Reklam
İdris Verdiyev: "İdrisi böyüdüb ellərə verən, o müqəddəs torpaq Kəlbəcərdədi" -ŞEİRLƏR
23-04-2020 12:50
İdris Əli oğlu Verdiyev 1928-ci il dekabr ayının 31-də Kəlbəcər rayonunun Şaplar kəndində, ziyalı ailəsində anadan olub.1945-ci ildə Kəlbəcər şəhər orta məktəbini bitirib və Şaplar kənd ibtidai məktəbinə müdir təyin edilir. 1946-cı ildə Kəlbəcər rayonunun Komsomol Komitəsinin II katibi təyin edlir. Orta məktəbi əla qiymətlərlə bitirdiyinə və nümunəvi işçi olduğuna görə 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə imtahansız qəbul edilir. İnstitutda əla qiymətlərlə oxuduğuna görə İ.V.Stalin adına təqaüdə layiq görülür. İnstitutu fərqlənmə diplomu ilə bitirərək, 1951-ci ildə Moskva Dövlət Universitetinin aspiranturasına daxil olur. 1953-cü ildə atasının qəflətən ağır xəstələnməsi nəticəsində ailəsinin iqtisadi vəziyyəti çətinləşir və anasının təkidi ilə aspiranturadan çıxaraq rayona dönür, Kəlbəcər şəhəri orta məktəbində coğrafiya müəllimi işləməyə başlayır. 1953-cü ildə İsgəndərova Məleykə Müslüm qızı ilə ailə qurur və Ağcakənd orta məktəbinə direktor təyin edilir. Sonra müxtəlif illərdə, Kəlbəcərin müxtəlif kəndlərində (Lev, Güneypəyə, Kilsəlikənd, Geştək, Şaplar kənd-lərində) məktəb direktoru işləməklə ibtidai məktəblərin yenidənqurulması və sahəsinin genişləndirilərək orta məktəbə çevrilməsində fədakarlıqla çalışır. Məktəb direktoru işləməsi ilə yanaşı, uzun illər Kəlbəcər rayon Məhkəməsində Xalq İclasçısı kimi fəaliyyət göstərir. Rayon Daxili İşlər Şöbəsində Sosial Əmlakın Qorunması Şöbəsinin inspektoru vəzifəsində çalışır. Kəlbəcər rayonu “Bilik” Cəmiyyətinin sədri vəzifəsində işləyir. 1972-ci ildə Marksizim-Leninizm Universitetinin Fəlsəfə Şöbəsinə qəbul olur və 1973-cü ildə fərqlənmə diplomu ilə bitirir. 1960-1990-cı illərdə Kommunist Partiyasının üzvü olur. 1990-cı il 20 yanvar Bakı faciəsindən sonra partiya sıralarından çıxır. 1967-1993-cü illərdə Kəlbəcər şəhəri 2 №-li orta məktəbində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Şaplar kəndində yerləşən Həzi Aslanov kolxozunda iqtisadi vəziyyəti olduqca ağırlaşır və getdikcə daha da çətinləşir. Kolxozun ət-süd planı yerinə yetirilmir, əsasən də heyvandarlıqda qida çatışmamazlığı yüksək həddə çatır. Kəlbəcər rayonunun I Katibi tərəfindən İ.Verdiyev kolxozdakı geriliyin öyrənilməsi və aradan qaldırılması məsələsində rayon rəhbərliyinə kömək edilməsinə cəlb edilir. Vəziyyəti araşdırmaq və kolxozun düşdüyü ağır vəziyyətdən çıxması üçün1969-cu ildə eksperiment olaraq 6 aylıq kolxoz sədri vəzifəsinə təyin edilir. Tez bir zamanda kolxoz ət-süd planını yerinə yetirməklə, heyvandarlığın qış üçün lazımi qida ehtiyatı olan otun yığılmasında böyük uğurlar qazanır və İ.Verdiyev yenidən öz vəzifəsinə Kəlbəcər şəhəri 2 №-li orta məktəbində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə qaytarılır. 1993-cü ilin mart ayının 30-da Kəlbəcər rayonunun Rusiya-Ermənistan qoşunları tərəfindən işğal olması nəticəsində qaçqın düşərək ailəsi ilə birlikdə Azərbaycanın Naftalan şəhərində, 1994-cü ildə Bakı şəhərində, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində məskunlaşır. 1994-2011-ci illərdə Qaraçuxur qəsəbəsi Xarici dillər təmayüllü Gimna-ziyada coğrafiya müəllimi işləyir. 7 övlad atasıdır:-5 qızı və 2 oğlu var (Yaqut həkim, Mirvari fəlsəfə doktoru, Qismət tikinti mühəndisi, Qarabağ-Goranboy cəbhəsində Hərbi İstehkam Bölüyünün komandiri-rəhmətə gedib, Hikmət polis kapitanı, Almas mühəndis, İnci ingilis dili müəllimi, Əsmət fəlsəfə doktoru) 18 iyul 1998-ci ildə Məşhəd şəhərinə İmam Rzanın məzarını ziyarətə getmişdir. 4 mart 2001-ci ildə Məkkə şəhərində, Həcc ziyarətində olmuşdur.
