Reklam
İ
25-01-2025 21:06
“İZZƏT BULAĞI”NIN GÖZLƏRİ YAŞLI QALDI...
( Başlıbel kəndinin ağsaqqallarından olan Cəfərov Nəbi (İzzət) Məşədi Qədim oğlunun əziz xatirəsinə )
Dəlidağın qoynunda qədim bir kənd var idi,
Bu kəndin hər tərəfi gözəl laləzar idi...
Uca dağlar çəpərtək bu kəndi bürümüşdü,
İgidlər bu yerlərdən düşməni kürümüşdü.
Bu kənd həm çox gözəldi, həm də çox səfalıydı...
Bura gələn qonaqlar bu kəndin heyranıydı.
Başlıbel deyərdilər bu kəndin ilk adına,
Burda hörmət çox idi ağsaqqala, qadına...
Bilmirəm ,haradan düşdü bu şeir yadıma. Axı , mən kağız-qələmi əlimə götürəndə İzzət əminin xatirəsinə aid bir məqalə yazmağı planlaşdırmışdım. Bu şeiri lap uşaq yaşlarımda eşitmişdim. Qardaşım Yusif və əmim oğlu Zakir ozlərinin həmyaşıdlarından birinin nakam sevgisinə aid poema yazmışdılar. Hazırda etiraf etməliyəm ki, həmin poemanı gözəl bir bədii nümunə hesab etmək olar. Orta məktəbin sonuncu sinfində oxuyan gənclərin intellektual səviyyəsi bu şeirdə əyani şəkildə görünür. Bu şeirdə Başlıbel kəndində ağsaqqallara və qadınlara hamı tərəfindən yüksək hörmət göstərilməsi əks olunduğuna görə bu xatirə yazısının girişində verməyi qərara aldım.
Dəlidağın ətəyində yerləşən Başlıbel kəndi Kəlbəcər rayonunun ən böyük kəndi olmaqla bərabər oranın sakinləri də özlərinin savadlılığı ,intellektual səviyyəsi , qonaqpərvərliyi ilə digər kəndlərdən fərqlənirdi. Bu kəndin sakinləri zəhmətkeş olduqları və təmiz ,saf dağ havasında yaşadıqları üçün burada uzunömürlülərin sayı da çox olmuşdur. Mənfur qonşularımız olan ermənilərin işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarımızdan məcburi köçkün düşən Başlıbel kənd sakinləri respublikamızın müxtəlif rayonlarına səpələnərək orada məskunlaşmağa məcbur olandan sonra vətən həsrətli həmkəndlilərimiz nəinki uzunömürlülər siyahısına düşürlər , heç səksəni də haxlamamış dünyasını dəyişirlər. Bu günlərdə Başlıbelin sağ qalan bir neçə ağsaqqallarından biri də - Cəfərov Nəbi ( İzzət) Məşədi Qədim oğlu da haqq dünyasına qovuşdu...
İzzət Cəfərov 1936- cı ildə Kəlbəcər rayonunun Başlıbel kəndində doğulmuşdur. Kənd camaatı arasında xüsusi hörmətə malik idi. Gənc yaşlarından özünün zəhmətkeş və əməksevərliyi ilə hamının rəğbətini qazanmışdı . Bənnalıq etməklə , evsizlərə ev tikməklə onları sevindirən İzzət Cəfərov ayrı-ayrı vaxtlarda Xanlar adına kolxozun yaylaq qoruqçusu və hesablayıcı vəzifələrində də işləmişdir. Yaylaq qoruqçusu işləyərkən Tilişin Dərəsi yaxınlığında yaylaq camaatının gediş-gəlişinin gur olduğu yerdə gözəl bir bulağa nov düzəltmiş, bulağın üstünü tikmişdir. Həmin bulağı təkbaşına tikdiyinə görə kənd camaatı arasında bulağa “ İzzətin Bulağı “ adını vermişlər. 1993-cü ildə doğma yurdu tərk etdikdən sonra Qəbələ rayonunda məskunlaşan İzzət Cəfərov burada da məcburi köçkünlər üçün tikilən binaların həyətində öz hesabına yeni bulaq tikmiş ,dəfələrlə əlaqədar dövlət təşkilatlarına gedərək həmin bulağın suyunun sayqacsız və ödənişsiz istifadəsinə icazə almağa nail olmuşdur.
2020-ci ildə 44 günlük Vətən Müharibəsində düşmənlərimiz üzərindəki parlaq qələbəmiz nəticəsində doğma torpaqlarımızın azad edilməsindən sonra doğulduğu Başlıbel kəndini görmək üçün can atırdı. Qəbələdə yaşadığı otuz iki ildə Başlıbelə qayıdacağına həmişə inanırdı. Hər dəfə başlıbellilərlə xeyir-şər məclislərində görüşəndə gənclərə doğma torpaqlara qayıdacağımızı əminliklə deyirdi və onları Vətənə sədaqətli olmağa səsləyirdi. Torpaqlarımızın düşmənlərdən azad olunmasından sonra bir qrup Başlıbel kənd sakininin “Başlıbelin İnkişafına Dəstək “ İctimai Birliyini təsis etdiyini eşidəndə həmkəndlilərinin ilk birliyinə ağsaqqal xeyir-duası verən də İzzət Cəfərov oldu. Uzun illərin ayrılığından sonra , nəhayət , ötən yay doğma torpaqlarımızı ziyarət etmək üçün icazə ala bildi. Məhərrəm ayında Başlıbelə səfər edərək düşmən tərəfindən viran olmuş kəndini , vaxtilə min bir zəhmətlə tikdiyi evini və Başlıbel camaatı üçün həmişə müqəddəs olan kənd məscidinin qalıqlarını ziyarət etdi. Təsərrüfat işləri ilə əlaqədar kənddə alaçıq qurub yaşayan həmkəndlilərini başına yığaraq kənd məscidinin qarşısındakı meydanda Quran oxudu , mərsiyyə dedi. Həmkəndlilərinə xeyir- dua verdi.
...İzzət Cəfərovun vəfat etməsi xəbəri ildırım sürəti ilə ölkəmizin qırxdan çox rayonunda məskunlaşmış həmkəndlilərimizə çatdı. Respublikamızın hər tərəfindən Qəbələyə İzzət Cəfərovu son mənzilə yola salmaq üçün gələn qonaqlar onun övladlarına başsağlığı verdilər. Yas mərasimində onun yaxşı əməllərindən danışaraq Başlıbelə qayıdanda hamının “ İzzət Bulağına “ gedəcəyini , təkcə İzzət Cəfərovun o bulağı bir daha görə bilməyəcəyini düşündülər. Allah rəhmət eləsin!
Oqtay Salahlı

Kateqoriya: ---
Tarix: 25-01-2025 21:06
Baxış sayı: 5
Yazı axını
27 / 01 / 2025
26 / 01 / 2025
25 / 01 / 2025
24 / 01 / 2025
24 / 01 / 2025
23 / 01 / 2025
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
13 / 01 / 2025
12 / 01 / 2025
12 / 01 / 2025
11 / 01 / 2025
11 / 01 / 2025
Ən çox oxunanlar