Reklam
Başlıbel ZİYALILARI
28-12-2022 19:30
MOLLA MƏHƏMMƏD
Kəlbəcər rayonunda öz ziyalıları ilə tanınan kəndlərdən ön sırada gedənlərdən biri Başlıbel kəndi olmuşdur. Başlıbel kəndində yaşayanlar həmişə elmə, eləcə də elmli və savadlı insanlara böyük hörmət bəsləmişlər. Bu baxımdan Başlıbel kəndinin ilk savadlı adamı olan Molla Məhəmmədin həyatı haqqında oxucularımızı tanış etmək istəyirəm.
Məhəmməd Mirzə oğlu Salahov 1890-cı ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. İlk təhsilini Başlıbel kəndində Seyid Hüseynin dərs dediyi mədrəsədə (dini məktəbdə) almışdır. Seyid Hüseyn Molla Şəvəndə oğlu (Şəvəndə - "deyib-gülən" mənasındadır,sonralar sənədləşmə gedəndə Molla Şəvəndənin adını "Şahbəndə" yazıblar -məlumat nəvəsi Şahbəndəyev Hüseynindir) Başlıbeldə bir neçə nəfərə,o cümlədən Molla Məhəmmədə də " Çərəkə" (Quran) öyrədib. Hərsəhər sübh zamanı ev damının üstünə çıxıb azan verirmiş. Bir neçə dəfə Kəlbəcərə çağırıb NKVD-də ona dini dərs deməyi qadağan edirlər. Sonuncu dəfə Kəlbəcərdən evə qayıdandan sonra bir necə dəfə evdəkilərə "Allah mənim ixtiyarımı əlimdən alınca canımı alsın" deyib. 32 yaşlı sağlam adam olmasına baxmayaraq növbəti gün vəfat edib.
Molla Məhəmmədin ali dini təhsil alması barədə Başlıbel kənd sakinləri arasında müxtəlif versiyalar var. Başlıbel kəndində anadan olmuş, uşaqlıq və gəncliyinin ilk dövrünü Başlıbeldə yaşamış Şahverdiyev Möhübbət Həsən oğlu öz atası Həsən Şahverdi oğlundan eşitdiyini belə söyləyir:
- Başlıbeldəki dini mədrəsədə təhsil alarkən Molla Məhəmmədin sinif yoldaşı Mir Fəttah Hacı Salah oğlu ilə bir sinifdə oxuduqlarına görə Molla Məhəmməd onunla dostluq edərdi. Molla Məhəmməd mədrəsədə çox yaxşı oxuyar,bunun əksinə olaraq Mir Fəttah o qədər də yaxşı oxumazdı. Lakin Hacı Salah oğlu Mir Fəttahın oxumasını və təhsilini davam etdirməsini çox arzulayırdı. Molla Məhmmədlə Mir Fəttah mədrəsəni bitirəndə Molla Məhmməd təhsilini davam etdirmək arzusunu atası Mirzə kişiyə bildirsə də Mirzə kişi maddi imkansızlıqdan onu oxuda bilməyəcəyini dedi. Bunu görən Molla Məhəmməd sinif yoldaşı Mir Fəttahgilə gedir və Hacı Salahdan onu da Mir Fəttahla bərabər Xorasana ali təhsil almağa aparmasını xahiş edir. Elmə,biliyə olduqca önəm verən Hacı Salah Molla Məhəmmədin bu xahişini qəbul edir və onun oxuması üçün lazım olan xərci öz üzərinə götürür. Hacı Salah nökərlərə onların hərəsi üçün bir at hazırlamağı və bir ata isə ərzaq və yol xərci yükləməyi tapşırır. Beləliklə, Hacı Salah oğlu Mir Fəttahla Molla Məhəmmədi Xorasanda ali dini məktəbə qəbul etdirir və onların yaşayışı üçün lazım olan kirayə evi tutur,ərzaqlarını və yaşayış xərclərini uşaqlara verib özü Başlıbelə qayıdır. Dərslər başlayır,bir müddət oxuyurlar. Molla Məhəmməd çox yaxşı oxuyur, Mir Fəttah Mir Fəttah isə bunun əksinə olaraq pis oxuyur,müəllimləri tərəfindən tez-tez danlanılır. Bir qədər keçdikdən sonra Mir Fəttahın müəllimləri tərəfindən cəzalandırılması müntəzəm hal alır, tez-tez ayaqlarını falaqqaya salıb çubuqlayırlar. Nəhayət, Mir Fəttah məktəbdən qaçıb evlərinə qayıtmaq qərarına gəlir. O, qərarını dostu Molla Məhəmmədə deyir. Molla Məhəmməd nə qədər çalışırsa, Mir Fəttahı fikrindən döndərə bilmir. Mir Fəttah Başlıbelə qayıtmaq üçün özünə xərclik götürür,qalan pulunu Molla Məhəmmədə verir,onunla xudahafizləşərək Kəlbəcərə gələn karvana qoşulur və evinə qayıdır. Atası Hacı Salah nə qədər çalışırsa, Mir Fəttah yenidən oxumağa qayıtmır. Molla Məhəmməd isə səkkiz il Xorasanda oxuyur. Yaxşı oxuduğuna görə müəllimləri ona xüsusu hörmətlə yanaşırmışlar. Müəllimləri onu özləri ilə bərabər yas mərasimlərinə aparar, orada quran oxudar və bunun müqabilində ona pul da verərmişlər. Səkkiz il ərzində Xorasanda ali dini təhsil alan Molla Məhəmməd həmin dövrün üç azərbaycanlı tələbəsindən biri olmuşdur.
