurdu.
Tənzilə ana gəlini ilə oğlunun bir-birinə sevgi dolu gizli baxışlarını sezib dedi:
- Allah sizi bir-birinizə çox görməsin. Biz də sizə, İbrahim və Nicat nəvəmizə baxıb
sevinək. Oğlum, yaxşı ki, Aygünlə evləndin. Qubada müddətdən artıq hərbi qulluqdan sənə ən
böyük mükafat ailən oldu. Aygünlə tale yollarınız oradan birləşib. Mart ayından isə Hacıqabulda
xüsusi təyinatlıların dəstəsində rabitəçisən. İşin ağırdır, amma öhdəsindən gəlirsən. Hərbçinin
həyat yoldaşı olmaq da asan deyil, amma arada sevgi varsa, bütün çətinliklər asan kimi görünür.
Allah sizi heç ayırmasın! Amin!
Emillə Aygün xoş arzu və sözlərə görə anaya təşəkkür etdilər. Sonra Emil yeni hərbi təlimlərin
başlayacağını söylədi. Ona görə də bu axşam mütləq qayıtmalı olduğunu bir daha bildirdi. Ad
günü süfrəsi başında doğmaları ilə xoş gün keçirib ayrıldı. Aygün və uşaqları da onunla birgə
Hacıqabula getdi.
Emil həmişəki kimi işində, gücündə idi, evlə də tez-tez əlaqə saxlayırdı.
Sentyabr ayı idi. Hərbi təlimlər keçirilirdi. Təlimlər zamanı Yaşmada yerləşən hərbi hissənin
qulluqçuları da orada idi. Emilgilin dəstəsinə, guya ehtiyatda olan hissə kimi hazırlandıqlarını
bildirirdilər. Amma Emil başa düşürdü ki, onları müharibəyə hazırlayırlar.
Emil atasına zəng edərək Hacıqabula gəlməsini və onun ailəsini şəhərə yanlarına aparmasını
xahiş etdi. Vaqif Tənziləni də gəlinini və nəvələrini görmək adı ilə özü ilə apardı. Elə həmin gün
oğlunun istəyini yerinə yetirdilər. Tənzilə vəziyyəti sonradan başa düşdü.
Cəbhə bölgəsində vəziyyər gündən-günə pisləşirdi. Sentyabr ayının 27-si idi. Sübh tezdən Emil
evə zəng vurub atasına dedi ki, gəlib kirayə qaldığım evi boşaldın. Bizim dəstəni guya Bərdəyə
aparırlar. Nə vaxt qayıdacağını bilmir. Atası Vaqif kişi vaxt itirmədən oğlunun kirayə mənzilini
boşaltmağa getdi. Emil isə əslində Tərtərə gedirdi. Elə həmin gün İkinci Qarabağ müharibəsinin
başlanması barədə ölkə rəhbəri tərəfindən artıq əmr verilmişdi.
Hamı müharibənin zəfərlə bitəcəyinə ümidlə yanaşırdı, amma üzlərdə kədər də
var idi. Çünki müharibənin kimlərisə gözü yaşlı qoyacağı istisna olunmurdu.
Cavanlar hərbi komissarlığa gedib könüllülər siyahısına adını yazdırırdı. Əli və İsgəndər də
hərbi komissarlığa müraciət etdi. Amma fiziki cəhətdən qüsurlu olan İsgəndərin adını könüllülərin
siyahısına yazmadılar. Onun səhhətindəki problemləri cəbhəyə getməyinə imkan vermirdi. Əlinin
adı isə siyahıya salındı. Vaqif kişi də rayondan qayıtdıqdan sonra hərbi komissarlığa könüllü
müraciət etdi. Lakin yaşla əlaqədar olaraq onun müraciəti qəbul olunmadı.
