Reklam
Fərid Muradzadənin "Qışla gələn əbədi bahar"ı -Hekayə
12-04-2020 11:04
"Mən onda anladım ki, uşaqlar atadan deyil məhz anadan yetim olurlar, mən onda anladım ki, uşaqlar atasız birtəhər böyüyə bilərlər, amma anasız çox çətin olur".
Dalidag.az Fərid Muradzadənin hekayəsini təqdim edir:
QIŞLA GƏLƏN ƏBƏDİ BAHAR
Qəribə də olsa biz onunla qarlı-şaxtalı bir qış günündə, elə bizim evimizdə, on gün ərzində oğrun-oğrun, gizli-gizli tanış olmuşduq. O qarlı-boranlı qış günü bizim ömrümüzün irəlidə qoşa addımlayacağımız ailə yollarının baharı olmuşdu. Hər tərəfin ağ örpəyə büründüyü qarlı qış günü hər ikimizin doğum tarixinə, ən çox sevdiyimiz fəslə təsadüf edirdi. Biz qışı çox sevirik, xüsusən də qarlı qışı. Hər qar yağanda o şirin, o mənalı, ömrün heç zaman unudulmayan anlarını bir daha yada salmış, bir növ o illəri təkrar yaşamış oluruq. Atam müəllim olduğu üçün həmin ili hazırlığa gələn tələbələrin çoxusu qızlar idi. Hər xasiyyətdə, zahiri görünüşləri ilə bir-birindən gözəl xeyli qız qapımızı döyərdi həmin il. Mən, doğrusu tələbələr bizdə olarkən evdə olmazdım. Çünki işdən axşam səkkizdən tez evə gəlməzdim gələndə də çox vaxt dostlarla birlikdə əylənərdim və beləcə evə gəlmək zamanım ən tezi saat 10- dan sonraya təsadüf edərdi. Anam mənə həmişə "elə bil qostinsaya gəlirsən, yatmağa" deyərdi. Amma bir gün hava dəyişdi və dəyişən bu hava ilə bərabər mənim də həyatımda önəmli bir dəyişiklik baş verdi. Mən onu işə getmədiyim o qarlı qış günündə gördüm, bəyəndim, sevdim. Ö zamanlar tikinti sektorunda işləyirdim. Temperaturun kəskin şəkildə enməsi həmin günlərdə məcburən bizim tikinti şirkətinin müvəqqəti olaraq işini dayandırmasına səbəb olmuşdu. Elə bil tanrı da məhz bu günləri, bu məqamı mənə seçim üçün hədiyyə etmişdi. Gənclikdə hər kəsin subaylıq macaraları olur. Hamımız bunları yaşamışıq, amma bir gün ailə quracağın, səninlə birlikdə getdiyin yolların eniş-yoxuşlarına, şadlığı ilə birlikdə çətinliklərinə, yaxşısına-pisinə dözəcək, səninlə birlikdə bu yükü çəkəcək bir qadına rast gəlirsən və o an həyatın 180 dərəcə dəyişir. Heç kim qisməti, taleyi, alın yazısını oxuya bilməz, bu inkarolunmazdır. Lakin insan intuisiyası deyilən bir şey var və sən bir gün o intuisyanın gücünə, fəhminə inanaraq yola çıxır, qarşına çıxan maneələri dəf edərək öz izini, öz cığırını, öz yolunu tapırsan. İlk günlər ümumiyyətlə israrla gəlməməyimi və hətta onu narahat etməməyimi bildirsə də mən inadımdan dönmədim. Adətən evə anam demişkən "yatmağa gələn mən" indi saat 8 olmamış binamızın yaxınlığındakı yolüstü mağazanın tininə "bitər" onu gözləyərdim. O, inadcıl idi. Hər ikimizin inadı mənim tam beş ay "sürünməyimə" başa gəlsə də nəhayət sonunda hər şey qaydasına düşdü. İki il sonra ailə qurduq. Artıq 11 ili geridə qoymuşuq. Onun qəribə, özünəməxsus, hər kəsdən fərqli olan çiçək sevgisi ilə birlikdə həyətimizdəki ağaclarda qərar tutan sərçələrə və qaranquşlara qarşı da bir sevgisi var. Qaranquşlar köçəri olsalar da cik-cik balaca sərçələr ilin bütün fəsillərində eyni ünvandadırlar. Mən əvvəllər çiçəkləri çox sevdiyini bilsəm də onun bu balaca, civ-civ, şirin sərçələrə qarşı məhrəm bir sevgisi olduğunu bilmirdim. Eyvanda növbənöv çiçəkləri vardı. Dibçəklərdəki çiçəklərə özəl qulluq edərdi. Hətta dibçəkdəki torpağı belə əlləri ilə atasının bağından özü yığmışdı. Hər səhər oyananda gülləri ilə həmsöhbət olardı. İlk vaxtlar mənə bir az qəribə gəlsə də zamanla alışmışdım. Yoldaşım miqrendən əziyyət çəkir. İlk dəfə xəstəliyin simptomlarını çox ağır keçirmişdi. Ümumiyyətlə miqrenin ağrısı dözülməz olur(sonradan bunu oxuyub məlumatlanmışdım) Vəziyyəti ağırlaşdığı üçün həkimə aparmışdım. Diaqnozdan sonra uzun müddət müalicə aldı. İlk bir həftə xəstəxanada -həkim nəzarətində oldu. Uşaqlar kiçik olduğundan işlədiyim firma rəhbərliyi ilə danışıb bir həftəlik məzuniyyət götürdüm. Bu bir həftənin elə ilk günlərində anaların nə qədər zəhmət çəkdiklərinin bir daha şahidi oldum və uşaqlara ananın nə qədər vacib olduğunu qət etdim. Mən onda anladım ki, uşaqlar atadan deyil məhz anadan yetim olurlar, mən onda anladım ki, uşaqlar atasız birtəhər böyüyə bilərlər, amma anasız çox çətin olur.