“Laçın-Kəlbəcər rayonunun fiziki-coğrafi səciyyəsi” adlı dissertasiya yazmışdır. Bir neçə il ərzində Kəlbəcər - Laçın fiziki-coğrafi rayonlarının ərazisini tədqiq etmişdir. Rayonun ərazisinə Azərbaycan SSR-nin Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı inzibati rayonları daxil olmuşdur. Olduqca çətin şəraitdə, yüksək dağlıq relyef, tez-tez dəyişən iqlim şəraiti tədqiqatın aparılmasını çətinləşdirsə də, İdris Verdiyev bütün çətinlikləri dəf edərək tədqiqatını davam etdirmişdir və uğurla başa çatdırmışdır. Aylarla at belində gəzərək rayonların relyefini, faydalı qazıntılarını, iqlimini, torpaq, bitki örtüyü və heyvanlar aləmini öyrənmişdir. Çoxlu sayda foto-şəkillər çəkmiş, qiymətli kolleksiyalar toplamışdır. Əsərdə Kəlbəcər-Laçın fiziki-coğrafi rayonunun təbiətinə aid qiymətli elmi materiallar verilmişdir. İkinci dəfə “Kəlbəcərin toponimikası” adlı dissertasiya mövzusu götürərək, yeni elmi istiqamətdə tədqiqata başlamışdır. Azərbaycan SSR-nin Kəlbəcər inzibati rayonu ərazisini qarış-qarış gəzərək oba, binə, kənd, qəsəbə, şəhər, dağ, dərə, bulaq, örüş, çay, göl, yaylaq, qaya, aşırım, çınqıllıq, mağara, çəmənlik, otlaq, ovlaq və s. ərazilərin adlarının mənaları haqqında araşdırmalar aparmışdır. Tədqiqat zamanı çoxlu sayda arxiv materialları araşdırmış, minlərlə yaşlı nəslin nümayəndələri olan yerli əhali ilə görüşmüş və onlardan toponimikaya aid qiymətli informasiya almışdır. Əsəri olduqca uğurla başa çatdırmışdır. Yazdığı dissertasiyaların məzmununa uyğun, tədqiqatların nəticələrinə əsaslanan çoxlu sayda elmi məqələləri Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərləri”ndə çap etdirmişdir. Coğrafiyanın tədrisi metodikasına aid “Tarix-coğrafiya” metodik jurnalında, “Azərbaycan müəllimi” qəzetində coğrafiya fənninın tədrisinin səmərəliliyinin artırılması üçün metodiki məqələlərlə müntəzəm çıxış etmişdir.