Artıq üç gün idi ki, müharibə başlamışdı. Cəbhə bölgəsindən verilən xəbərləri hamı böyük
həyəcan və maraqla dinləyirdi. Əli onunla bir gündə könüllü siyahıya yazılanların hərbi
komissarlığa çağırıldığını görürdü. Onu isə çağırmırdılar. Odur ki, sentyabr ayının 30-da gedib
yenidən müraciət etdi. Bu dəfə elə həmin gün səfərbərliklə həm döyüşçü, həm də sürücü kimi
cəbhə xəttinə yollandı. O Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən qızğın döyüşlərdə
iştirak edirdi.
Emil isə müharibə başlanan gündən hərbi kəşfiyyat maşınında rabitəçi-texnik idi. O öhdəsinə
düşən tapşırıqları yerinə yetirir, həm də əlinə silah alıb torpaqlarımızın azadlığı uğrunda
döyüşürdü. Evə zəng edəndə anasına: - Uşaqlara yaxşı baxın. Onlara da idman etməyi öyrədin,
möhkəm və sağlam olsunlar, - deyirdi. Hər dəfə telefonla danışanda atası onun gizli şriftli açar
sözlərindən harda olduğunu anlayırdı. Bir gün yenə zəng edib dedi ki, ata Şura xalanın toyuqları
qırılıb. Onun evini, həyət bacasını yan yörədən bağlayıb dərmanlamağa gedirik ki, həşəratlar ölsün
və qalan toyuq-cücələri yeyə bilməsinlər. Vaqif kişi özü hərbçi olduğundan bu danışığı başa
düşürdü. Anlayırdı ki, artıq bizimkilər Şuşaya doğru gedir. Laçına gedən, Xankəndidən gələn
yolu bağlamaq lazımdır ki, erməniləri mühasirəyə alıb məhv edə bilsinlər və Şuşa azad olunsun.
Emil zəng edəndə atası ona qardaşı Əlinin də müharibəyə könüllü getdiyini demişdi. Emil bu
barədə artıq məlumatlı idi, çünki Əli ilə tez-tez telefonla danışırdı. Amma bir neçə gün idi ki,
Emil zəng etmir, evlə danışmırdı. Atası onun nömrəsini yığsa da cavab vermirdi. Hər gün evlə
telefon əlaqəsi saxlayan Əli də nədənsə, zəng vurmurdu. Hər iki oğlundan nigaran qalan ana və
ata evin içində vurnuxur, bəlkə başlarında bir iş var deyə, düşünürdülər. Tənzilə ana həmin gecə
yuxusunu qarışdırdığını, Emili yuxuda palçığın içində gördüyünü Vaqifə söylədi. Vaqif fikrə
getdi, amma üzdə narahat olduğunu bildirmədi. Nəhayət, Əlidən zəng gəldi. Şükür sənə ay Allah, -
deyən Tənzilənin ürəyi narahatlıqdan qurtardı. Əli mövqedə olduğunu və gec gəlib öz mövqeyinə
çıxdığını dedi. Atası bildirdi ki, neçə gündür Emildən də xəbər yoxdur, nəsə bilir ya yox.
Əli: - Yəqin zəng etməyə imkanı yoxdur, - deyib ana-atasına təsəlli verdi.
xxx
Aradan bir neçə gün keçmişdi. Noyabr ayının 11-də səhər yuxudan oyananda Vaqif oğlu
Emilin ayağı gipsdə, bədəni yarıya qədər ağ sarıqda gecə yuxusuna girdiyini Tənziləyə danışdı.
Hər ikisi həm Emildən, həm də Əlidən nigaran idi. Gözləri telefonda və qapıdaydı, amma
onlardan xəbər yox idi. Vaqif kişi qonşu Vüqarı görüb qardaşını soruşmaq istəyirdi, ancaq həyətdə
eşitdi ki, o bu gün tezdən Füzuliyə gedib. Şuşanın azad olunmasında yaralılar və şəhidlər çox olub.