Səhər idi. İlıq payız günəşi gah saralmış yarpaqların arasından süzülərək bərq vurur, gah da "gizlənqaç" oynayırmış kimi topa buludların arxasında gizlənirdi. Hava xoş, otaqlar isti olsa da mən evdə bir soyuqluq hiss edirdim. Hətta balaca qızımın qayğısız oynamağı belə soyuq görünürdü. Əl quzusu tək oynayıb yorulandan sonra yadına düşən kimi pəltək-pəltək "ana hanı?" deməsi ürəyimi parçalayırdı. Axı mən bu balaca, dünyadan bixəbər, məsum körpəni necə başa salacaqdım? Pəncərənin önündə "haray-həşir" salmış( elə bil iclasa yığışmışdılar) sərçələr məni fikirdən ayırdı. Cik-cikləri nəsə mühüm bir şeyə işarət edirdi. Ha baxsam da bir şey anlamadım. Ö,-özümə,- bu quşlar niyə belə edir-deyə pəncərədən geri çəkildim. Bu vaxt oğlumun dedikləri məni təkrar pəncərənin önünə qaytardı. Uşaq-, ata, anam hər gün ən azı üç dəfə o sərçələri yemləyirdi- dedi. Keyimişdim, bir andaca pəncərəni açıb onlara çörək qırıntısı atdım amma... Mən pəncərəni açan kimi balaca, dəcəl sərçələr "pırr" deyib həmişəyaşıl ağacların yarpaqları arasında yox oldular. Pəncərəni örtüb geriyə qayıtdım. Sakitlik idi. Az sonra yenə sərçələrin "məşvərəti " başladı. Pəncərənin arxasından onları izləyirdim. Bir müddət çörək qırıntılarına toxunmadılar. Eyvanın çıxıntısına yığışıb pəncərəyə baxa- baxa civildəşirsilər. Mənsə içəridən onları müşahidə edirdim. Səhəri gün yenə doğradığım çörək qırıntılarını eyvanın çıxıntılı hissəsindəki dəmirin üstünə səpələyib sərçələrin çörək qırıntılarını dənləməsini gözləyirdim. Quşlar eyni yerə yığışıb fəryadla civildəşir, elə bil sadiq dostlarını, sirdaşlarını gözləyirdilər. Az sonra könülsüz-könülsüz atılan çörək qırıntılarını dimdikləməyə başladılar. Hər gün eyni şey təkrarlanırdı. Daha sərçələr əvvəlki şövqlə civildəşmirdilər. Səssizcə onlara atılan yemi ac qalmamaq üçün yeiyb yenə də yarpaqların arasında görünməz olurdular. İki gün keçmişdi. Səhər yuxudan duran oğlum mənə dedi: -Ay ata, güllərə də su vermək lazımdır. Elə bil güllər də solmuşdu. Beləcə bir həftə ərzində mən övladlarımla bərabər güllərə və sərçələrə də qulluq etdim. Bu gün xəstəxanadan evə buraxılacaqdı. Odur ki erkəndən durub hazırlaşmışdıq. Uşaqlar elə sevindirdilər ki... Onun gəlişi evə bir hərarət, üzümüzə bir sevinc, ovqatımıza bir şuxluq gətirmişdi. Uşaqlar durmadan suallar verirdilər. Səhəri gün də bir gün artıq işlədiyim üçün ehtiyat iznim olduğuna görə işə getmədim. Yarıyuxulu idim. Sərçə ciyiltisi qulaqlarımı deşirdi. Nə olduğunu tam kəsdirə bilmədiyim üçün əynimi geyinib eyvana çıxdım və bu vaxt quyruğu kəsik balaca , şirin, şıltaq dəcəl sərçələrin sevinc içində ora- bura tullanaraq həvəslə qarşılarına tökülən yemi dimdiklədiklərini gördüm. Deyirlər insandan başqa digər canlılarda şüur yoxdur, amma mən indi buna şübhə edəcək durumda idim. Sərçələr elə sevincək görünürdülər ki. Onların hamisi gəlmişdi. Balaca sərçələri öz əlləri ilə yemləyirdi. Hətta eyvandakı güllərin çiçəkləri belə pardaxlanmışdı. Küsəyən küsdüm gülünün də üzü gülürdü.
Fərid Muradzadə
11.04.2020
Dalidag.az

Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 12-04-2020 11:04
Baxış sayı: 3813
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02