Əlyazmaları işğal rayonunda qaldığından digər elmi və bədii əsərləri çap edilməmiş qalmışdır. İşlədiyi müddətdə Qabaqcıl maarif xadimi adını almış, iki dəfə Lenin ordeninə təqdim olunmuş, çoxlu sayda Fəxri Fərmanlar, medallar almışdır. Kəlbəcər rayonunda və bütün Azərbaycanda şair kimi tanınmış, “Bədbin İdris” adı ilə yazdığı şeirlər aşıqların dilinin əzbəri olmuşdur. Olduqca gözəl saz ifaçısı idi və şirin avazı ilə dinləyiciləri məftun edirdi. Böyük oğlu Qismət Əliyev (12 yanvar 2009-cu il) ordudan tərxis olunub rəhmətə gedəndən sonra saz çalmaqdan imtina etmişdir. Didərgin ömrü yaşayan şair yurd həsrəti ilə illərlə Kəlbəcərə dönəcəkləri günü gözlədi. Nəhayət, gözləməkdən yoruldu və 18 yanvar 2016-cı ildə Bakı şəhərində dünyasını dəyişdi. Xırdalan qəsəbəsində Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış qəbir istanlıqda, komandir oğlu Qismətin yanında dəfn olundu.
Dalidag.az Sevinc Qəribin təqdimatında İdris Verdiyev poeziyasından bir neçə nümunəni təqdim edir:
KƏLBƏCƏRDƏDİ
Hər nə axtararsan, orda taparsan,
Soruşsan yüz soraq Kəlbəcərdədi.
Murov, Keyti, Alaköllər, Sarıyer,
Taxtadüz, Yüzbulaq Kəlbəcərdədi.
Tamaşadı hər kədiyi, hər yalı,
Dolaylara duman gəlib dağılı.
Təbiəti “minbir gecə” nağılı
Yazsan, varaq-varaq Kəlbəcərdədi.
Əlikli meşələr, təkəli dağlar,
Çiçəkli çəmənlər, meyvəli bağlar,
Ömür şirinlədən səfalı çağlar,
Dəli çay, buz bulaq Kəlbəcərdədi.
Yazın gül ayları ya yad, ya yerli,
Toplaşır dağlara ikili-birli.
Yevlax, Bərdə, Ağdam, Təhlə, Kəbirli,
Elə bil Qarabağ Kəlbəcərdədi.
Bunu çoxdan deyib ustad Ələsgər,
“Gözəl olur Kəlbəcərdə xeyir, şər”.
Daşında almaz var, torpağında zər,
Mərd qonaqçı, qonaq Kəlbəcərdədi.
Yadımdadı burda qonaq qaldığı,
“Turşsuyun” üstündə saz da çaldığı,
Görkəminə Səməd Vurğun olduğu
İstisu, Dəlidağ, Kəlbəcərdədi.
Bura peşman gələn qəlbi çağ gedər,
Xoş niyyətlə gələn üzü ağ gedər,
Möcüzə var, xəstə gələn sağ gedər,
Min şəfalı qaynaq Kəlbəcərdədi.
Ənvərin, Məmmədin sözləri dərman,
Şamil, Bəhmən, Əli, Əhməd, Mehdixan,
Şair Qəmkeş, Aşıq Şəmşir Ağdaban,
Ağır el, gur oymaq Kəlbəcərdədi.
Ömrünü illərdən illərə verən,
Sözünü dillərdən, dillərə verən,
İdrisi böyüdüb ellərə verən,
O müqəddəs torpaq Kəlbəcərdədi.
EL İNDİ BURDA
Könül qəfil baxma qəbristanlığa,
Ömrün ilqarını bil indi burda.
Bir zaman möhtəşəm haylı-haraylı,
Necə sakit yatır el indi burda!
Vəfasız dünyanın hökmünə bir bax!
Şümşad biləklərdə çürüyür qolbaq,
Paltarı palçıqdı, örpəyi torpaq,
Gərdəyi daş olan gəlindi burda.
Nərə çəkənlərin heç biri dinmir,
Analar oxşamır, körpələr əmmir,
Əkiblərmi, özü bitib, bilinmir,
Bürüyüb qəbrini gül indi burda.
Binəsi, uşağı başsız qalana,
Yarımçıq məhləsi bərbad olana,
Talehsiz qızlara, nakam oğlana,
Oğulsan ağlama gəl indi burda!
İdris, qartal kimi qıy vuranların,
Ölüm viran qoyub xanimanların.