Yaralıları noyabrın 6-dan cəbhə bölgəsindən təxliyyə ediblər. Şəhidləri isə Şuşa yolunda
təhlükəsiz yerdə qırağa yığıblar. Vaqif: - Bəlkə mən də gedim, nə Əlidən, nə də Emildən xəbər
var, - deyə fikirləşdi. Sonra oğlanları haqqında məlumat öyrənmək üçün Bakıya yuxarı hərbi
qurumlara yollandı.
Qardaşını axtarmaq üçün uzun yola çıxan Vüqar yolboyu rastlaşıb söhbət etdiyi mülki
şəxslərdən, hərbçilərdən maraqlı söhbətlər eşidirdi. O öyrəndi ki, şəhidləri sonradan Füzuli
Diaqnostika Mərkəzinə gətiriblər. Odur ki, birbaşa Füzuliyə gedəsi oldu. Mərkəzə çatanda birinci
yaralıların arasında qardaşı Vüsalı axtarmağa başladı. Yaralılara baxdıqca onların halına ürəyi
ağrıyırdı. Birinin qolu, birinin ayağı, birinin isə gözü yox idi. Onların arasında qardaşını tapa
bilməyib gərgin anlar yaşadı. Deməli, düz imiş, qardaşım da şəhid olub, - deyə düşündü və
şəhidlərin cəsədlərinin yığıldığı yeri öyrənib ora getdi. Cəsədlər qara torbalara yığılmış və ağızları
bəndlənmişdir. Vüqar bilmirdi ki, hansı torbanı açıb baxmağa başlasın. Əlləri titrəyirdi, sonra
özünü toplayıb bir-bir qara torbaların ağzını açıb baxmağa başladı. Hər torbanın ağzını açanda
diqqətlə baxırdı, çünki cəsədlərin çoxusunun üzü tanınmaz vəziyyətdə idi. Al-qan içində olan
cavan oğlanları gözü yumulu görəndə ağlayır, müharibənin ağır nəticələrindən dəhşətə gəlirdi. O
hələ qardaşının cəsədi ilə rastlaşmamışdı, amma bilirdi ki, bu torbaların birinin içindədir və yaxın
adamını gözləyir. Əlini yeni torbaya atıb ağzının bəndini aşağı çəkdi və gözlərinə inanmadı.
Diqqətlə baxanda: - Emil!- deyib çığırdı. Həmin anda keçirdiyi sarsıntıdan əlləri və ayaqları əsdi.
Bir də diqqətlə baxdı, o idi, qonşu Emil. Yerində bir anlıq donub qaldı, nə edəcəyini bilmədi.
Sonra Vaqifə zəng vurmaq istədi, ancaq nömrəsini öz telefonunda tapmadı. İlqar adlı qonşunun
nömrəsini yığıb xahiş etdi ki, Vaqifin telefon nömrəsini ona versin. İlqar nömrəni verəndə ondan
qardaşı Vüsalı tapıb-tapmadığını soruşdu. Yox cavabını alanda qanı qaraldı. Vüqar İlqarla
danışığını tez bitirib Vaqifə zəng etdi. Vaqif telefonu açanda astadan danışan Vüqarın titrək səsini
eşitdi:
- Salam Vaqif əmi, Emili tapmışam.
- Salam. Tapmısan? Hardadır?
- Füzulidə Diaqnostika Mərkəzindədir.
- Yaralıdır?
Vüqarın kədərdən boğazı qəhərləndi. Demək istədiyi söz boğazında düyünlənib qaldı. Vaqif
alo, alo deyib ondan cavab gözləyirdi. Vüqar qəhəri birtəhər udub dedi:
- Bağışla Vaqif əmi, Emil şəhid olub.
Vaqif eşitdiyinə inanmaq istəmədi, başı hərləndi. Ətrafında hər şey gözünə qara rəngdə
göründü. Amma bir dəfə oğlunun yaralı olması barədə səhv xəbər aldığından bunun da yanlış
olduğunu düşündü və Vüqara dedi:
- Yaxşı bax, bəlkə səhv edirsən. Emilin sağ çiynində çapıq izi var. Çiyin hissəsinə diqqətlə
bax.
