Reklam
"Sinəm üstən mərd yeridi, nadana yol vermədim..."- Miskin Abdal
28-11-2019 09:50
Adı sənətsevərlər arasında əfsanələşən, haqqında bir-birinə bənzəyən və bənzəməyən, bir-birini təsdiq və inkar edən saysız-hesabsız rəvayətlər bu qədim ustadın həyat yolunun öyrənilməsini mürəkkəbləşdirib. Ulu Göyçənin söz bilənlərinin yaddaşında Miskin Abdalın həyatına dair bəzi məqamlar qorunub yaşanıb.
Onun əsl adı Hüseyn, atasının adı Məhəmmədcəfər olub. Ustadların söyləmələrinə görə Hüseyn XV yüzilin ortalarında Göyçənin Sarıyaqub kəndində doğulub, yüz ildən artıq ömür sürüb.
Göyçənin özünəməxsus ozan-aşıq mühiti Hüseynin də qəlbinə yol tapıb, onu sazın-sözün vurğunu edib. Hüseyn ərsəyə çatdıqca həyat yolu onu get-gedə çətin imtahanlardan keçirib, quzeydə Dağıstan, güneydə Azərbaycan, İran, Osmanlı, Şam və başqa islam məmləkətlərinə səfəri qarşısında yeni üfüqlər, yeni fəzalar açır. Bu o zaman idi ki, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin arasında ixtilaflar dərinləşir. Səfəvi xanədanı bu fürsətdən istifadə edib öz hakimiyyətini tədricən bərqərar edir. Gənc İsmayıl bu məqamlardan istifadə edib ətraf ölkələrə yürüşlər edir. Bu yürüşlər zamanı yolu Göyçədən düşən gənc şahzadə bir neçə gün Göyçədə dayanıb bu yurdun mötəbər adamları ilə görüşür, aşıqlarına qulaq asır. Onların arasında Hüseyn şahın diqqətini daha çox cəlb edir, öyrənir ki, sınaqlardan çıxmış və Qafqazda geniş yayılmış Miskinlilər tayfasından Məhəmmədcəfərin oğludur və Göyçədə böyük nüfuz sahibidir. Məclisdə Hüseynin sinədən söylədiyi hikmətli sözlər də şahzadənin çox xoşuna gəlir. Şah: "Ey mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir, ona inanın, mətləbiniz varsa ondan diləyin" – deyib Göyçəni də Miskinə tapşırır. Şah İsmayıl özünün bir sıra siyasi missiyasını Miskin Abdal vasitəsilə həyata keçirir. Elə ömrünün çox hissəsini səfərlərdə keçirdiyi üçün də Hüseyn Miskin Abdal kimi məşhurlaşır. Yalnız şah dünyasını dəyişdikdən sonra Miskin Abdal uzun illər Sarıyaqubda yaşamalı olur. Onun ölümü də rəvayətlər içərisində dolaşmaqdadır. Deyilənlərə görə, bir neçə il Dağıstanda yaşayıb geri dönərkən yolda qadını və oğlu borana düşüb ölürlər.
Miskin Abdal Şah İsmayılın hakimiyyəti illərində onun bir sıra tapşırıqlarını yerinə yetirməklə bərabər, Göyçənin də adını, nüfuzunu qoruyub, ona hörmət və şöhrət gətirib. Bütün bunlarla yanaşı Miskin Abdal bizə ozan-aşıq-saz şairi kimi gəlib çatıb. Onun Göyçə aşıqlarından əldə edilən şeirləri göstərir ki, Miskin Abdal irsini XVI yüzilin əvvəllərində Göyçə aşıq məktəbinin təkamül yolunda yeni bir mərhələ adlandırmaq olar. Miskin Abdaldan öncə hələlik iki ozan aşığının adı xatırlansa da (Ozan Heydər və şəyirdi İbrahim) aşıq sənəti haqqında etibarlı məlumat çox azdır.
Miskin Abdalın bizə gəlib çatan şeirləri də göstərir ki, o, ərəb və fars dillərinə, islam bilgilərinə, şəriət və təriqət qanunlarına dərindən bələd olan çox mötəbər şəxsiyyət olub. Yazılanlardan bu nəticəyə gəlmək olur ki, Azərbaycanın bir sıra bölgələrində məskunlaşan miskinlilər Miskin Abdal soyundandırlar. Sağlığında da bir ocaq kimi tanınan bu soy paklığı, təmizliyi, dini müqəddəsliyi, yaxşılığı, insani ləyaqəti özlərinin amalı biliblər. Şeirlərində də bu aydın duyulur:
Xoşbəyanlış vərdiş oldu, böhtana yol vermədim,
Şirin süxən qıfılbənd, hədyana yol vermədim.
Nifrin edib, lənət dedim xaini-iblislərə,
Qəlbimi ayna saxladım, şeytana yol vermədim.
Bir bəşəri incitmədim, kəndimi şah saymadım,
Dostun sirrini söyləyib, dildən-dilə yaymadım.
Ömür qısa, dünya əzəl, az yaşadım, doymadım,
Dürr mətaha meydan açdım, tək cana yol vermədim.
Aşıq olub söz qoşanlar, söz desin sözüm kimi,
Miskin Abdal, məkrur istə hamını özün kimi.
Arifi, mətləb qananı, bilirəm özüm kimi,
Sinəm üstən mərd yeridi, nadana yol vermədim.
Bu şeir Miskin Abdalın şəxsiyyəti haqqında dürüst arayışdır. Onun son illərdə əldə edilən şeirləri yaşadığı mühitin ictimai-ədəbi mənzərəsi haqqında xeyli təsəvvür yaradır və biliklər verir. Miskin Abdal Şah İsmayılın şiəliklə bağlı missiyasını Qafqazda yaymaqla məşğul olduğuna görə düşüb el-el aşıqlıq edə bilməzdi. Çox güman ki, o, M.P.Vaqif kimi saz üstə şeirlər qoşub, aşıqlar da onu məclislərdə oxuyublar. Şeirləri mükəmməl etiqadlarla zəngin olan Miskin Abdal doğrudan da saz şeirində kamil bir sənətkar olub.
Qara Namazov, professor
Dalidag.az

Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 28-11-2019 09:50
Baxış sayı: 3825
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02