Ləli, cəvahiri saymayanların,
Sökür məzarını sel indi burda.
NATAVAN EYLƏR
Daş yağsın, viranə qalsın, qəriblik
Güzarı düşənin bağrın qan eylər.
Vətəndən aralı, eldən uzaqda,
Kimin həyatını firəvan eylər?!
Vətənsiz “xoşbəxti” gəl mənə göstər!
Dar günə düşəndə el-oba səslər.
Qərib qəriblikdə anasın istər.
Qəlbin sızıltılı bir kaman eylər.
Qəm atına minən süvarı kimi,
Niskilin, möhnətin əyyarı kimi.
Şairə döndərər, Mirvari kimi,
Məhsəti eyləyər, Natavan eylər.
Yazda dağlar bürünəndə çən, duman,
Yayda ellər dağa edəndə karvan,
Payızda durnalar qayıdan zaman,
Min xəyala düşər, yüz guman eylər.
Cümlə qəribləri gətirən olsa,
Könlümdə lalələr bitirən olsa,
Aqşini tez mənə yetirən olsa,
İdrisin dərdinə bil, məlhəm eylər.
OVLAMIŞAM
Çoxdan ovçusuyam qoca dağların,
Maral, ceyran, cüyür mən ovlamışam.
Hərdən ayaz olub, hərdən də bulud,
Boran, duman, çiskin, çən ovlamışam.
Bərəyə getmişəm, türk ürpənməyib,
Yarpaq qımıldanıb, ot tərpənməyib.
Dağlara həvəsim heç tükənməyib,
Könlüm toxtaq, qəlbim gen ovlamışam.
Gülləm ayaq vurmaz, nə baş vurmuşam.
Kiprik nişan alıb çox qaş vurmuşam.
Nə havayı atıb, nə daş vurmuşam,
Həmişə dağlarda qan ovlamışam.
Bənövşə qoxuyub, gül ovutmuşam,
Qəzanın qəhrindən can sovutmuşam.
Qayada tor qurub tərlan tutmuşam.
Kəkliyə səpmişəm dən, ovlamışam.
İdrisəm, günlərim keçibdi belə,
Alnım açıq olub, üz gülə-gülə.
İgidlə gəzmişəm, yaxşı dost ilə,
Namərdən çevrilib yan, ovlamışam.
Güldən, bənövşədən dön geyir dağlar,
Bəzənir yal-yamac, çöl yavaş-yavaş.
Bülbüllər dolanır gülün başına,
Sonalarla dolur göl yavaş-yavaş.
Bir gün dayanacaq ömür karvanım,
Tökülüb gələcək el qəbrim üstə.
Heç kəs mənim ilə bir gecə qalmaz,
Qalar bir cənazə, bel qəbrim üstə.
Kəsilər dünyadan behim, bazarım,
Dostun qapısına düşməz guzarım,
Təsəlli olacaq yara məzarım,
Dəstəylə tökəcək tel qəbrim üstə.
Kim çatıb mənzilə cavan yaşında?!
Solacaq güllərim ömrün qışında,
Nişangah olmasa məzar daşında,
Bitər çəmən, çiçək, gül qəbrim üstə.
Vəfalı dostlarım anar, unutmaz,
Məni ürəyində sanar, unutmaz,
Kövrələr, doluxar, yanar, unutmaz,
Tökər gözlərindən sel qəbrim üstə.
Ölən eşidəymiş kaş mümkün qədər,
Yada salır onu dünyada kimlər?!
İdrisə dostlardan hər axşam, səhər,
Gətirəymiş əsən yel qəbrim üstə.
PULDU
Qiymətin biləndən, ağlı kəsəndən,
Bəşərin əskiyi, gərəyi puldu.
Varlının vüqarı, eyşi-işrəti,
Yoxsulun zəhməti, əməyi puldu.
Arxadı, köməkdi, eldi, pənahdı,
Kəskin qılınc, sərrast vuran silahdı,
Möminə möhürdü, ibadətgahdı,
Behişti, hurisi, mələyi puldu.
Silsilə dağları yaran, sökdürən,
Xaraba səhrada cənnət tikdirən,
Şəhərlər yerində bostan əkdirən,
Şahın da arzusu, diləyi puldu.
