Reklam
Sarayın "tək inci"si və elin "xan qızı"
11-10-2019 16:24
Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub.
Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Dürrü yeкta” (Təк inci), el arasında isə “Xan qızı” çağırıblar.
Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilib və Xurşidbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilib. Belə bir ehtimal da var ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərib və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif edib. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib tоy edib və Xurşidbanunu Dağıstana - öz doğma кəndinə, оradan da Tiflisə aparıb.
1855-ci ildə Xurşidbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlib. Oğlunun adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi var. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı var.
Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazıb. Onun bir-neçə qəzəli Vasif Quliyevin “Dünənə uzanan cığır” (B., 2000) kitabında çap olunub.
Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə gedib, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirib. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olublar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməyib.
Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çatıb.
Natəvan həm də istedadlı rəssam olub. Onun bədii tikmələri “Gül dəftəri” (1886) adlı albomundakı rəsmlər buna sübutdur.
Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri var. Xeyriyyəçi, messenant və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olub. Xurşidbanu Natəvan Gənc şairə Şuşada “Məclisi üns” ədəbi məclisini təşkil edib. 1973-cü ildə Şuşaya su kəmərini çəkdirib: bu su kəməri indi də “Xan qızı bulağı” adı ilə məşhurdur. Natəvan Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs edib.
Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaldıb, onu həyat işığına həsrət qoyub. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşüb.
Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunmuşdur. Adına küçə, klub, kitabxana və məktəb var. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.
Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub.
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 11-10-2019 16:24
Baxış sayı: 3619
Yazı axını
04 / 12 / 2024
03 / 12 / 2024
02 / 12 / 2024
02 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
28 / 11 / 2024
27 / 11 / 2024
25 / 11 / 2024
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
Ən çox oxunanlar