Reklam
Sabirabadda kəlbəcərli arıçının arısını qırdılar - neçə aydan bəri bağlı qalan cinayətin üstü açılacaqmı?
12-02-2024 17:48
Kəlbəcər rayonundan məcburi köşkün olan Kərim Əhmədovun başına qəribə iş gəlib. Kərim kişi deyir ki, hələ Kəlbəcərdə yaşıyandan arıçılıqla məşğul olub.
Məcburi köçkünlüyün ən çətin illərində də o bu sənətdən uzaqlaşmayıb. Deyir ki, torpaqlarımız yağı düşməndən azad olunandan sonra arıçılığa diqqət daha da artıb. Arıçılığın inkişafı ilə bağlı ölkə Prezidenti İlham Əliyevin xüsusi sərəncamı da var. Kərim Əhmədov üç ildir ki, arılarını qışda Sabirabad rayonunun Qarağacı kəndində saxlayır. Kənddə şəxsi torpaq sahəsi də alıb, ev də tikdirib. Kəlbəcər azad olunandan sonra isə yay aylarında arılarını Kəlbəcərə aparır. Ötən ilin payızında Kəlbəcərdən dönəndən sonra başına qəribə hadisə gəlib. “Kəlbəcərdə hələ ki məskunlaşma olmadığından və qışının sərt keçməsi üzündən qış aylarında yenə də arıları aran bölgələrində saxlayırıq. Keçən il də payızda arıları aparıb həyətimə yığdım. Həmin kənddən üç-dörd nəfər bir dəfə mənə yaxınlaşdılar ki, arıları burada saxlama. Səbəbini soruşdum. Dedilər ki, bəs arılar yoncalarımızı, otumuzu yeyir, bizə ziyan vurur. Onlara izah elədim ki, arılar ziyan vurmur, əksinə, bitkilərdə tozlanma aparır, bağ-bostanın məhsuldarlığına ciddi xeyir verir. Lakin gördüm ki, onlar yenə də narazı qaldılar. Gedib kəndin icra nümayəndəsinə də məndən şikayət etmişdilər.
İcra nümayəndəsi də mənə zəng vurub arıları burdan götürməyimi istədi. Ona da izah etdim ki, arılar heç kəsə ziyan vurmur və bir də öz həyətimdədir. Əlavə etdim ki, arıçılığın inkişafı xüsusi dövlət proqramına da daxildir. Ölkə Prezidenti İlham Əliyevin bununla bağlı rəsmi göstərişləri var. Arıçılara dövlət subsudiya da ayırır... Bir neçə ay öncə yenə də arıları yoxlamağa getmişdim. Qonşuluqda yaşayan qadın məni görəndə soruşdu ki, Kərim dayı, siz həyətdə nə isə itirməmisiniz ki? Soruşdum ki, nə məsələdi, niyə soruşursuz ki? Cavab verdi ki, bir neçə gün qabaq gecədən xeyli keçmiş gördük ki, sizin həyətdə taqqıltı gəlir. Bir azdan çıxıb baxdıq, lakin heç kəsi görmədik. Sonra fikirləşdik ki, yəqin siz nə isə itirmisiz, gəlib axtarırsınız.
Arıçı yoldaşım Əli Xudaverdiyevlə birlikdə qonşu qadından aralanıb arı yeşiklərinə yaxınlaşanda gördüyümüz mənzərədən donub qaldım. Arı yeşiklərininn hamısının ağzını bağlamışdılar. Havasızlıqdan 50-dən artıq arı ailəsi məhv olmuşdu. Salamat qalan arı ailələrinin isə yarıdan çoxu məhv olmuşdu. Bir neçə gün orada gözümlə od götürüb qalan arıları xilas etməyə çalışdım. İllərlə arıçılıqla məşğul olsam da bir neçə gün orada çəkdiyim əzab-əziyyəti ömrüm boyu yaşamamışdım. Mənə 10 min manatdan artıq maddi zərər və böyük mənəvi zərbə vurmuşdular.
Görəndə ki, arıları qəsdlə qırıblar, dərhal “102”-ni yığıb başıma gələnləri Daxili İşlər Nazirliyinə bildirdim. Bir neçə gündən sonra məni Sabirabad rayon Polis İdarəsinə çağırdılar. Ərizə yazıb başıma gələnləri orada qeyd elədim. İşi tədqiqatçı Elnur Hacıyevə tapşırdılar. Elnur müəllim dedi ki, dayı, arxayın ol, cinayəti törədənləri tapacam. Hər dəfə də zəng vurub soruşanda məni arxayın salırdı ki, narahat olmayım. Aradan bir neçə ay keçəndən sonra anladım ki, Elnur Hacıyev işə barmaqarası baxır. Sonradan öyrəndim ki, həmin kənddə onun yaxın qohumları da yaşayır. Bir gün isə eşitdim ki, Elnur Hacıyev cinayət işinə xitam verib. Bu dəfə ərizə ilə Sabirabad rayon prokurorluğuna müraciət etdim. Respublikanın baş prokuroru Kamran Əliyevə teleqram vurdum. Sabirabad rayon prokurorluğundan məni əmin etdilər ki, cinayətin üstü açılacaq. İndi prokurorluğun cavabını gözləyirəm. İnanıram ki, nəhayət, haqq yerini tapacaq. Axı dilsiz-ağızsız canlıları məhv edənlər hər cür cinayət də törədə bilərlər”
P.S. Biz də inanır və ümid edirik ki, bu işi törədənlər tapılıb layiqli cəzalarını alacaqlar.
İ.Məmmədli,
“Bütöv Azərbaycan” qəzeti

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 12-02-2024 17:48
Baxış sayı: 2996
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02