Təməlidir min cür toyun-büsatın,
Əzəl gündən bəzəyidir həyatın.
Yaltağın, şeytanın, bicin, bəzzatın,
Dünyanın əyilməz dirəyi puldu.
İdris deyər, yer üzünün sərvəti,
Məclisdə başdadır yeri, hörməti.
İgidin şərəfi, şanı, şöhrəti,
Adı-sanı, çayı-çörəyi puldu. 1965
NAN ƏLİNDƏN
Görmüsənmi alan ola,
Nanəcibin nan əlindən,
Tələ qurar, evlər yıxar,
Damcı damar qan əlindən.
Adətidir yalan desin,
Yaltaq olsun, boyun əysin,
Namərd dosta güllə dəysin,
Namuslu düşmən əlindən.
Açmaz sirrin bircəsini,
Mərdə versən cümləsini,
Çoxu satır məhləsini,
Xəbərçi şeytan əlindən.
Namərdə çəkmə minnəti,
Əskik olar səxavəti.
Üzülməsin var-dövləti,
Səxalı insan əlindən.
Pis qohum dadına yetməz,
Yaman gündə qoldan tutmaz.
İdris yaxşı dostu atmaz,
Əgər getsə can əlindən.
İdris Verdiyev
Dalidag.az
“Laçın-Kəlbəcər rayonunun fiziki-coğrafi səciyyəsi” adlı dissertasiya yazmışdır. Bir neçə il ərzində Kəlbəcər - Laçın fiziki-coğrafi rayonlarının ərazisini tədqiq etmişdir. Rayonun ərazisinə Azərbaycan SSR-nin Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı inzibati rayonları daxil olmuşdur. Olduqca çətin şəraitdə, yüksək dağlıq relyef, tez-tez dəyişən iqlim şəraiti tədqiqatın aparılmasını çətinləşdirsə də, İdris Verdiyev bütün çətinlikləri dəf edərək tədqiqatını davam etdirmişdir və uğurla başa çatdırmışdır. Aylarla at belində gəzərək rayonların relyefini, faydalı qazıntılarını, iqlimini, torpaq, bitki örtüyü və heyvanlar aləmini öyrənmişdir. Çoxlu sayda foto-şəkillər çəkmiş, qiymətli kolleksiyalar toplamışdır. Əsərdə Kəlbəcər-Laçın fiziki-coğrafi rayonunun təbiətinə aid qiymətli elmi materiallar verilmişdir. İkinci dəfə “Kəlbəcərin toponimikası” adlı dissertasiya mövzusu götürərək, yeni elmi istiqamətdə tədqiqata başlamışdır. Azərbaycan SSR-nin Kəlbəcər inzibati rayonu ərazisini qarış-qarış gəzərək oba, binə, kənd, qəsəbə, şəhər, dağ, dərə, bulaq, örüş, çay, göl, yaylaq, qaya, aşırım, çınqıllıq, mağara, çəmənlik, otlaq, ovlaq və s. ərazilərin adlarının mənaları haqqında araşdırmalar aparmışdır. Tədqiqat zamanı çoxlu sayda arxiv materialları araşdırmış, minlərlə yaşlı nəslin nümayəndələri olan yerli əhali ilə görüşmüş və onlardan toponimikaya aid qiymətli informasiya almışdır. Əsəri olduqca uğurla başa çatdırmışdır. Yazdığı dissertasiyaların məzmununa uyğun, tədqiqatların nəticələrinə əsaslanan çoxlu sayda elmi məqələləri Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərləri”ndə çap etdirmişdir. Coğrafiyanın tədrisi metodikasına aid “Tarix-coğrafiya” metodik jurnalında, “Azərbaycan müəllimi” qəzetində coğrafiya fənninın tədrisinin səmərəliliyinin artırılması üçün metodiki məqələlərlə müntəzəm çıxış etmişdir.