Vüqar telefonda tutulub qaldı. Cəsədin sağ çiyninə baxdı, Vaqif atanın dediyi iz görünürdü.
Sonra ondan cavab gözləyən ataya dedi:
- Həyət uşağıyam, Emili tanımıram?! Baxdım, Emildir.
Vaqifin nitqi qurudu. Nə deyəcəyini bilmədi, güclə Vüsal qardaşını soruşdu:
- Vüsalı necə, tapa bildin?
- Yox, hələ axtarıram, amma yaralıların arasında yoxdur.
Vaqif lap pis oldu, halı dəyişdi. Telefonun düyməsini basıb ətrafına göz gəzdirdi. Günortadan
xeyli keçmişdi. Bakıda özəl sektorda işləyən oğlu İsgəndərə zəng etdi və qonşu oğlanın dediklərini
ona söylədi. Sonra Birinci Qarabağ müharibəsində onunla cəbhə yoldaşı olmuş Fərda İsmayılov və
Zeynal Zeynalovla da telefon əlaqəsi yaratdı. Aldığı məlumatı onlara da dedi. Onlar görüşüb
birlikdə Füzuliyə yollandı. İsgəndər də işdən icazə alıb atasıgillə getdi. Vaqif yolda: - Kaş ki,
yalan olaydı, - deyirdi. Onun bir dəfə yaralanması barədə xəbər çıxmışdı, sonra məlum oldu ki,
yaralı başqasıdır. Görəsən, qonşu oğlan dəqiq onun çiyninə baxıb. Emil hərbi xidmətdə olarkən
turnikdə idman edəndə yıxılıb sağ çiynindən zədə almışdı. Əsgərlikdən qayıdanda bu barədə evdə
heç nə demirdi. Ancaq mən gündən-günə onun sağ çiyninin sallandığını görürdüm. Həkimə aparıb
yoxlatdırmışdım, çiyin ətraflarında zədə alıbmış, aralanma var idi. Həkimlər əməliyyat edərək
birləşdirib tikmişdilər. Elə o vaxtdan sağ çiynində çapıq izi qalıb.
Zeynalla Fərda müharibənin nə demək olduğunu yaxşı bilir və Vaqifin çəkdiyi iztirabları başa
düşürdülər. Füzuliyə çatanda Vaqif maşından düşüb hər tərəfə baxdı. 1992-cı ildə döyüşlərdə
olduğu rayonu erməni işğalçıları xarabalığa çevirmişdi. O dostlarına dedi:
- Görün ermənilər rayonu nə günə salıblar. Bizim Birinci Qarabağ müharibəsində gördüyümüz
Füzulini necə dağıdıblar. Bu yerlərdə evlər var idi, hamısını viran qoyublar.
Zeynal da erməni separatçılarına qarşı vuruşduğu günləri, itirdiyi döyüş yoldaşlarını yadına
salıb kövrəldi və dedi:
- Gözlərimə inana bilmirəm ki, mən yenidən doğma Füzuli torpağındayam. Deməli, biz
Qarabağ torpağına ayaq basmışıq. Bilirsiniz, o vaxtlar pərakəndəlik, rəzalət olmasaydı, bəlkə də
qalib gələrdik. Ah... Həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhidlərimiz çox oldu. Nə
qədər igid oğullar itirdik. Nə qədəri şikəst qaldı, gözü çıxan, dünya işığına həsrət qalan oldu.
Düşmən ayağı altında inildəyən torpaqları azad edənlərin adları tarixdə qaldı. Təəssüf ki, torpaq
həsrəti ilə yaşayan didərginlərin çoxu dünyasını dəyişdiyindən azad Qarabağı görə bilmədi. Kim
bilir, bəlkə də onların ruhu şəhidlərin ruhu ilə əl-ələ verib Zəfəri qeyd edir.
