Reklam
Hər bir valideyn övladının xoşbəxtliyi qədər xoşbəxtdir
17-02-2024 15:18
professor Şahlar ƏSGƏROV
kinci Dünya müharibəsindən onra Kəlbəcərin unudulmaz və fədakar müəllim kollektivi olub: Cəfər müəllim, Bəhmən müəllim, Muxtar müəllim,
Aslan müəllim... kimi tanınan ziyalılarımızı yada salmaq kifayətdir.
Bu müəllimlər rayonda çox yüksək hörmət sahibi idilər. Buraxılış siniflərində sorğu aparanda ən qabiliyyətli şagirdlər bəri başdan müəllim olacaqlarını bəyan edirdilər. Beləliklə, ikinci nəsl Kəlbəcər müəllimləri yetişdi. Bu gənclərdən Şamil Əsgərov, Qənbər Qurbanov, Məmməd Aslan, Əli Kazımov və digərləri onlara dərs deyənlərlə çiyin-çiyinə çalışan şərəfli müəllimlər oldular.
Tale belə gətirdi ki, biz Qaraçanlı İbrahim kişi ilə qohum olduq. Atam bu nəsili daha yaxşı tanıyırdı. Üç para kənddə (Baş, Aşağı və Orta Qaraçanlı) yaşayan qaraçanlıların el-obada tanınan və sayılan ağsaqqalları (Fərhad kişi, Seyfəli müəllim...) çox idi. Tarixi şəxsiyyət kimi tanınan Kürdoğlu Məhəmməd də bu kənddən idi. Əli müəllim mənim üçün çox da yad adam deyildi. Əvvəla, orta məktəbdə eyni müəllimlərdən dərs almışdıq. İkincisi də, Bakıda tələbə olanda Əli ilə tez–tez M.F.Axundov adına Mərkəzi Kitabxanada rastlaşırdıq.
Beləliklə, İbrahim kişinin ailəsi ilə qohum olduq.
Biz qohum olanda bacım Həqiqət universitet tələbəsi idi. Oxumağa aşırı dərəcədə həvəsi var idi. Həqiqətin tələbəliyi asan olmadı. Çünki universitet tələbəsi olaraq, həm də ailəli idi, uşaq böyüdurdü.
Atam üçün bu gənc ailə çox əziz idi. İlk nəvəsi Zəminə düyaya bu ailədə göz açdı və atama baba xoşbəxtliyini yaşatdı. Zəminənin hesabına rütbələrimiz artdı: birimiz dayı, birimiz xala oldu. Zəminə tək bircə Baharı xala kimi qəbul etmir və deyirdi ki: “...Heç Mepişdən də xala olar?”
Əli müəllim atası İbrahim kişidən eşitdiyi: “Dövlət zəif olanda özünüzü qoruyun. Dövlət güclü olanda o sizi qoruyacaq. Çalışın ki, dövlətiniz güclü olsun”,- müdrik fikri tez-tez işlədirdi.
Əli Kazımov rayonda hörmətli vəzifə sayılan şəhər sovetinin sədri, rayon təhsi şöbəsinin müdiri də oldu. Harada işləməsindən asılı olmayaraq, atasının tövsiyəsini yaddan çıxarmayaraq, dövlətə qulluq etməyi üstün bilirdi.
Əli müəllim hər səhər işə, axşam isə evə tələsən məmur və ailə başçısı idi. Bu keyfiyyəti övladlarına da aşılamışdı.
...Heyf o xoş günlərdən. Qəfildən hər şey alt-üst oldu. Xoş günlər arxada qaldı. Kəlbəcərlilərin ağır günləri başladı. Doğma torpaq ermənilər tərəfindən işğal olundu. Əhali Murovdağı qışda (1993-cü ilin aprel ayının əvvəlində) piyada aşdı. Beləliklə də kəlbəcərlilər bu dünyada ermənilər tərəfindən yaradılan cəhənnm əzabını gördülər.
Kəlbəcərli və Kəlbəcərsiz dövrlərdə Əli müllim ailəsini qoruya bildi. Dörd övladını ali məktəbdə oxutdu. Qızlarına ali təhsil verdi. Sübhi Kazımov ölkənin ədiliyyə sistemində həmkarları tərəfindən hörmət olunan, sayılan-seçilən hüquqşunaslardandır. Bunu yalnız mən demirəm. Onunla ünsiyyət quran hər kəsin fikridir. Xoş sədalarını tez-tez eşidir və sevinirəm ki, dövlətinə və millətinə sədaqətlə qulluq edən, güvəndiyim belə bir bacım oğlu var.
Əli müəlimin ikinci qızı və BDU-da tələbəm olan Zülfiyyə ailəsi ilə birlikdə bizdən çox uzaqlarda, Barselonada yaşayır. Övladları İspaniya universitetlərini uğurla qurtararaq, firmalarda işləyirlər. Ailənin sonbeşiyi Rəbiyyəni həkim kimi görmək istəyirdim və belə də oldu. Əhalimizin sağlamlığı keşiyində duranlardandır.
“Hər bir valideyn övladının xoşbəxtliyi qədər xoşbəxtdir”,- deyimi xaricdə məşhurdur. Ailə yalnız uşaqlarına görə xöşbəxt deyil. Əli Kazımovun və Həqiqət müəllimənin həm də nəticəsi var: nəvəsi Muradın gözəl və şirin qızı Leyladır...
Dalidag.az
İ |

Kateqoriya: Kəlbəcər
Tarix: 17-02-2024 15:18
Baxış sayı: 3416
Yazı axını
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02