Əlyazmaları işğal rayonunda qaldığından digər elmi və bədii əsərləri çap edilməmiş qalmışdır. İşlədiyi müddətdə Qabaqcıl maarif xadimi adını almış, iki dəfə Lenin ordeninə təqdim olunmuş, çoxlu sayda Fəxri Fərmanlar, medallar almışdır. Kəlbəcər rayonunda və bütün Azərbaycanda şair kimi tanınmış, “Bədbin İdris” adı ilə yazdığı şeirlər aşıqların dilinin əzbəri olmuşdur. Olduqca gözəl saz ifaçısı idi və şirin avazı ilə dinləyiciləri məftun edirdi. Böyük oğlu Qismət Əliyev (12 yanvar 2009-cu il) ordudan tərxis olunub rəhmətə gedəndən sonra saz çalmaqdan imtina etmişdir. Didərgin ömrü yaşayan şair yurd həsrəti ilə illərlə Kəlbəcərə dönəcəkləri günü gözlədi. Nəhayət, gözləməkdən yoruldu və 18 yanvar 2016-cı ildə Bakı şəhərində dünyasını dəyişdi. Xırdalan qəsəbəsində Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış qəbir istanlıqda, komandir oğlu Qismətin yanında dəfn olundu.
Dalidag.az Sevinc Qəribin təqdimatında İdris Verdiyev poeziyasından bir neçə nümunəni təqdim edir:
KƏLBƏCƏRDƏDİ
Hər nə axtararsan, orda taparsan,
Soruşsan yüz soraq Kəlbəcərdədi.
Murov, Keyti, Alaköllər, Sarıyer,
Taxtadüz, Yüzbulaq Kəlbəcərdədi.
Tamaşadı hər kədiyi, hər yalı,
Dolaylara duman gəlib dağılı.
Təbiəti “minbir gecə” nağılı
Yazsan, varaq-varaq Kəlbəcərdədi.
Əlikli meşələr, təkəli dağlar,
Çiçəkli çəmənlər, meyvəli bağlar,
Ömür şirinlədən səfalı çağlar,
Dəli çay, buz bulaq Kəlbəcərdədi.
Yazın gül ayları ya yad, ya yerli,
Toplaşır dağlara ikili-birli.
Yevlax, Bərdə, Ağdam, Təhlə, Kəbirli,
Elə bil Qarabağ Kəlbəcərdədi.
Bunu çoxdan deyib ustad Ələsgər,
“Gözəl olur Kəlbəcərdə xeyir, şər”.
Daşında almaz var, torpağında zər,
Mərd qonaqçı, qonaq Kəlbəcərdədi.
Yadımdadı burda qonaq qaldığı,
“Turşsuyun” üstündə saz da çaldığı,
Görkəminə Səməd Vurğun olduğu
İstisu, Dəlidağ, Kəlbəcərdədi.
Bura peşman gələn qəlbi çağ gedər,
Xoş niyyətlə gələn üzü ağ gedər,
Möcüzə var, xəstə gələn sağ gedər,
Min şəfalı qaynaq Kəlbəcərdədi.
Ənvərin, Məmmədin sözləri dərman,
Şamil, Bəhmən, Əli, Əhməd, Mehdixan,
Şair Qəmkeş, Aşıq Şəmşir Ağdaban,
Ağır el, gur oymaq Kəlbəcərdədi.
Ömrünü illərdən illərə verən,
Sözünü dillərdən, dillərə verən,
İdrisi böyüdüb ellərə verən,
O müqəddəs torpaq Kəlbəcərdədi.
EL İNDİ BURDA
Könül qəfil baxma qəbristanlığa,
Ömrün ilqarını bil indi burda.
Bir zaman möhtəşəm haylı-haraylı,
Necə sakit yatır el indi burda!
Vəfasız dünyanın hökmünə bir bax!
Şümşad biləklərdə çürüyür qolbaq,
Paltarı palçıqdı, örpəyi torpaq,
Gərdəyi daş olan gəlindi burda.
Nərə çəkənlərin heç biri dinmir,
Analar oxşamır, körpələr əmmir,
Əkiblərmi, özü bitib, bilinmir,
Bürüyüb qəbrini gül indi burda.
