Reklam
Adil Şirin: "Durnalarla geri dönmür umudlar..." -ŞEİRLƏR
13-10-2019 20:40
Adil Hümbət oğlu Şirinov 1 iyul 1955-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub. Xankəndi Pedaqoji İnstitutunun filologiya fakultəsinin məzunudur. Adil Şirin bir neçə şeirlər kitabının müəllifidir. 1978-1984 illərdə Laçın rayonunda müəllimlik etmişdir. 1985-ci ildən Bakı şəhərində yaşayan Adil Şirin bir çox qəzet və jurnallarıda müxtəlif vəzifələrdə işləmişdir. 1985-ci ildən Azərbaycan Dövlət radiosunda "İctimai Həyat" proqramları redaksiyasında işə başlamışdır. 1986-cı ildə "Sovet kəndi" qəzetində işləməyə göndərilən şair, müxbirlikdən şöbə müdiriyinə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ildə "Vətən Cəmiyyəti"ndə işə başlamış, 1992-ci ildə "Ədalət" qəzetində şöbə müdirliyi etmiş, eyni ilin sonunda isə könüllü olaraq yeni qurulan Azərbaycan Ordusuna qatılaraq Qarabağda döyüşmək üçün cəbhəyə getmişdir. Daha sonra Müdafiə Nazirliyində "Döyüş Texnikaları" jurnalını çıxarmağa başlamış, 2002-ci ilə qədər həmin jurnalın baş redaktoru vəzifəsində çalışmışdır. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri doktorudur. 2013-cü ildə Adil Şirin haqqında İbrahim Quliyev "Dua kimi oxunan şeirlər" kitabını yazmışdır. Evlidir, 2 övladı var.1972-ci ildən şairlik həyatına başlayan Adil Şirinin 9 kitabı nəşr edilmişdir.Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvüdür. Əsərləri müxtəlif dillərə tərcümə olunaraq Türkiyədə, Rusiyada və Ukraynada kitabları çap olunmuşdur.
Adil Şirin "Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı" və Beynəlxalq Nazim Hikmət Şeir Mükafatlarının laureatıdır.
2008-ci ildə "İlin Mədəniyyət Adamı" seçilərək "Beynəlxalq Qızıl Ulduz Medalı"na layiq görülmüşdür.
2009-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən "A.S. Puşkin qızıl medalı" ilə təltif edilmişdir.
Dalidag.az Adil Şirinin şeirlərini təqdim edir:
BİR QUŞ YUVASINDA
Buludlar keçdi, durnalar uçdu,
gümüşü göllərdən sonalar uçdu,
güzgülər qırıldı, aynalar uçdu,
qar düşdü dağlara, ağlama, ana.
Qar düşdü dağlara, ağlama, ana,
ağlama, qaralar bağlama, ana,
ötən günlər gəlir ağlıma, ana,
bir quş yuvasında qaldı o günlər.
Bir quş yuvasında qaldı o günlər,
bir aşıq sazında qaldı o günlər,
ömrümün yazında qaldı o günlər,
qar düşdü dağlara, ağlama, ana…
DOSTLAR, MƏNİ ÖZGƏLƏRDƏN SORMAYIN
Ərzurumun gədiyinə varmayın,
fələklərlə bəhsə girib özünüzü yormayın,
dostlar, məni özgələrdən sormayın, –
dağlar uca, dağlar qoca, mən zalım.
Dağlar uca, dağlar qoca, mən zalım.
nə qardaşa ərkim çatır, nə Tanrıya sualım…
Kor şeytanı adam eylər bu halım,
qaranlığın ortasında unudulmuş bir ev var…
Qaranlığın ortasında unudulmuş bir ev var,
qatıqsız əppəyinə şükr eyləyən bir dev var,
dörd qapı tək açılaydı dörd qara divar,
ümid yolçusuyam, yollarım bağlı.
Ümid yolçusuyam, yollarım bağlı,
qılıncım qınında, qollarım bağlı,
ömür bir yuxudur, qaralı-ağlı, –
ruhum çoxdan duman olub göylərə uçmuş…
QÜRBƏT QOŞMASI
Kimdi çapan kəhər atın belində
nədi axan Həkərinin selində?
dağlarımız qaldı yağı əlində –
Ərzurumun gədiyinə varmaram.
Ərzurumun gədiyinə varmaram,
qollarımı yar belinə sarmaram,
ağla, könül ağla, mən tarmaram
vaz keç, aşıq qardaş, halımı sorma.
Vaz keç, aşıq qardaş, halımı sorma,
burax varıb gedim, yolumda durma,
sən deyən deyiləm, özünü yorma –
gözümü qan tutub, bir at yəhərlə.
Gözümü qan tutub, bir at yəhərlə,
Bir Qırat yəhərlə, Dürat yəhərlə,
atımın başına üzərlik hərlə,
bir dəli cəngi çal, cəngim var mənim.
BƏDİRLƏNMİŞ AY EŞQİNƏ
Kölgəsi özündən gözəl şah tutlar,
köpük-köpük, pəmbə-pəmbə buludlar…
Durnalarla geri dönmür umudlar –
sən dünya dediyin burası deyil…
Rüzgar alnımızdan bir misra silməz,
sevdalı könüllər bir daha gülməz,
ölüm bir namərddi, dost-düşmən bilməz,
sən dünya dediyin burası deyil…
Bədirlənmiş Ay eşqinə dua eylədim,
bəlkə heç olmamış şeylər dilədim,
bu dünyanın hər üzünə bələdəm –
sən dünya dediyin burası deyil…
BİR OVUC TORPAQ İMİŞ
ŞAİRLƏRİN UMACAĞI
Aman, Allah, aman Allah!
