Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazidə davam edən yanğın olan əraziyə 2 helikopter cəlb olunub. Dalidag.az xəbər verir ki, davam edən yanğın hadisəsi zamanı alov dağlıq ərazidəki meşə massivinə yayılıb. Yanğının qarşısını almaq üçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.

Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib. Mükafatla bağlı bəzi detallar da məlum olub. Belə ki, mükafat Prezident Fərmanı ilə təsdiq ediləcək. Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək

"Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib. Dalidag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli – "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər”in "c) Təlim (xidmət) üçün seçilən hərbi qulluqçular, bəzi hərbi uçot ixtisasları üzrə təlim üçün seçilən və hərbi xidmət keçən hərbi qulluqçular” yarımbəndinin "Dərin sularda işləyən dalğıc, akvanavt, komando təməl və
Yazı axını