Binəsi, uşağı başsız qalana,
Yarımçıq məhləsi bərbad olana,
Talehsiz qızlara, nakam oğlana,
Oğulsan ağlama gəl indi burda!
İdris, qartal kimi qıy vuranların,
Ölüm viran qoyub xanimanların.
Ləli, cəvahiri saymayanların,
Sökür məzarını sel indi burda.
NATAVAN EYLƏR
Daş yağsın, viranə qalsın, qəriblik
Güzarı düşənin bağrın qan eylər.
Vətəndən aralı, eldən uzaqda,
Kimin həyatını firəvan eylər?!
Vətənsiz “xoşbəxti” gəl mənə göstər!
Dar günə düşəndə el-oba səslər.
Qərib qəriblikdə anasın istər.
Qəlbin sızıltılı bir kaman eylər.
Qəm atına minən süvarı kimi,
Niskilin, möhnətin əyyarı kimi.
Şairə döndərər, Mirvari kimi,
Məhsəti eyləyər, Natavan eylər.
Yazda dağlar bürünəndə çən, duman,
Yayda ellər dağa edəndə karvan,
Payızda durnalar qayıdan zaman,
Min xəyala düşər, yüz guman eylər.
Cümlə qəribləri gətirən olsa,
Könlümdə lalələr bitirən olsa,
Aqşini tez mənə yetirən olsa,
İdrisin dərdinə bil, məlhəm eylər.
OVLAMIŞAM
Çoxdan ovçusuyam qoca dağların,
Maral, ceyran, cüyür mən ovlamışam.
Hərdən ayaz olub, hərdən də bulud,
Boran, duman, çiskin, çən ovlamışam.
Bərəyə getmişəm, türk ürpənməyib,
Yarpaq qımıldanıb, ot tərpənməyib.
Dağlara həvəsim heç tükənməyib,
Könlüm toxtaq, qəlbim gen ovlamışam.
Gülləm ayaq vurmaz, nə baş vurmuşam.
Kiprik nişan alıb çox qaş vurmuşam.
Nə havayı atıb, nə daş vurmuşam,
Həmişə dağlarda qan ovlamışam.
Bənövşə qoxuyub, gül ovutmuşam,
Qəzanın qəhrindən can sovutmuşam.
Qayada tor qurub tərlan tutmuşam.
Kəkliyə səpmişəm dən, ovlamışam.
İdrisəm, günlərim keçibdi belə,
Alnım açıq olub, üz gülə-gülə.
İgidlə gəzmişəm, yaxşı dost ilə,
Namərdən çevrilib yan, ovlamışam.
GƏL YAVAŞ-YAVAŞ
Güldən, bənövşədən dön geyir dağlar,
Bəzənir yal-yamac, çöl yavaş-yavaş.
Bülbüllər dolanır gülün başına,
Sonalarla dolur göl yavaş-yavaş.
Yenə üz tutubdu dağlara sarı,
Yırğana-yırğana dəvə qatarı,
Mələrti, kişnərti tutub yolları,
Qalxır yaylaqlara el yavaş-yavaş.
Yırğana-yırğana dəvə qatarı,
Mələrti, kişnərti tutub yolları,
Qalxır yaylaqlara el yavaş-yavaş.
Səni üşüdürmü Sibir küləyi?
Tamsızdırmı qürbət yeyib-içməyi?
Anan göndərdiyi bahar çiçəyi
Yalvarıb demirmi:-Gəl yavaş-yavaş.
Tamsızdırmı qürbət yeyib-içməyi?
Anan göndərdiyi bahar çiçəyi
Yalvarıb demirmi:-Gəl yavaş-yavaş.
Məskənim dəryada yelkənsiz gəmi,
Əsmir heç bir səmtdən “ümid küləyi.”
Yazdığın bir cümlə dəlir qəlbimi,
“Ağarır başımda tel yavaş-yavaş.”
Əsmir heç bir səmtdən “ümid küləyi.”
Yazdığın bir cümlə dəlir qəlbimi,
“Ağarır başımda tel yavaş-yavaş.”
Uzaqda kimim var soraq eyləyin!
Ayrılığı bizdən uzaq eyləyin!