Molla Məhəmməd ali təhsilini başa vurub doğma kəndi Başlıbelə qayıdanda müəllimləri ona neçə-neçə qədim Quran kitabları bağışlamışdılar. Həmin kitablar ölçüsünə görə böyük,üzləri isə dana dərisindən cildlənmiş kitablar olduğudan çəkiləri də xeyli ağır idi. Deyilənə görə atası Mirzə kişi piyada onu qarşılamağa gedib, kənddən xeyli uzaqda oğlunu qarşılayır. Molla Məhəmməd mindiyi atdan düşüb atasına ata minməyi təklif edir. Lakin Mirzə kişi ata minmir,təkidlə oğlunu ata mindirir,atın yüyənini isə əlində tutub atın qabağı ilə piyada kəndə yaxınlaşır. Kənddə qarşılaşdığı adamlar Mirzə kişini qınayıb oğlunun ata minməsini,özünün isə ,heç olmasa, atın tərkinə minməyib piyada gəlməsini pisləyirlər. Mirzə kişi camaata : “ Oğlum elmli adamdır, onun yeri həmişə məndən yüksəkdədir! Hətta onun elminin çəkisi o qədər ağırdır ki, bir at onu güclə daşıya bilər! “-deyə cavab verir.
Molla Məhəmməd uzun illər Sovet hökumətinin ciddi qadağalarına baxmayaraq Başlıbel kəndində dini mərasimləri icra etmiş, hətta qonşu rayonlarda yaşayan insanlar da uzun illər onun dini xidmətlərindən yararlanmışdılar. Molla Məhəmməd öz elmini həvəslə ona müraciət edənlərə öyrədirdi. Odur ki, Başlıbel və ətraf kəndlərdə onun neçə-neçə yetirmələri var idi. Sovet hökumətinin yerli strukturları dəfələrlə ona dini elmləri yaymaması barədə xəbərdarlıq etmişdi. Edilən bütün xəbərdarlıqlara baxmayaraq Molla Məhəmməd öz fəaliyyətindən qalmamış, xalqına xidmət edərək dinin ayinləri vaxtlı- vaxtında yerinə yetirmişdir. Ona görə də hakimiyyət orqanları Molla Məhəmmədi cəzalandırmaq üçün ilk fürsətdən səmərəli istifadə etdilər. Molla Məhəmmədin əmisi oğlu Əlini (Ələsgərov Hüseyn müəllimin atasını) kolxoza məxsus bir neçə kiloqram şorun əskik gəlməsi ucbatından həbs edirlər. Molla Məhəmməd onu buraxdırmaq üşün rayon prokurorunun yanına xahişə gedir. Prokuror onun xahişini rədd etdiyindən Molla Məhəmməd xahişini təkrarlayır və ona bunun müqabilində pul vermək istəyir. Belə vəziyyətin yaranmasından dərhal istifadə edən prokuror Molla Məhəmmədi rüşvət vermək üstündə təqsirləndirərək həbs edir. Molla Məhəmməd altı il Şuşa qalasında həbsxanada qaldıqdan sonra ona dini fəaliyyətlə məşğul olmamağı tapşıraraq azad edirlər. Lakin bütün bunlara baxmayaraq , Molla Məhəmməd ömrünün sonunadək yaşadığı Başlıbel kəndində dini ayinləri vaxtlı-vaxtında yerinə yetirirdi. Onun Xorasandan gətirdiyi iyirmiyə qədər iri həcmli dəri üzlüklü Quranlar həmişə evindəki ən əziz yerdə saxlanılırdı. 1969-cu ilin payızında Molla Məhəmməd vəfat etdikdən sonra onun oğlu İbrahim Mirzəyev atasının sənətini davam etdirməyə başladı. Kəlbəcər işğal olunanda Molla Məhəmmədin Quranlarından bir neçəsini Molla İbrahim xurcuna yığıb çiyninə alaraq piyada Başlıbeli tərk etmiş, digər Quranlar isə işğal altında olan Başlıbeldə qalmışdır.
Molla Məhəmməd elmə və elmli adamlara xüsusi məhəbbətlə yanaşmışdır. Odur ki, onun böyük oğlu Hacı Mirzəyevə xüsusi məhəbbəti var idi. Hacı Mirzəyev ali təhsil alıb doğma Başlıbeldə müəllim işlədikdən sonra ailə qurmasına baxmayaraq atası ilə birlikdə on ilə yaxın yaşamışdır. Hacı müəllim Molla Məhəmmədin elmə,eləcə də təhsilli insanlara münasibəti haqqında danışarkən deyərmiş ki, atam təhsilli insanlara xüsusi hörmətlə yanaşırdı. Ailə qurandan sonra atamla birlikdə yaşadığımız 10 ildə mən evə gəlməmiş atam çörək yeməzdi. Mən evə gələndə həmişə çalışardı ki,ayağa dursun,lakin mən ona imkan verməzdim, deyərdim ki,mən sənin övladınam,əziyyət çəkib ayağa durma. Lakin onun cavabı belə olardı: “Elmli adamlara hörmət etmək hər bir kəsin borcudur!” Hacı Mirzəyev Kəlbəcər işğal olunan günə qədər Başlıbel kənd orta məktəbində müəllim,direktor müavini və məktəb direktoru işləmiş, öz həmkəndlilərinə, eləcə də qonşu kəndlərdən bu məktəbə oxumağa gələn şagirdlərə elmin sirlərini öyrədirdi. 1993-cü ilin aprelində Kəlbəcər rayonu işğal edildikdən sonra Hacı Mirzəyev pedoqoji fəaliyyətini Bakı şəhərində təşkil etdiyi məcburi köçkün məktəbində davam etdirmişdir.
(Ardı var...)
Oqtay SALAHLI
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 28-12-2022 19:30
Baxış sayı: 2433
Yazı axını
25 / 11 / 2024
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23