Fərda da dostlarına yaxın gəlib uzaqdan görünən dağlara baxdı və dedi:
- Bizim gücümüz bu dağların qüdrəti qədərdir. Düşmən və onu müdafiə edənlərə baş
əymədik, əyilmədik. Heç bizi əyə də bilmədilər, çünki bu dəfə hamı bir məsləklə dəmir yumruq
altında sıx birləşdi. İstəyimizə çatdıq, şükür Allaha! Qalib gəldik, güclü millət olduğumuzu
dünyaya bəyan etdik. Şəhidlərin qanı bahasına alınan torpaqların ta qədimdən xalqımıza məxsus
olduğunu sübut etdik, Zəfərimizlə tanıtdıq. Vətənin ərazi bütövlüyü uğrunda canını qurban verən
şəhidlərimizin ruhu şad olsun! Nə qədər biz varıqsa, Vətən var, onlar da yaşayacaq!
Döyüş yoldaşı olmuş dostlar və İsgəndər maşına minib birlikdə Diaqnostika Mərkəzinə
getdilər. Vaqif içəri girəndə oğlu Əlini gördü. Ata-bala bərk-bərk qucaqlaşıb görüşdülər. Vaqif
təəccüblə Əlidən soruşdu:
- Sən niyə burdasan? Hərbi hissənin yerini dəyişiblər? Emili tapmısan, hardadır?
Əli ağlayırdı, atasına qardaşının şəhid olduğunu demək istəyirdi, amma dili gəlmirdi ki,
Emil daha yoxdur, desin. Atasına ancaq bunları deyə bildi:
- Emil içəridədir. Mənim hərbi komandirimə zəng vurub bura gəlməyimi tapşırıblar. Mən də
gəldim.
Vaqif əsəbi halda soruşdu:
- Bəs niyə mənə zəng edib demirdin?
- Öz komandirim zəng edib məndən Emilin nəyisən, soruşdu. Qardaşıyam cavabını alanda
bildirdi ki, Emil şəhid olub. Gedib onun nəşini təsdiqləməyimi tapşırdı. Aldığım bəd xəbərdən
dəhşətə gəldim. Elə bil dünyanın ən ağır daşı başıma düşdü, dəli kimi oldum. Hirsimdən əlimdəki
mobil telefonu divara çırpdım. Telefon sındı, bu acı xəbəri heç kimə deyə bilmədim.
Vaqif dedi:
- Emil telefonda səninlə tez-tez danışırdı. Elə ona görə də sənin də nömrəni götürüb
komandirinə məlumat veriblər.
Vaqif şəxsiyyət vəsiqəsini qeydiyyat şöbəsinə göstərib içəri keçdi. Axtarıb oğlu Emilin
cəsədini tapdı. Sifətində heç bir qüsur yox idi. Ataya elə gəldi ki, oğlu şirin yuxudadır. Oyadıb
Zəfər qazandığımızı demək, onu təbrik etmək istədi. Lakin oğlu tərpənmirdi... Sonra bədəninə
diqqət yetirdi və onun ombadan, sol bud nahiyyəsindən, qolundan aldığı qəlpə yaralarını gördü.
Sol qolunda iki yerdən qaralmış deşik də vardı. Vaqif göz yaşlarını saxlaya bilməyib hönkürtü ilə
ağladı. Vaxtilə bu yerlərdə döyüşlərdə vuruşmuş, şəhidlər görmüş ata hələ uşaq ikən müharibədə
onların arasında olan, böyüyüb illər sonra Vətənin müdafiəsinə qalxan oğlunun bu torpaqlarda
şəhid olduğuna inanmaq istəmirdi...
Əsgər və zabitlər Vaqif kişiyə yaxınlaşıb təsəlli verdilər və ona Allahdan səbr dilədilər.