Səsləyin, bir-birə papaq eyləyin!
Başlasın Vətənə yol yavaş-yavaş.
Ayrılığı bizdən uzaq eyləyin!
Səsləyin, bir-birə papaq eyləyin!
Başlasın Vətənə yol yavaş-yavaş.
Olum bir pərvanə dönüm yanınca,
Keçsin təm-təraqlı günüm yanınca,
Tələsik ötməsin ömrüm yanınca,
Aylar gec dolansın, il yavaş-yavaş.
Keçsin təm-təraqlı günüm yanınca,
Tələsik ötməsin ömrüm yanınca,
Aylar gec dolansın, il yavaş-yavaş.
İdrisin yollardan kəsilsin gözü,
Səngisin qəlbində həsrətin közü,
Nağıla çevrilsin qəriblik sözü,
Danış asta-asta, gül yavaş-yavaş.
QƏBRİM ÜSTƏSəngisin qəlbində həsrətin közü,
Nağıla çevrilsin qəriblik sözü,
Danış asta-asta, gül yavaş-yavaş.
Bir gün dayanacaq ömür karvanım,
Tökülüb gələcək el qəbrim üstə.
Heç kəs mənim ilə bir gecə qalmaz,
Qalar bir cənazə, bel qəbrim üstə.
Kəsilər dünyadan behim, bazarım,
Dostun qapısına düşməz guzarım,
Təsəlli olacaq yara məzarım,
Dəstəylə tökəcək tel qəbrim üstə.
Kim çatıb mənzilə cavan yaşında?!
Solacaq güllərim ömrün qışında,
Nişangah olmasa məzar daşında,
Bitər çəmən, çiçək, gül qəbrim üstə.
Vəfalı dostlarım anar, unutmaz,
Məni ürəyində sanar, unutmaz,
Kövrələr, doluxar, yanar, unutmaz,
Tökər gözlərindən sel qəbrim üstə.
Ölən eşidəymiş kaş mümkün qədər,
Yada salır onu dünyada kimlər?!
İdrisə dostlardan hər axşam, səhər,
Gətirəymiş əsən yel qəbrim üstə.
PULDU
Qiymətin biləndən, ağlı kəsəndən,
Bəşərin əskiyi, gərəyi puldu.
Varlının vüqarı, eyşi-işrəti,
Yoxsulun zəhməti, əməyi puldu.
Arxadı, köməkdi, eldi, pənahdı,
Kəskin qılınc, sərrast vuran silahdı,
Möminə möhürdü, ibadətgahdı,
Behişti, hurisi, mələyi puldu.
Silsilə dağları yaran, sökdürən,
Xaraba səhrada cənnət tikdirən,
Şəhərlər yerində bostan əkdirən,
Şahın da arzusu, diləyi puldu.
Təməlidir min cür toyun-büsatın,
Əzəl gündən bəzəyidir həyatın.
Yaltağın, şeytanın, bicin, bəzzatın,
Dünyanın əyilməz dirəyi puldu.
İdris deyər, yer üzünün sərvəti,
Məclisdə başdadır yeri, hörməti.
İgidin şərəfi, şanı, şöhrəti,
Adı-sanı, çayı-çörəyi puldu. 1965
NAN ƏLİNDƏN
Görmüsənmi alan ola,
Nanəcibin nan əlindən,
Tələ qurar, evlər yıxar,
Damcı damar qan əlindən.
Adətidir yalan desin,
Yaltaq olsun, boyun əysin,
Namərd dosta güllə dəysin,
Namuslu düşmən əlindən.
Açmaz sirrin bircəsini,
Mərdə versən cümləsini,
Çoxu satır məhləsini,
Xəbərçi şeytan əlindən.
Namərdə çəkmə minnəti,
Əskik olar səxavəti.
Üzülməsin var-dövləti,
Səxalı insan əlindən.
Pis qohum dadına yetməz,
Yaman gündə qoldan tutmaz.
İdris yaxşı dostu atmaz,
Əgər getsə can əlindən.
İdris Verdiyev
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 23-04-2020 12:50
Baxış sayı: 41 626
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02