Bir ovuc torpaq imiş
şairlərin dünyadan
ən böyük umacağı –
başı bəlalı
Vətən torpağı.
Gözləri solur, solur,
bir gün qara torpaq olur,
əlləri yarpaq olur –
dönür tənha ağac olur şairlər.
Bütün ağaclardan tez yarpaqlayır,
bütün ağaclardan tez çiçəkləyir.
Bütün ağaclardan tez yarpaq tökür –
fələk qərib şairləri təkləyir.
Sonra yenidən nur tək doğulur,
bu da şair taleyinin sonluğu, sonu.
Nur tək doğuldumu şair yenidən
bir daha öldürə bilməzlər onu.
Aman Allah, aman Allah!
Şairlərin bu dünyadan son umacağı
bir ovuc torpaq imiş,
Vətən torpağı…
Adil Şirin
Dalidag.az
Adil Şirin "Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı" və Beynəlxalq Nazim Hikmət Şeir Mükafatlarının laureatıdır.
2008-ci ildə "İlin Mədəniyyət Adamı" seçilərək "Beynəlxalq Qızıl Ulduz Medalı"na layiq görülmüşdür.
2009-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən "A.S. Puşkin qızıl medalı" ilə təltif edilmişdir.
Dalidag.az Adil Şirinin şeirlərini təqdim edir:
BİR QUŞ YUVASINDA
Buludlar keçdi, durnalar uçdu,
gümüşü göllərdən sonalar uçdu,
güzgülər qırıldı, aynalar uçdu,
qar düşdü dağlara, ağlama, ana.
Qar düşdü dağlara, ağlama, ana,
ağlama, qaralar bağlama, ana,
ötən günlər gəlir ağlıma, ana,
bir quş yuvasında qaldı o günlər.
Bir quş yuvasında qaldı o günlər,
bir aşıq sazında qaldı o günlər,
ömrümün yazında qaldı o günlər,
qar düşdü dağlara, ağlama, ana…
DOSTLAR, MƏNİ ÖZGƏLƏRDƏN SORMAYIN
Ərzurumun gədiyinə varmayın,
fələklərlə bəhsə girib özünüzü yormayın,
dostlar, məni özgələrdən sormayın, –
dağlar uca, dağlar qoca, mən zalım.
Dağlar uca, dağlar qoca, mən zalım.
nə qardaşa ərkim çatır, nə Tanrıya sualım…
Kor şeytanı adam eylər bu halım,
qaranlığın ortasında unudulmuş bir ev var…
Qaranlığın ortasında unudulmuş bir ev var,
qatıqsız əppəyinə şükr eyləyən bir dev var,
dörd qapı tək açılaydı dörd qara divar,
ümid yolçusuyam, yollarım bağlı.
Ümid yolçusuyam, yollarım bağlı,
qılıncım qınında, qollarım bağlı,
ömür bir yuxudur, qaralı-ağlı, –
ruhum çoxdan duman olub göylərə uçmuş…
QÜRBƏT QOŞMASI
Kimdi çapan kəhər atın belində
nədi axan Həkərinin selində?
dağlarımız qaldı yağı əlində –
Ərzurumun gədiyinə varmaram.
Ərzurumun gədiyinə varmaram,
qollarımı yar belinə sarmaram,
ağla, könül ağla, mən tarmaram
vaz keç, aşıq qardaş, halımı sorma.
Vaz keç, aşıq qardaş, halımı sorma,
burax varıb gedim, yolumda durma,
sən deyən deyiləm, özünü yorma –
gözümü qan tutub, bir at yəhərlə.
Gözümü qan tutub, bir at yəhərlə,
Bir Qırat yəhərlə, Dürat yəhərlə,
atımın başına üzərlik hərlə,
bir dəli cəngi çal, cəngim var mənim.
BƏDİRLƏNMİŞ AY EŞQİNƏ
Kölgəsi özündən gözəl şah tutlar,
köpük-köpük, pəmbə-pəmbə buludlar…
Durnalarla geri dönmür umudlar –
sən dünya dediyin burası deyil…
Rüzgar alnımızdan bir misra silməz,
sevdalı könüllər bir daha gülməz,
ölüm bir namərddi, dost-düşmən bilməz,
sən dünya dediyin burası deyil…
Bədirlənmiş Ay eşqinə dua eylədim,
bəlkə heç olmamış şeylər dilədim,
bu dünyanın hər üzünə bələdəm –
sən dünya dediyin burası deyil…
BİR OVUC TORPAQ İMİŞ
ŞAİRLƏRİN UMACAĞI
Aman, Allah, aman Allah!
Bir ovuc torpaq imiş
şairlərin dünyadan
ən böyük umacağı –
başı bəlalı
Vətən torpağı.
Gözləri solur, solur,
bir gün qara torpaq olur,
əlləri yarpaq olur –
dönür tənha ağac olur şairlər.
Bütün ağaclardan tez yarpaqlayır,
bütün ağaclardan tez çiçəkləyir.
Bütün ağaclardan tez yarpaq tökür –
fələk qərib şairləri təkləyir.
Sonra yenidən nur tək doğulur,
bu da şair taleyinin sonluğu, sonu.
Nur tək doğuldumu şair yenidən
bir daha öldürə bilməzlər onu.
Aman Allah, aman Allah!
Şairlərin bu dünyadan son umacağı
bir ovuc torpaq imiş,
Vətən torpağı…
Adil Şirin
Dalidag.az
Kateqoriya: Manşet / Karusel / Poeziya-nəsr
Tarix: 13-10-2019 20:40
Baxış sayı: 3870
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02