Rabitəçi Emili cəsarətli və cəsur döyüşçü kimi tanıdıqlarını bildirdilər. Vaqif onlardan eşitdi ki,
oğlu Cəbrayılda, Xocavənddə, Şuşada ön cəbhədə döyüşüb. Noyabr ayının ilk günlərindən Emil
“Yarasa” dəstəsinin tərkibində Şuşada olub. Dəstə üzvləri üç yüz metr sıldırım qayalıqda olan
mövqedən Laçın dəhlizini nəzarətə götürüb. Dəhliz üzərinə hərəkət edib, İsa bulağının üstündə
adsız bir yüksəklik var, məqsəd ilk olaraq orada toplanmaq olub. Əvvəlki döyüşlərdə qolundan iki
güllə yarası alsa da döyüşü davam etdirən Emil noyabr ayının 5-də növbədə olub, yola çıxıb ətrafa
diqqətlə baxırmış. Mövqedə duranlar Laçından Şuşaya ermənilərə köməyə gələn yardım
maşınlarını görüb vurublar. Qızğın döyüş başlayıb. Mərmi qəlpəsindən Emil həmin gün sol
ayağından ağır yaralanıb və çoxlu qan itirərək şəhid olub.
Vaqif oğlunun keçdiyi döyüş yolunu dinləyib Birinci Qarabağ müharibəsində gözü önündə
şəhid olanları xatırladı və dedi:
- Ruhunuz şad olsun, Qarabağ alınıb, Şuşa bizimdir! Sizin qələbəyə doğru açdığınız cığırı
mənim oğlum Emil də getdi. Bizim ala bilmədiyimiz torpaqları iyirmi səkkiz ildən sonra
övladlarımız qanı bahasına aldı.
Dostları Fərda ilə Zeynal sarsıntı keçirən Vaqifi sakitləşdirməyə çalışırdı. Fərda dedi:
- Başın sağ olsun, Vaqif! Şəhidlər ölməz, Vətən bölünməz! Şəhidlər fəxrimizdir, Vətənin
şanlı səhifəsini yazanların adları tarixdə əbədi qalacaq.
Vaqif dostlarını qucaqlayıb dedi:
- Vətən sağ olsun!
Axşam saat səkkiz radələrində Vaqif Tənziləyə zəng vurdu. Tənzilə telefonu açanda ərinin
qırıq-qırıq gələn səsini eşitdi:
- Tənzilə, mən sabah səhər tezdən gələcəm. Əli də burdadır.
Tənzilə soruşdu:
- Səsin niyə qırıq-qırıq gəlir, yəqin xətdə problem var. Deyirsən, Əli də oradadır. Bəs
Emil? Emil də sabah sizinlə gəlir?
- Gəlmir, gətirəcəyik.
- Necə yəni? Yaralıdır? O mənə gedəndə söz vermişdi ki, sağ-salamat qayıdacaq. On bir
gündür ki, ondan xəbər yoxdur.
- Emil şəhid olub.
Tənzilə başına gözünə o qədər çirpıb qışqırdı ki, səsinə qonum-qonşu yığılıb gəldi.
Şəhid Emilin cəsədini təhvil alıb səhər tezdən doğulub boya-başa çatdığı Sumqayıt şəhərinə
gətirdilər. Şəhid qardaşının dəfnində iştirak etmək üçün Əliyə də hərbi hissədən üç günlük
məzuniyyət verildi.
Bir neçə saatdan sonra yaxın qohumların, dostların və hökumət adamlarının iştirakı ilə
üçrəngli bayrağa bükülmüş cənazəni Sumqayıt Şəhidlər Xiyabanına gətirdilər. Otuz yaşlı Emilin
son mənzili bura oldu.
Tənzilə ananın gözləri hər yerdə Emili axtarırdı. Hündürboylu, yaraşıqlı oğlan görəndə ona
bənzədirdi. Dərdli ana özü kimi başı qara örpəkli qadın görəndə: - Sən də şəhid anasısan? –
soruşurdu. Oğlumun bayrağımıza sevgisi o qədər çox idi ki, evin hər tərəfini bayraqla bəzəmişdi.
Balamı doyunca görmədim, özü bayrağa bükülü yanıma qayıtdı, - deyib ağlayırdı.
