Reklam

Azərbaycanda Ramazan bayramıdır. Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb. Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edib. Hər il olduğu kimi, bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq. Qazılar Şurasının Fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Qeyd edək ki, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günüdür.

Azər Qocayev Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər şəxslərinin vəzifə maaşları yenidən müəyyən edilib. Dalidag.az xəbər verir ki, fərmana görə yerli icra hakimiyyəti başçılarının aylıq maaşları da artırılıb. Yeni qərara əsasən, Gəncə və Sumqayıt şəhər icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşı 9 900 manat müəyyən olunub. Sənədə əsasən, Bakı şəhər icra başçısının maaşı 13 200 manat, digər şəhər və rayon icra hakimiyyəti

Səhər saatlarından etibarən İran İsrailə dayanmadan zərbələr endirir. Manevr.az xəbər verir ki, məlumatı İsrail mediası yayıb. Bildirilib ki, raket hücumundan sonra İsrailin şimal bölgələrində güclü partlayış səsləri eşidilib. Xatırladaq ki, fevralın 28-dən etibarən İsrail Müdafiə Qüvvələri İrana qabaqlayıcı zərbə endirməyə başlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket

Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınır. Dalidag.az xəbər verir ki, İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Bundan

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, hadisə Goranboy–Ağcakənd avtomobil yolunun rayonun Zeyvə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini, 1979-cu il təvəllüdlü İ.Hüseynov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən Zeyvə kənd sakini, 1990-cı il təvəllüdlü T.Quliyevi vurub. 35 yaşlı piyada aldığı ağır xəsarətdən hadisə yerində

Dalidag.az Səxavət Ellaz oğlu Süleymanovun Səhiyyə naziri Temur Musayevə ünvanladığı məktubu təqdim edir: "Hörmətli Temur Musayev! Sizə Mingəçevir şəhərindən müraciət edirəm. Atam 1-ci qrup əlildir və son vaxtlar ağır qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi üçün daim müxtəlif dərmanlar alıram və imkan daxilində müalicəsini davam etdirirəm. Lakin müalicədə ən vacib olan preparatlardan biri – albumin sistemləri çox baha olduğu üçün onları almağa maddi imkanım çatmır. Atamı

Kəlbəcər işğaldan azad edildikdən sonra şəhərdə fəaliyyətə başlayan ilk təhsil müəssisəsində – Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbdə ilk dəfə buraxılış imtahanı keçirilir. Dalidag.az apa-ya istinadla xəbər verir ki, həmin məktəbin yuxarı sinif şagirdləri – abituriyentlər bu il ilk dəfə doğma məktəblərində buraxılış imtahanında iştirak edirlər.
Aşıq Şəmşirin anadan olmasının 133 illiyinə həsr olunmuş “Dədə öyüdlərinin söz işığında” adlı tədbir keçirilib. Dalidag.az xəbər verir ki, bu gün Kəlbəcər rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Receb Öztop, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov,

"Hesabat ilinin sonuna işğaldan azad edilmiş bölgələrdə yaşayan (məskunlaşan, işləyən və oxuyan) əhalinin sayı təqribən 75 min nəfər təşkil edib. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2020-2025-ci illərdə dövlət büdcəsindən cəmi 22 milyard manat vəsait ayrılıb (2025-ci ildə 4.4 mlrd.manat). 2026-cı ildə bu məqsədə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, bu il də daxil olmaqla dövlət büdcəsindən ümumilikdə 25,5 milyard manat vəsait ayrılıb". Dalidag.az

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 15-də XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək. Dalidag.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilir ki, 15 mart saat 15:30-da DİM-in "Youtube" kanalı (https://www.youtube.com/stateexamcenter) və "TikTok" hesabı (https://www.tiktok.com/@dim.gov.az) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilinən açıq tipli test tapşırıqları ilə
Yazı axını
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
27 / 03 / 2026
25 / 03 / 2026
25 / 03 / 2026
24 / 03 / 2026
24 / 03 / 2026
23 / 03 / 2026
22 / 03 / 2026
21 / 03 / 2026
20 / 03 / 2026
19 / 03 / 2026
19 / 03 / 2026
18 / 03 / 2026
16 / 03 / 2026
16 / 03 / 2026
15 / 03 / 2026
14 / 03 / 2026
Ən çox oxunanlar




