Gizir Emilin yadigarı olan üç yaşlı İbrahim otaqda hər tərəfə qoyulan şəkillərə, divardan asılan
hərbi formaya baxıb deyirdi: – Atam Qubada əsgərdir, gələcək. Aygün isə atasız qalan İbrahimə
və qucağında hələ bələkdə olan dörd aylıq Nicata baxıb hönkür-hönkür ağlayırdı.
xxx
Aradan iki il ötmüşdü. Şəhidlərin şəkilləri təkcə Şəhidlər Xiyabanındakı soyuq qara mərmərin
üzərini deyil, yaşadıqları ərazidə binaların ön və arxa fasadını, küçə və yolboyu qoyulan lövhələri
bəzəyirdi. Emilin də şəkli müxtəlif yerlərdə vardı. Ötüb keçənlər şəhidlərin şəkillərinə baxır,
onların nümunəvi qısa ömür yollarından danışıb qəhrəman oğullarla fəxr edirdilər. Şəhidlər
göstərdikləri şücaətə görə dövlətimiz tərəfindən medallarla təltif olunmuşdur.
Tənzilə ana yaşadıqları mənzildəki otağın birində şəhid oğlunun adına guşə yaratmışdı. Bu
guşədə şəhid oğlunun təltif olunduğu “Vətən uğrunda” və “Şüşanın azad olunmasına görə”
medallarına baxanda qürur duyurdu. Fəxrlə: - Vətənə belə qorxmaz, igid oğul bəxş etmişəm, -
deyirdi. Amma ürəyində Emilin yoxluğu ilə barışa bilmirdi. Ana düşünürdü ki, görəsən bala
itkisindən də acı dərd varmı? Bir gün yenə belə düşüncələrlə xəyallarında Emillə danışır, onun
üçün darıxdığını pıçıltı ilə otağın soyuq divarlarındakı şəkillərinə söyləyirdi. Birdən qapı döyüldü.
Vaqif ata qapını açanda qarşısında tanımadığı adamları gördü. Biri cavan kişi, bir yaşlı qadın,
digəri isə qucağında körpəsi olan cavan qadın idi. Vaqif onlardan soruşdu:
- Sizə kim lazımdır?
Qadının qucağındakı körpə ağlamağa başladı. Tənzilə ana körpənin səsini eşidib qapıya
gəldi və onları içəri dəvət etdi. Gələn qonaqlar şəhid Emilin adına olan guşə ilə tanış oldular.
Tənzilə ana qadının qucağındakı körpənin hələ də ağladığını görüb soruşdu:
- Qızım, o niyə ağlayır? Bəlkə narahatdır?
Qadın özünü təqdim edib dedi:
- Mənim adım Gülərdir. Çoxdandır sizin ünvanı axtarırdıq, axır ki, soraqlaşıb tapdıq.
Yaşlı qadın dedi:
- Biz sizinlə yaxından tanış olmaq istəyirik. Gülər mənim gəlinimdir, bu cavan isə oğlum
Emindir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Başa düşürəm, ağır dərddir,
amma şərəfli ölümdür. Sizin Emil haqqında çox eşitmişik...
Körpə sakitləşmək bilmirdi, elə hey çığırır, ağlayırdı. Sanki dil açıb nəsə demək istəyirdi...
Gülər ayağa qalxıb o baş-bu başa gedərək deyirdi: -Lay-lay, lay-lay... Yat, Emilim! Yat...
Körpə isə hey ağlayırdı...
Gənc ananın dilindən çıxan “Emilim” kəlməsi Tənzilə ananı və Vaqif atanı heyrətləndirdi.
Tənzilə ana soruşdu:
- Düz eşitdik, Emilim? Körpənizin adı Emildir?
Gülər sevincək dedi:
- Bəli, Emildir. Sizin Emilin adını oğlum daşıyır. Şəhidlər ölmür, yaşayır...
Tənzilə ananın nəmli gözlərində sanki bir işıq göründü və bu işıq körpənin bələyinə qədər
sıçrayıb parladı. Tənzilə ana balaca Emili ağuşuna alıb onu qoxudu. Oğlunun iyini ondan alaraq
doyunca öpdü. Bayaqdan çığırıb ağlayan uşaq indi Tənzilə anaya baxaraq gülümsəyirdi.
Emin dedi:
- Üzr istəyirəm, iki qız övladımız var, amma oğlan, gələcəyin əsgərini də böyütmək
istəyirdik. Gülərlə əhd etmişdik ki, oğlumuz olsa, ona şəhidlərin birinin adını verəcəyik.
Şəhərimizdəki şəhid şəkillərinə baxanda oğlunuzun şəkildən bizə dikilən baxışları sanki danışırdı.
Biz bu baxışlardan ayrıla bilmirdik. Hara gedirdiksə, oğlunuzun şəklini görürdük, elə indi də...
Və onun baxışları elə bil: - Oğlunuza mənim adımı qoyun, - deyirdi. Biz də əhdimizə əməl etdik.
Körpə Emili də hüzurunuza gətirdik. Sizə təkcə təsəlli vermək üçün yox, həm də şəhid adının
ölməzliyini sübut etmək üçün buraya gəldik. Bizim soyadımız da sizinki ilə eynidir, yəni
İsgəndərov soyadını daşıyırıq. Oğlumuz Emili vətənpərvər ruhda böyüdəcəyik. O da Vətən
sevgisi ilə yaşayacaq, lazım gələrsə, Vətən yolunda canından keçəcək.
Balaca Emilin şirin qığıltısı otağa yayıldı. Tənzilə ana körpənin üzündən öpüb dedi:
- Can bala, yaşa, yaşat! Mənim Emilim sənin kimi körpələrin xoş, azad gələcəyi üçün
canını fəda edib. Bir vaxtlar biz onu Vətən üçün əzizləyib böyüdürdük, indi azad Vətən torpağı
onu bağrına basıb əzizləyir. Qanı ilə tarix yazıb Vətənini sevindirən oğlum öz anasını sevindirə
bilmədi. Otuz yaş yaşayan Emilimin də iki körpəsi qalıb. Vaxt gələcək, onlar qəhrəmanlıq
nümunəsi göstərən şəhid Emillə qürur duyacaqlar, fəxrlə atamızdır deyəcəklər. Eh... Dünyadan
hələ xəbəri olmayan sən balaca Emil isə böyüyüb adını daşıdığın şəhidlə öyünəcəksən.
Vaqifin ürəyi ağrıdan sızıldayırdı. Gələn qonaqlara minnətdarlıqla dedi:- Qapımız üzünüzə hər
zaman açıqdır. Hələ çox Emillər yaşayacaq, hamının isə basılmaz bir Vətəni olacaq!
Vaqif körpə Emili Tənzilədən alıb qucağında tutdu və ucadan dedi:
- Yaşa! Varlığınla oğlumu, şəhid Emili yaşat!
Aygun şəhid ərinin iki yadigarı qalan İbrahimlə Nicatı da balaca Emillə tanış etdi. Körpələrin
gözlərindən sevinc, üzlərindən təbəssüm yağır, firavan həyatın gözəlliyi görünürdü...
Rəna Təbəssüm
S O N

Kateqoriya: Poeziya-nəsr
Tarix: 11-11-2024 14:31
Baxış sayı: 3100
Yazı axını
08 / 12 / 2024
08 / 12 / 2024
07 / 12 / 2024
06 / 12 / 2024
06 / 12 / 2024
06 / 12 / 2024
05 / 12 / 2024
05 / 12 / 2024
04 / 12 / 2024
03 / 12 / 2024
02 / 12 / 2024
02 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
28 / 11 / 2024
27 / 11 / 2024
25 / 11 / 2024
23 / 11 / 2024
21 / 11 / 2024
Ən çox oxunanlar